Qızıl rekord həddə yaxınlaşır: Bahalaşma davam edəcək KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Qızılın dünya bazarındakı qiyməti son dörd gündə ardıcıl yüksələrək son yeddi həftənin ən yüksək səviyyəsinə çatıb. Ekspertlər bahalaşmanı qlobal iqtisadi gözləntilər və geosiyasi proseslərlə əlaqələndirirlər.
Bəs qiymət artımı yaxın dövrdə də davam edəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın bahalaşmasının əsas səbəblərindən biri ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında gərginliyin azalacağına dair gözləntilərin güclənməsidir.
Onun sözlərinə görə, bu proses neft bazarına da birbaşa təsir göstərir:
“ABŞ ilə İran arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunacağına və atəşkəsin bərpa ediləcəyinə dair gözləntilər neftin qiymətini aşağı salır. Neft ucuzlaşdıqca inflyasiya təzyiqlərinin zəifləyəcəyi ehtimalı artır. İnflyasiya gözləntilərinin azalması isə ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələri ilə bağlı daha yumşaq siyasət yürüdəcəyinə dair gözləntiləri gücləndirir. Bu da öz növbəsində investorların qızıla marağını artırır və qiymətlərin yüksəlməsinə şərait yaradır.”
İqtisadçı qeyd edib ki, qızıl bazarındakı əsas tendensiyalar ABŞ-ın pul-kredit siyasəti və qlobal geosiyasi proseslərin təsiri altında formalaşır.
Onun fikrincə, inflyasiyanın zəifləməsi və FED-in faiz endirimləri ilə bağlı gözləntilər qüvvədə qaldığı müddətdə qızılın dünya bazarında yüksək qiymətini qoruyacağı və bahalaşma meylinin davam edəcəyi ehtimalı böyükdür.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 06 Avqust 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















