Icma.az
close
up
RU
Qızıl alarkən nələrə diqqət etməliyik? RÖVŞƏN ƏMİRCANOV AÇIQLADI FOTO

Qızıl alarkən nələrə diqqət etməliyik? RÖVŞƏN ƏMİRCANOV AÇIQLADI FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Qızıl hər zaman həm sərmayə, həm də zinət əşyası kimi böyük maraq doğurur. Avtosfer.az xəbər verir ki, xüsusilə də son illərdə iqtisadi qeyri-sabitlik fonunda vətəndaşların qızıla olan tələbatı daha da artıb. Lakin bu maraqdan sui-istifadə edənlərin sayı da az deyil.

Bəzən vətəndaşlar qızıl adı ilə saxta və ya aşağı keyfiyyətli məhsullar alaraq maddi və mənəvi zərərə uğrayırlar. Bu kimi hallarla qarşılaşmamaq üçün düzgün qızıl seçimi və alış prosesində diqqət edilməli mühüm məqamlar var.

Məsələn ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov Avtosfer.az xəbər verir ki, qızıl və digər qiymətli məmulatların keyfiyyətinin qorunması, istehlakçıların aldadılma ehtimalının azaldılması həm zərgərlər, həm də alıcılar üçün önəmli məsələdir. " Hazırda bazarda bu kimi halların qarşısınınalınmasına iri bazar iştirakçıları da maraq göstərir. Azərbaycan Zərgərlər Assosiasiyası bu istiqamətdə mütəmadi maarifləndirici tədbirlər həyata keçirir. Qurum tərəfindən sahibkarlarla yanaşı vətəndaşlara da dəstək verilir ki, əməkdaşlıq edilən laboratoriyalarda zərgərlik məmulatlarının keyfiyyətini ödənişsiz şəkildə yoxlatsınlar".

Həmçinin Rövşən Əmircanov qeyd edib ki, qanunvericilikdə bununla bağlı müəyyən məsələlər mövcuddur. "Qanunvericiliyə əsasən, “Qiymətli metallar və qiymətlidaşlar haqqında” qanunun 10.3-cü bəndinə görə, satışdaolan zərgərlik və məişət məmulatları dövlət əyar damğasıilə damğalanmalıdır. Alıcı məhsulu alarkən mütləq şəkildəbu damğanın olub-olmadığını yoxlamalıdır".

Müavin onu da vurğulayıb ki, üzərində qiymətli daşlar olan zinət əşyaları üçün sertifikatlar tələb olunmalıdır. Həmin sənədlərdə daşın çəkisi, xalisliyi, rəngi və digər texniki göstəricilər əks olunmalıdır. İstehlakçılara tövsiyə olunur ki, qızıl və zinət əşyaları alarkən: Əyar göstəricilərinə (məsələn: 585, 750, 999.9) diqqətyetirsinlər; Keyfiyyəti təsdiqləyən sertifikat və kassa çeki alsınlar; Məhsulun dövlət damğası ilə damğalanıb-damğalanmadığını yoxlasınlar.

Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:601
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri