Icma.az
close
up
RU
Qızımı pul qarşılığında manyak qaçırıb Bakıda ŞOK OLAY

Qızımı pul qarşılığında manyak qaçırıb Bakıda ŞOK OLAY

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Afər Əhmədağa oğlu Əmirov hüquq-mühafizə orqanlarına və bütün aidiyyəti qurumlara açıq müraciət edib. Onun sözlərinə görə, avqustun 8-də tək övladı olan qızı – Aytac Əmirli Əfqan Əflat oğlu İmamməmmədov tərəfindən qaçırılıb.
Turkustan.az xəbər verir ki, şikayətçi musavat.com-a bildirib ki, məsələ ilə bağlı dəfələrlə 102 qaynar xəttinə müraciət edib, təcili tədbirlər görülməsini istəyib:
“Məni övladımla görüşdürmədilər. Xəzər rayon 1-ci Polis Bölməsindən ərizə verdim. Dedilər bizlik məsələ deyil. Mən məcbur qalıb bu müraciəti KİV vasitəsilə ictimailəşdirirəm”.
Əhmədağa Əmirov iddia edir ki, qızının qaçırılmasında maddi maraq da var:
“Mənim torpağımı 30 ildən çoxdur əlimdən almaq istəyirlər. Mənə elə gəlir ki, qızımı Əfqana pul verib oğratdırıblar”.
O, Əfqanın əvvəllər də oxşar hərəkətlərə yol verdiyini bildirir:
"Əfqan narkotik istifadəçisidir, onun çirkli əməlləri çoxdur. Beş il əvvəl indiki həyat yoldaşı Sevil adlı qadını da zorla qaçırmışdı. O vaxt Sevilin iki azyaşlı övladı atasının yanında qaldı. İndi isə Əfqanın Sevildən 4 uşağı var. Bununla belə, qızımı da qaçırıb. Özü isə açıq şəkildə deyir ki, mənə heç nə edə bilməzlər, çünki arxasında yüksək vəzifədə adam var".
Afər Əmirov həmçinin qeyd edir ki, Əfqanın həyat yoldaşı Sevil də onu və həyat yoldaşını təhdid edib:
"Arvadı yoldaşım Balacaxanım Əmirovaya mesaj yazıb deyib ki, sizi şərləyib həbs etdirəcəklər".
Şikayətçi hesab edir ki, baş verənlərə hüquqi qiymət verilməli, Cinayət Məcəlləsinin 230-cu maddəsi (çoxarvadlılıq) əsasında tədbirlər görülməlidir. Əks halda, onun sözlərinə görə, ailəsi intihar həddinə çatdırılıb:
"Biz məcbur olub özümüzə qəsd etməyi düşünürük. Çünki nə torpaq problemimizə, nə də qızımın qaçırılması məsələsinə düzgün baxılmır. Mənim yeganə tələbim odur ki, qızım mənə qaytarılsın, məsuliyyət daşıyan şəxslər isə qanun qarşısında cavab versin".
Əmirovun ərizəsi Daxili İşlər naziri Vilayət Eyvazova, Respublika Prokuroru Kamran Əliyevə, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsman Səbinə Əliyevaya və bütün KİV-lərə ünvanlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Avqust 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri