Icma.az
close
up
RU
Qızıl və gümüşün qiyməti artdı: Bahalaşma davam edəcək?

Qızıl və gümüşün qiyməti artdı: Bahalaşma davam edəcək?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətləri artıb.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,35% bahalaşaraq 3 686,4 ABŞ dollarına, gümüşün isə 0,62% yüksələrək 42,83 ABŞ dollarına çatıb.

Göründüyü kimi qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur.

Maraqlıdır, qızıl ilin axırına qədər bahalaşmağa davam edəcək? Azərbaycanda qızıl və gümüşə investisiya edən vətəndaşlar üçün hazırkı vəziyyətdə hansı risklər və imkanlar mövcuddur?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a danışan “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib ki, hazırda qızıl və gümüşün qiymətlərində müşahidə olunan artım bir neçə mühüm amillə bağlıdır.

Onun sözlərinə görə, ilk növbədə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı gözləntilər beynəlxalq maliyyə bazarlarında qeyri-müəyyənlik yaradır:

"Bu, investorları ənənəvi olaraq etibarlı hesab olunan qızıla və digər qiymətli metallara yönəlməyə sövq edir. Eyni zamanda, müxtəlif regionlarda davam edən geosiyasi gərginliklər, ticarət münasibətlərindəki risklər, qlobal iqtisadi artımla bağlı qeyri-müəyyənliklər, eləcə də dövlətlərin mərkəzi banklarının qızıl ehtiyatlarını artırması qiymətlərin artımını dəstəkləyən əsas faktorlar sırasındadır".

Rövşən Əmircanov vurğulayıb ki, qiymətlərin gələcək dinamikası bir sıra qlobal amillərlə bağlı olacaq:

"Yaxın dövrdə bahalaşmanın davam etməsi ehtimalı yüksəkdir. Bununla belə, qiymətlərin dinamikası ABŞ-də və digər aparıcı iqtisadiyyatlarda inflyasiya göstəricilərindən, faiz siyasətindən, eləcə də geosiyasi proseslərin gedişindən asılı olacaqdır. Bu baxımdan, bazarlarda həm artım, həm də qısamüddətli korreksiya hallarının baş verməsi istisna edilmir". 

O qeyd edib ki, qısamüddətli dövrdə qiymətlərin enməsi mümkündür və bu hal spekulyativ xarakterli yatırımlar üçün risk yarada bilər:

"Azərbaycanda qızıl və gümüşə investisiya edən vətəndaşlar üçün əsas risk qiymətlərin qlobal bazarlardakı dəyişkənlikdən asılı olmasıdır. Qısamüddətli dövrdə enişlər mümkündür ki, bu da spekulyativ xarakterli yatırımlar üçün risk yaradır. Bununla yanaşı, uzunmüddətli perspektivdə qızıl və gümüşün dəyərinin qorunması və artması daha yüksək ehtimalla qiymətləndirilir.

Bu, sərvətini inflyasiyadan qorumaq və kapitalını sabit alətlərdə saxlamaq istəyən investorlar üçün mühüm imkan yaradır. Beləliklə, qısamüddətli dövrdə qiymət dəyişkənliyi müəyyən risklər doğursa da, orta və uzunmüddətli baxışda qızıl və gümüş Azərbaycan vətəndaşlarının investisiya portfellərinin diversifikasiyası üçün etibarlı və strateji əhəmiyyət daşıyan alətlərdən biri olaraq qalır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri