“Qızıl dividend vermir Ekspert
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qızıl dividend vermir. Ona görə də faizlərin yüksələcəyi gözləntiləri yarananda investorlar qızıldan çıxırlar”.
Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. İqtisadçının sözlərinə görə, hazırda Hörmüz boğazı ilə bağlı vəziyyətin müəyyən qədər sabitləşməsi və inflyasiya göstəricilərinin açıqlanması investorların yenidən qızıla marağını artırıb:
“Əsas səbəb qlobal qeyri-müəyyənlikdir. Dolların vəziyyəti, Amerika Mərkəzi Bankının faiz dərəcəsi siyasəti, qlobal inflyasiya və xüsusilə ABŞ-da inflyasiya ilə bağlı gözləntilər qızılın qiymətinə ciddi təsir göstərir”.
Xalid Kərimli qeyd edib ki, bazarda qiymətlərin yalnız bir istiqamətdə hərəkət edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Onun sözlərinə görə, sözügedən parametrlərdən hər hansı birinin dəyişməsi qızılın qiymətinə həm müsbət, həm də mənfi istiqamətdə təsir göstərə bilər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Avqust 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















