Icma.az
close
up
RU
Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ Bu tarixdən UCUZLAŞACAQ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ Bu tarixdən UCUZLAŞACAQ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnvestorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) artıq gələn ay faiz endiriminə gedə biləcəyi yönündə artan gözləntiləri səhmlərin dəyərini yüksəldib. Hazırda treyderlər FED-in dekabrda 25 baza bəndi endirim ehtimalını 60% səviyyəsində qiymətləndirirlər.
Həftə ərzində ABŞ-də pərakəndə satışlar və istehsalçı qiymətləri üzrə yeni statistik məlumatlar açıqlanacaq. Britaniyanın maliyyə naziri Reçel Rives də uzun müddətdir gözlənilən büdcə təqdimatını bu həftə elan edəcək.
Asiya bazarlarında yüksəliş qeydə alınıb.
Yaponiyada bazarların tətil səbəbindən bağlı olduğu gündə Asiya indeksləri müsbət dinamika göstərib. Bir sözlə FED rəsmilərinin açıqlamaları bazara stimul verib. FED-in nüfuzlu rəsmisi Con Uilyams faizlərin “yaxın dövrdə” azala biləcəyini bildirib. Goldman Sachs iqtisadçıları da dekabrda bir faiz endirimi, 2026-cı ilin mart və iyun aylarında isə əlavə yumşalma gözləyirlər.
Bununla belə, ötən həftə texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsinə dair narahatlıqlar əsas ABŞ indekslərini mənfi zonada saxlayıb.
Bəs FED-in uçot dərəcəsinin aşağı salması fonunda nələr baş verəcək?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, FED uçot dərəcəsini onsuz da aşağı salacaq:
“Çünki təşkilat uçot dərəcəsinin aşağı salınacağı ilə bağlı məlumatı hər zaman öncədən verir. FED-in ən böyük üstünlüyü odur ki, onun dünya birjaları üçün vacib yeri, ağırlığı var. Təşkilat heç zaman radikal addımlar atmır. Əksinə birjaları öncədən olacaqlara hazırlayır.
O ki, qaldı FED-in uçot dərəcəsinin aşağı salınmasına...

Bu o deməkdir ki, dünya birjalarında ucuz vəsait artacaq, kreditlər ucuzlaşacaq, kredit imkanlarına çıxış ucuzlaşacaq. Bu da bəzi məhsulların ucuzlaşmasına, o cümlədən qızılın qiymətinə təsir göstərəcək. Bu günə kimi qızılın unsiyasının dəyərinin 4 min dolları keçməsi FED-in atacağı addımlar fonunda baş verirdi. FED-in növbəti qərarından sonra qiymətli kağızların bahalaşmasını da görəcəyik. Çünki  pul imkanlarına çıxış asanlaşdıqca əldə olunan vəsaitin birjalara axını da gözlənilir.
Birjalara axan vəsaitsə təbii ki, birja qiymətlərini artıracaq. Amma qızıl və digər məhsulların ucuzlaşacağı da gözlənilir. Bu da Azərbaycan bazarına kifayət qədər təsir edəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri