Icma.az
close
up
RU
Qızıl külçə, zinət əşyası, ya sikkə? İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

Qızıl külçə, zinət əşyası, ya sikkə? İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Qızılın qiyməti son beş il ərzində üç dəfəyə yaxın yüksəlib. Bu səbəbdən dövlətlər və mərkəzi banklar da investisiya vasitəsi kimi onu seçir. Ekspertlərin fikrincə, qızıl sadə vətəndaşları da dar gündə xilas edən ən effektiv vasitədir.

Əsasən zinət əşyası kimi istifadə olunan qızıl, bəzən vətəndaşları dar gündə xilas edir. Bu dəyərli vasitənin qiyməti son illərdə rekordları qırır. Son zamanlar təkcə sadə vətəndaşlar deyil, hətta dövlətlər də qızıla etibar etməyi üstün tuturlar. Bəs qızıla investisiya vasitəsi kimi baxarkən nəyi əsas götürməliyik? Nələrdə ehtiyatlı olmalıyıq? Vətəndaşlar da qızıla etibarlı investisiya aləti kimi yanaşa bilərlərmi?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"40-50 dollara alanlar qazandı"

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qızılın bir qramı pandemiyadan əvvəl 40 dollar idisə, hazırda 100 dolların üzərindədir: "Hazırda bir qram 999 əyarlı qızılın qiyməti 105-106 dollar civarındadır. Bu, son beş ilin rekord həddidir. Son bir ildə qızılın qiymətində ciddi artım müşahidə edilir. Qısa müddətdə bir qram üçün olan qiymət 85 dollardan 105 dollara yüksəlib. İnvestorlar, mərkəzi banklar ən sabit yatırım aləti kimi qızıla üz tuturlar. Tələbat artdıqca, qiymətlər daha da yüksəlir. Amma artım müəyyən həddə qədər ola bilər. Dünya Bankının proqnozlarına görə, qızılın qramının qiymətinin maksimum 120-130 dollara qədər artması mümkündür. Qiymətlər yüksəldikdə istehlak aşağı düşür. İstehsal da azalır. O səbəbdən bir müddətdən sonra stabilləşmə, hətta qiymətlərdə enmə ola bilər".

İqtisadçı Elman Sadıqov deyir ki, qızıla investisiya edən şəxslər qiymət dalğalanmalarından sərfəli şəkildə istifadə edirlər: "Son bir neçə ay ərzində qızılın bir unsiyasının qiyməti 3 500 dollara qədər qalxdı. Bir unsiya 31.1 qramdır. İl sonuna qədər unsiya üçün qiymət 3 600 dollar da ola bilər. Amma həddən artıq yüksəlmə hər zaman geri çəkilmələrlə müşahidə olunur. Çünki bir çox alıcılar qazanclarını real etmək istəyir. Məsələn, 2 800-3 000 dollara aldıqları qızılı 3 500 dollar səviyyəsində satırlar. Beləliklə, gəlirlərini reallaşdırırlar. Ucuzlaşma baş verdikdə yenidən qızıl alıb yatırım edirlər. Ona görə də düşünürəm ki, bir müddət sonra qızılın qiymətində də ucuzlaşma baş verəcək. Ölkəmiz də qızılın dünyadakı qiymətindən birbaşa təsirlənir".

Külçə, yoxsa zinət əşyası?

T.Abbasquliyevin fikrincə, insanlar da investisiya aləti kimi imkanları çatan qədər qızıl alıb saxlaya bilərlər: "Vaxtilə ucuz qiymətə qızıl və ya zinət əşyaları alanlar xeyli qazanclı çıxdılar. Çünki qiymətlərdə böyük sıçrayış baş verdi. Külçələr və sikkələr də əlverişli yatırım alətidir. Külçələr və sikkələr xalis 999 əyarlı qızıldan hazırlanır. Amma onların xüsusi saxlanma şəraiti olmalıdır. Onları banklarda, seyflərdə saxlamaq daha təhlükəsizdir. Vətəndaşlar zərgərlik məmulatlarını isə həm aksesuar kimi istifadə edə bilərlər, həm də yatırım kimi. Qızıl etibarlı yatırımdır. Köhnəlmir, xarab olmur. Əyarından asılı olmayaraq, qiyməti yüksəlir. Xalis qızıl kimi satsalar belə uduzmurlar. İnsanlar imkanları çatan qramda həm zinət əşyaları, həm də külçə və ya sikkə ala bilərlər".

E.Sadıqovun sözlərinə görə, investisiya üçün saf qızıl almaq daha sərfəlidir, bu zaman heç nə itirmirsiniz: "Zinət əşyalarının üzərinə işçi pulu da əlavə olunur. O səbəbdən, investisiya aləti kimi çox da uyğun deyil. Amma müəyyən dərəcə faydalıdır. İşçi haqqı olan qızıl isə baha alınır, amma satıldıqda ucuz qiymət təyin olunur. Çünki alarkən işçi pulu üstünə gəlinir, satarkən sadəcə xalis qızılın qiyməti ödənilir. Qızıl sikkələr və külçələr investisiya məqsədi kimi daha yaxşıdır".

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanovun fikrincə, Azərbaycanda da qızıla yatırım aydın şəkildə müşahidə olunur: "Son dövrlərdə 999.9 əyarlı qızıl sikkə və külçələrin satışında nəzərəçarpacaq artım qeydə alınıb. Yatırım məqsədilə qızıl alan şəxslər üçün yüksək əyarlı qızıl külçələri və ya sikkələri daha sərfəli hesab olunur. Bu məhsullar dəyərini qoruyur və qızılın qiyməti artdıqca birbaşa mənfəət qazandırır. Bu tip qızıl məmulatları əsasən investisiya məqsədilə alınır və satışı zamanı dəyər itkisi çox minimaldır. Bu da onları adi zinət əşyalarından fərqli olaraq daha əlverişli sərmayə vasitəsinə çevirir".

"Qiymətlər daha da artacaq"

R.Əmircanovun sözlərinə görə, ilin sonuna doğru qızılın qiymətinin daha da artacağı istisna edilmir: "İlin sonuna qədər qızılın qiymətinin unsiyaya 3 300-3 800 ABŞ dolları aralığında ticarət olunması ehtimal edilir".

Qızıl almaq istəyənlərə məsləhət

Müsahibimiz qızıl almaq istəyənlərə məsləhətlərini də verdi: "Yatırım məqsədilə qızıl alan şəxslərə yüksək əyarlı qızıllara, eləcə də beynəlxalq sertifikatlı brilyantlara üstünlük vermək tövsiyə olunur. Bu cür məhsullar dəyərini qoruma baxımından daha etibarlıdır. Məhsulu əldə etdikdə alıcının qızılın əyar göstəricilərini və qiymətli daşların keyfiyyət parametrlərini təsdiq edən sənədləri tələb etməsi vacibdir. Alıcılara adı, mənşəyi və sertifikatı məlum olmayan məhsullardan çəkinmək tövsiyə olunur. Həqiqi dəyərinə uyğun və risk daşımayan qızıl və qiymətli daş məmulatı almaq üçün alıcılar yalnız etibarlı satıcılara müraciət etməli, dövlət damğası və beynəlxalq sertifikatlara malik məhsullara üstünlük verməlidirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 May 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see222

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see205

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see200

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see156

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see143

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see140

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see139

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see138

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see137

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see137

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see135

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see135

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see133

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see132

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see127

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see126

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see124

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see123

Türkiyədə mərc oyunları qalmaqalı 102 futbolçu...

13 Noyabr 2025 17:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri