Icma.az
close
up
RU
Qızını torpağa verib səhnəyə çıxan Şövkət Ələkbərova

Qızını torpağa verib səhnəyə çıxan Şövkət Ələkbərova

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

Kulis.az Mehdi Mükərrəmoğlunun "Səsin sehri" yazısını təqdim edir.

Azərbaycan ifaçılıq sənətinin korifeylərindən olan Şövkət xanım Ələkbərovanın mahnılarını bu gün də dinləyəndə adam sanki səsin sehri ilə ovsunlanır. Onun nəğmələrində Azərbaycanımızın milli ruhu yaşayır. Bu səsdə qəribə bir doğmalıq var. Bu səs torpağımız, dağlarımız, çaylarımız qədər bizə əzizdir. Onun bal kimi şirin, saf, ürəklərə sirayət edən səsindən doymaq olmur. Dünyanı heyrətə gətirən muğamlarımızı ifa edəndə isə onun istedadına heyran qalırsan. Ömrünün sonuna kimi səsi bulaq suyu kimi təmiz qaldı. Oxudu, Azərbaycanımızı öz bənzərsiz səsi ilə tərənnüm etdi, sevdirdi...

Şövkət xanımın həyat hekayəti haqqında geniş danışmaq fikrində deyilik, sadəcə, sənəti ilə bağlı bəzi məqamları oxucularla bölüşmək istədik.

Şövkət Ələkbərova 1922-ci ilin payızında Bakıda dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə fəaliyyətinə başlayıb. Bir müddət Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, 1945-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənni 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni ifa edib, müsabiqənin yekununda Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.

Məlahətli, yumşaq tembrli səsi ilə fərqlənən Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm xüsusilə səciyyəvi idi. Məharətli improvizasiya ustalığı isə onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Xalq artisti Şahnaz Haşımova: “Şövkət xanım hərtərəfli müğənni, xanəndə idi. Elə ifaçı var ki, bir janrı sevir, ona üstünlük verir, kənara çıxmır. Ancaq Şövkət xanım istər xanəndə, istərsə də mahnı ifaçısı kimi kifayət qədər uğur qazanıb. Görkəmli sənətkarımız Niyazinin dirijorluğu ilə “Qaragilə” xalq mahnısı simfonik orkestrin müşayiətilə böyük ustalıqla ifa etməsi də bunu bir daha təsdiq edir”.

Şövkət xanımın yaradıcılığında 50-ci illər xüsusilə məhsuldar olub. Bu illər ərzində sənətkar xalq və bəstəkar mahnılarının bir nömrəli ifaçısı kimi tanınıb. “Qatar”, “Şahnaz”, “Segah” muğamlarını, “Qarabağ şikəstəsi”, “Ay qadası”, “Kürdün gözəli”, “Bir könül sındırmışam” və digər mahnıları özünəməxsus tərzdə ifa edib və onlara, sözün əsl mənasında, yeni nəfəs gətiririb.

O, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib.

Şövkət Ələkbərova son dərəcə güclü bir şəxsiyyət idi. Onun həyat yolu heç də hamar olmamışdı. Həyatın onun qarşısına çıxardığı faciələr – həyat yoldaşı Lətif Səfərovun qəfil dəhşətli ölümü, qızı Natellanın ağır xəstəlikdən sonra həyatdan vaxtsız köçməsi bir qadının çiyinləri üçün qaldırılası yük deyildi. Məhz qızı Natellanın ölümü Şövkət xanımın səhhətini xüsusilə ağırlaşdırdı. Amma xəstəliyinin ağırlığına baxmayaraq, 1990-cı il yanvarın 20-də Almaniyada müalicədə olan Şövkət xanım son qüvvəsini toplayaraq, xalqına yardım göndərmək məqsədilə oradakı Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə konsertlərində çıxış etdi. Müğənni iki gün dalbadal yataqdan qalxıb səhnəyə çıxdı. Bunu ancaq güclü şəxsiyyət edə bilərdi.

1993-cü il fevral ayının 7-də Azərbaycan qəlbi nəğmələrlə yoğrulan bir övladını, Şövkət Ələkbərovanı itirdi... Amma biz Şövkət xanımın dünyadan köçməsindən geniş söz açmayacağıq, çünki tarixdə öz yerini tutmuş bu nadir şəxsiyyət bizim üçün, xalqımız üçün, Şövkət sənətinin bütün dünyada olan pərəstişkarları üçün daima sağdır ...

Şövkət xanımın səhnələrdə üstünə yağan çiçəklər, alqışlar, xalq sevgisi onu ölməzlik zirvəsinə ucaltmışdı. Dövlət təltifləri də kifayət qədər idi. 1954-cü ildə Azərbaycanın Əməkdar artisti, 1959-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdü.

Azərbaycan Radio və Televiziyasının qızıl fondunda Şövkət xanımın yarım əsr ərzində oxuduğu misilsiz sənət nümunələri saxlanılır. İnanmaq istərdik ki, musiqi tariximizin bu inciləri qayğıkeşliklə qorunub gələcək nəsillərə ötürüləcək.

"Həmişə kürəyimdə onun isti nəfəsini hiss etmişəm" - Mir Cəlalın gizli arzusu Per Pettersonun yeni kitabı nəşr olunacaq "Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri