Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram
Icma.az bildirir, Axsham.az portalına istinadən.
"Yeni seriallara dəvət alıram, çəkilmirəm. Çünki teatr səviyyədir. Serialda aktyor truppası, rejissor işi, maddiyat və mənəviyyat güclü olmalıdır. Bir-iki istedadlı seçirlər, qalanı yox. Bütün aktyor heyəti güclü olmalıdır. Bir dəfə çəkilmək üçün razılıq verdim. Amma çəkiləndə gördüm ki, tərəf müqabilim, aktyor truppası... Adını çəkməyəcəyəm, çəkilsəm deyərdim. Seriallara ciddi yanaşmaq lazımdır".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə əsədova "Künc-bucaq" yutub layihəsində deyib. Aktrisa təklif aldığı serialdan ilk bölümdə imtina etdiyini bildirib. O qeyd edib ki, çəkiliş zamanı aktyor heyətini bəyənməyib.
Aktrisa çox qonorar istəməsi haqda söhbətlərə aydınlıq gətirib:
"İllərdir bu sənətdə yol gəlirəmsə, zəhmətimin bəhrəsini görməliyəm. Amma görsəm rejissor işi, aktyor heyəti yaxşıdır, çəkilərəm. Heç qonorar danışmaram. Amma çəkilirəmsə, zəhmətimin bəhrəsi ödənilməlidir".
M.Əsədova qızı Gülərdən söz açıb. O bildirib ki, övladının aktrisa olmasını istəmir:
"Qızımın fikirlərinə hörmətlə yanaşıram. Amma mən onun aktrisa olmasını istəmərəm. Bir aktrisa nə qədər tale oynayır. Mənim obrazlarım ürəyimə təsir edir. O əziyyəti qızımın yaşamasını istəmirəm. Qızım efirdən uzaq qalır. Diplomatiya sahəsində təhsil alır. Bu il magistraturaya hazırlaşır. Qızımın 20 yaşı var, hələ də sosial şəbəkələrdən uzaqdır. Mənim qızım TikTok-dan nə öyrənəcək? Lazım deyil. Qızım mənə aiddir, əvvəldən istəməmişəm. Deyirəm, qızım, istəsən instaqram aç, amma TikTok olmaz. Qızım daha çox kitab oxuyur".
Hər zaman formada qalmağa çalışan əsədova "Formada olmalıyam, obrazlarıma uyğun gəlməliyəm. Ona görə də idmanla, yoqa ilə məşğul oluram. Səyahəti çox sevirəm" sözlərini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 09 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















