Icma.az
close
up
RU
Qızıl üzük hədiyyə olunan müəllimlə bağlı Rəsmi açıqlama

Qızıl üzük hədiyyə olunan müəllimlə bağlı Rəsmi açıqlama

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb və müəllimə Günel Məmmədovaya töhmət verilib.

 “Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat versə də, direktor tədbirin keçirilməsini uyğun hesab etməyib:

“Tovuz rayonunda müəllimə zinət əşyası təqdim olunması hadisəsinin sosial mediada müzakirəsi cəmiyyətdə korrupsiya hallarına barışmaz mövqeyin güclənməsindən xəbər verir. Bir qrup valideynlər zinət əşyasının bağışlanmasını normal hesab edirsə, digər qrup təhsildə, eləcə də bütün cəmiyyətdə “durulma” prosesinin tərəfdarı kimi prinsipial mövqe tutur. Hesab edirik ki, ikinci qrup insanların fəal vətəndaş mövqeyi və dəstəyi təhsilin sağlam dəyərlər üzərində irəliləməsinə bilavasitə təsir göstərir.

Bildiririk ki, bu hadisədə adıgedən müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat verib, lakin direktor bu tədbirin keçirilməsini uyğun hesab etməyib. Buna baxmayaraq müəllim məktəbin və özünün nüfuzuna mənfi təsir göstərmiş bu tədbirdə iştirak edib (24 may tarixində) və məktəb rəhbərliyinin haqlı olduğunu “sübut” edib.    

Töhmətin məğzi uyğunsuzluğu müzakirə edilmiş məsələyə müəllimin etinasız yanaşması ilə bağlıdır və intizam tənbehi iş günündə (5 iyun tarixində) verilməklə hüquqi çərçivəni aşmayıb.                                  

Müəllim və valideynlərin tədris ilinin sonunda təmtəraqlı ziyafətlər təşkil etməsi isə başqa bir müzakirənin mövzusudur. Şagirdlərə heç bir inkişafetdirici təsiri olmayan, əksinə maliyyə və vaxt resurslarının lüzumsuz istifadəsinə gətirən bu cür tədbirlərin yolverilməzliyini pedaqoqlar  dəfələrlə vurğulayıblar. Biz  bu məsələdə daha optimal  və öyrədici tədbirlərə üz tutmağı tövsiyə edirik.

Bir daha bütün maraqlı tərəfləri sağlam təhsil mühiti naminə etik davranış normalarına əməl etməyə çağırırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyun 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri