Qızın nadir xəstəliyini süni intellekt tapdı
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Uelsin Kardiff şəhərindən olan Fibi Tesorier öz ağır vəziyyətinin səbəbini bir neçə il ərzində həkimlərin simptomlarını sadəcə narahatlıqla əlaqələndirməsindən sonra ChatGPT çat-botu vasitəsilə müəyyən edə bilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qızın vəziyyəti sürətlə pisləşməyə başlayanda o, süni intellektə müraciət edib. Simptomlar arasında ayaqlarda sərtlik, əzələ zəifliyi və saç tökülməsi olub. Fibi məlumatları ChatGPT-yə daxil etdikdən sonra sistem nadir irsi xəstəlik olan irsi spastik paraplegiya ehtimalını irəli sürüb.
Qız nəticələrlə terapevtə müraciət edib və genetik test aparılmasını istəyib. Analizlər diaqnozu təsdiqləyib: Fibidə irsi spastik paraplegiyanın mürəkkəb kvadriplejik forması aşkar olunub. Bu, son dərəcə nadir xəstəlikdir və tədricən bütün ətrafların əzələlərini zədələyir.
Fibinin sözlərinə görə, bundan əvvəl ona dörd il ərzində səhv diaqnozlar qoyulub, o cümlədən narahatlıq pozuntusu və Todd iflici: tutmalardan sonra yaranan müvəqqəti ətraf sərtliyi.
Xəstəlik irəliləyir və artıq yalnız ayaqları deyil, qolları da zədələyir. Buna görə qız xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi işini tərk etmək məcburiyyətində qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Aprel 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















