Icma.az
close
up
RU
Qızılın qiyməti bu tarixdən yüksələ bilər

Qızılın qiyməti bu tarixdən yüksələ bilər

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Dünya bazarlarında qızıl qiymətləri bu həftənin ikinci iş günündə artım nümayiş etdirib.

Metbuat.az xəbər verir ki, çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:14-də spot qızıl 3,336.88 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib (+0.2%), ABŞ-də dekabr təhvil fyuçersləri isə 3,381.20 dollar olub (+0.1%).

Artımın əsas səbəbi ABŞ dollarının zəifləməsi və sentyabr ayında Federal Ehtiyat Sistemi (FED) tərəfindən faiz dərəcələrinin azaldılacağına dair bazar gözləntiləridir. CME FedWatch alətinə görə, investorlar 25 baza bəndi faiz endirimi ehtimalını 83% olaraq qiymətləndirirlər.

UBS-in əmtəə analitiki Covanni Staunovo bildirib ki, qızıl son həftələr dar diapazonda qalsa da, ticarət gərginlikləri, Rusiya-Ukrayna müharibəsinə dair sülh cəhdləri və zəif ABŞ əmək bazarı göstəriciləri qiymətlərdə tərəddüd yaradır. Lakin analitikin fikrincə, orta müddətdə risklərin artması qızılı daha da bahalaşdıra bilər.

Siyasi fon da bazarlarda mühüm rol oynayır. ABŞ prezidenti Donald Tramp bu həftə Ukrayna prezidenti Vladimir Zelenskiyə söz verib ki, müharibənin bitməsi üzrə əldə ediləcək istənilən razılaşmada ABŞ Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək. Tramp Zelenski və Avropa müttəfiqlərini Alyaskada Vladimir Putinlə görüşündən dərhal sonra qəbul edib. Həmin görüş razılaşmasız nəticələnsə də, ABŞ-nin yeni təşəbbüsləri diqqət çəkib.

İndi isə bütün diqqət avqustun 21–23-də Jackson Hole simpoziumunda FED sədri Cerom Pauellin çıxışına yönəlib. Onun açıqlamaları mərkəzi bankın iqtisadi siyasəti ilə bağlı yeni istiqamətlər verə bilər.

Digər qiymətli metallar da müxtəlif dinamika nümayiş etdirib:

Gümüş – 37.97 $/unsiya (-0.1%)

Platin – 1,330.80 $ (+0.6%)

Palladium – 1,115.37 $ (-0.6%)

Ekspertlərin proqnozlarına görə, yaxın günlərdə qızılın qiyməti mövcud diapazonu saxlasa da, faiz dərəcələrinin azalması və siyasi risklərin artması fonunda orta müddətdə yüksəliş tendensiyası davam edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri