Qızından aktyora 79 yaş təbriki Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Hollivud ulduzu Arnold Şvartsenegger 79 yaşını qeyd edib.
Axşam.az xəbər verir ki, aktyorun böyük qızı Ketrin Şvartsenegger atası ilə bağlı sosial şəbəkədə paylaşım edərək onu ad günü münasibətilə təbrik edib. O, arxiv fotolarını yayımlayaraq bunları yazıb:
"Ad günün mübarək, ata. Sənin bizimlə olmağın böyük şansdır. Övladlarımızın da sənin kimi babaya sahib olması isə daha böyük xoşbəxtlikdir".
Qeyd edək ki, Arnold Şvartsenegger keçmiş həyat yoldaşı Maria Şrayverlə nikahından Ketrin, Kristina, Patrik və Kristofer adlı dörd övlad sahibidir. Aktyorun, həmçinin keçmiş ev qulluqçusundan dünyaya gələn Cozef Baena adlı nikahdankənar oğlu da var.
Xatırladaq ki, Arnold Şvartsenegger yaxın zamanda məşhur obrazlarından biri olan Konan roluna qayıdacaq. O, "Kral Konan" filmində yenidən əfsanəvi döyüşçünü canlandıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 31 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















