Icma.az
close
up
RU
Ev alarkən aldanmamaq üçün nələrə diqqət edək?

Ev alarkən aldanmamaq üçün nələrə diqqət edək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar Azərbaycanda daşınmaz əmlak bazarında ev və mənzillərin eyni vaxtda bir neçə nəfərə satılması halları ilə bağlı şikayətlərin sayı artmaqdadır.

Bu cür dələduzluq halları vətəndaşlara maddi zərər verir və bazarda çaşqınlıq yaradır. Ev alarkən belə problemlərlə qarşılaşmamaq üçün vətəndaşların sənədlərə diqqət etməsi vacib amillərdəndir.

Bəs vətəndaşlar ev və ya mənzil alarkən bu tip dələduzluq hallarından qorunmaq üçün hansı hüquqi sənədlərə və prosedurlara diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, vətəndaşlar mənzil alarkən yalnız rəsmi yolla, birbaşa iştirakla hərəkət etməlidirlər:

“Vətəndaşlar mənzil alarkən, xüsusilə də çıxarışı olmayan yeni tikililərdə, ilk növbədə bina və tikinti şirkəti haqqında ətraflı məlumat əldə etməlidirlər.

Aldıqları mənzilin hansı tikinti şirkətinə məxsus olduğunu dəqiqləşdirmək vacibdir. Bu barədə internet resurslarından və mütəxəssislərdən əlavə məlumat toplamaq tövsiyə olunur. 

Şirkətin fəaliyyətində nə dərəcədə məsuliyyətli olub-olmaması haqqında əvvəlki sakinlərin rəyləri və digər açıq mənbələr vasitəsilə məlumat əldə etmək mümkündür.

Vətəndaşlar kənardan-kənara "məsləhətlər" ilə alqı-satqılardan çəkinməlidirlər. Əgər mənzil birbaşa şirkət tərəfindən satılırsa, vətəndaşlar mütləq şirkətin ofisinə yaxınlaşıb, prosesdə şəxsən iştirak etməlidirlər.

Hər hansı bir vasitəçiylə alqı-satqı aparmaq tövsiyə olunmur. Mümkünsə, alqı-satqı prosesi zamanı videoçəkiliş də aparıla bilər”.

Onun sözlərinə görə, insanlar vasitəçiliklə ev almaqdan çəkinməlidir:

“Əgər əmlak fiziki şəxsdən alınırsa, bu zaman həmin şəxsin və ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş əmlakdan imtina ərizəsi olmalıdır. Mənzilin alıcısının adı həmin sənəddə qeyd olunmalı və gələcəkdə maddi və hüquqi iddia olmayacağı barədə notarial təsdiqli sənəd imzalanmalıdır.

Əgər əmlakı satan şəxs evlidirsə, bu zaman ər-arvad arasında mövcud olan paylı mülkiyyət hüququ nəzərə alınmalıdır. Bu halda ailə üzvlərinin də razılığı ilə, alıcının adı sənədlərdə qeyd olunmaqla notarial qaydada təsdiq edilmiş razılıq alınmalı, daha sonra tikinti şirkətinə müraciət olunmalıdır.

İlk olaraq əvvəlki müqavilə ləğv edilir və mənzilin yeni alıcısı ilə yeni müqavilə rəsmiləşdirilir. Vətəndaşlar “kənardan-kənara mənzili sənədləşdirim”, “sənədi sənə verərəm” və ya “mənə etibarnamə ver, mən sənin adından çıxış edərəm” kimi təkliflərə inanmamalıdırlar.

Mənzil alan şəxs alqı-satqı prosesində mütləq birbaşa iştirak etməlidir. Rəsmiləşdirmə işləri yalnız tikinti şirkətinin rəsmi ofisində həyata keçirilməlidir. Tikinti şirkəti vətəndaşa iki əsas sənəd təqdim etməlidir - mənzilin müqaviləsi və heç bir borcun olmamasına dair arayış. 

Yalnız bu sənədlər təqdim edildikdən sonra müqavilə tam rəsmi hesab edilə bilər”.Ekspert qeyd edib ki, əvvəllər ev-alqı satqısı zamanı bu tip problemlər daha çox olurdu:

“Təxminən 6-7 il əvvəl bu kimi hallar daha geniş yayılmışdı. Hazırda bazarda əsasən özünəgüvənən və xüsusi ad qazanmış tikinti şirkətləri qalıb. Belə hallar şirkətin adına ləkə gətirdiyi üçün artıq hər şirkət bu cür vasitələrə əl atmır. Bu məsələdə tam şəkildə sığortalanmaq mümkün deyil. 

Burada həm də güvən və insaf amili rol oynayır. Şirkətin nə qədər nüfuzlu olması vəziyyətə birbaşa təsir edir. Vətəndaşlar müqavilə ilə ev alarkən diqqətli olmalı, deyilən hər bir sözə kor-koranə inanmamalı və mütləq birbaşa alqı-satqıda iştirak etməlidirlər.

Əgər mənzil tikinti şirkətindən alınırsa, həmin şirkətin məsul şəxsi ilə birbaşa ünsiyyət qurulmalıdır. Mənzil fiziki şəxsdən alındıqda isə, mütləq notariat qaydasında tərtib edilmiş ərizə təqdim olunmalı və alıcının adı orada qeyd edilməlidir.

Ən vacib məsələ isə mənzil alarkən tikinti şirkəti haqqında ətraflı məlumat əldə etməkdir. Vətəndaşlar evi nə qədər bəyənsələr də, həmin binanın tikinti şirkəti ilə bağlı məlumatlara xüsusi önəm verməlidirlər.

Əgər şirkət barədə qalmaqallı məlumatlar olubsa, bu, mütləq biruzə verəcək. Tikinti şirkəti ilə bağlı yetərli məlumat toplanmadığı halda vətəndaşlar illərlə qazandığı pullarını itirə bilərlər”.

Gülər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri