Icma.az
close
up
RU
Məhərrəmliyə az qalır Qızıl ucuzlaşacaq?

Məhərrəmliyə az qalır Qızıl ucuzlaşacaq?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məhərrəmlik ayının yaxınlaşması ölkədə toy mərasimlərinin təxirə salınması və şadlıq saraylarının fəaliyyətində durğunluq yaranması ilə nəticələnir. Bu dövr hər il zərgərlik sektoruna, xüsusən də zinət əşyaları bazarına təsirsiz ötüşmür. Toy mövsümünün başa çatması ilə qızıl məmulatlarına olan daxili tələbatın kəskin azalmasının qiymət siyasətinə necə təsir edəcəyi isə ən çox maraq doğuran məqamlardandır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, Azərbaycanda qızılın qiyməti daxili bazardakı tələb və təkliflə birbaşa və ciddi şəkildə bağlı deyil:
"Qiymətlər əsasən beynəlxalq qızıl bazarlarında formalaşan dəyərə uyğun müəyyənləşir və yerli bazar bu dəyişiklikləri əks etdirir. Son dövrlərdə dünya bazarında qızılın qiymətində ucuzlaşma müşahidə olunur və bu da daxili bazara təsirsiz ötüşmür. Məlumatlara görə, əvvəlki dövrdə bir unsiya qızılın qiyməti təxminən 5000 dollara qədər yüksəlmişdi, hazırda isə 4500 dollar civarında dəyişir. Bu eniş Azərbaycanda da qiymətlərin müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər. Lakin bu dəyişikliklər əsasən xarici bazar amilləri ilə bağlıdır və yerli daxili faktorların təsiri nisbətən zəif qalır".
İqtisadçı onu da əlavə edib ki, yerli səviyyədə qeydə alınan aktivlik qlobal qiymət siyasətini üstələmək gücündə deyil. Ölkə daxilində qızıl ticarəti ilə məşğul olan şəxslər qiymət təyin edərkən dünya birjalarının son göstəricilərini əsas götürürlər.
"Yəni müəyyən dövrlərdə alıcı fəallığı artsa da, bu, qlobal qiymət tendensiyasını əsaslı şəkildə dəyişmir. Nəticə etibarilə, qızılın qiymətindəki əsas istiqaməti yenə də beynəlxalq bazarlar müəyyən edir",- deyə ekspert qeyd edib.
Qeyd edək ki, bu il Azərbaycanda Məhərrəm ayı hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı olaraq 2026-cı il iyunun 16-da başlayıb, iyulun 15-də başa çatacaq. Ayın ən mühüm günü olan Aşura günü iyunun 25-nə təsadüf edir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri