Icma.az
close
up
RU
Qızları evdən qaçmağa vadar edən səbəb

Qızları evdən qaçmağa vadar edən səbəb

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Psixoloq deyir ki, 14 yaş yeniyetmələrin ən təhlükəli dövrüdür və...

Son illər Azərbaycanda uşaqların və gənc qızların evdən qaçması hallarının artması cəmiyyət üçün narahatlıq doğuran problemə çevrilib. Xüsusilə 2024-2025-ci illərdə mətbuatda və sosial şəbəkələrdə bu mövzuda yayımlanan xəbərlərin çoxluğu problemin miqyasını və aktuallığını bir daha ortaya qoyur. Ən çox diqqətçəkən məqamlardan biri də bu halların əksəriyyətində qızların könüllü şəkildə evi tərk etməsidir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan psixoloq Vəfa Rəşidova deyib ki, hazırda ailədaxili vəziyyətlə bağlı SOS deyəcək durum yaranıb: “Uşaqlar ailələrin basqısı, təhqiri ilə üzləşirlər. İllərdir biz bu məsələ ilə bağlı danışırıq, amma faydası yoxdur. Şiddətlə böyüyən bir uşaq xoşbəxt ola bilməz. Seanslarda da müşahidə edirik, etdikləri hərəkətlərini zəmanə ilə, pulsuzluqla əlaqələndirməyə çalışırlar. Bəziləri şiddətin nə qədər təhlükəli olduğunu anlaya bilmir, onlar övladları ilə necə davranmağı haradan biləcək. Bəzən valideynlərə irad bildiriləndə belə cavab verirlər, "atayam, anayam, özüm bilərəm uşağımla necə rəftar edərəm". Bu səbəbdən də şiddət görən uşaqlar, yeniyetmələr xoşbəxtliyi, sevgini kənarda axtarırlar".

Vəfa Rəşidova

Psixoloq “qeyd edilir ki, bu kimi hadisələr daha çox boşanmış cütlüklərin övladlarının başına gəlir” sualına belə cavab verib: “Tək boşanmış ailələrdə bu cür problemlər baş vermir. O qədər bütöv ailələr var ki, illərdir bir yerdədirlər, amma şiddət olduğuna görə onların da övladları evdən qaçırlar. Biz çox belə ailələrlə rastlaşmışıq. Əksinə, şiddət olan, evdə hər gün dava edən cütlüklər boşandıqdan sonra uşaqlar özlərini daha xoşbəxt hiss edirlər.  Məhz o dava-dalaş içində uzun illər yaşayan uşaqlar bir gün başlarını götürüb qaçırlar. Bu uşaqların evdən qaçması da normaldır. Bəlkə də bu fikrim kiminsə xoşuna gəlməyə bilər. Nə qədər bir insan fəlakətə, xaosa dözər? Bu uşaqların evdən qaçması əslində valideynlərə etirazlarının bir təzahürüdür. O uşaqları bir çox hallarda tapırlar, evlərinə qaytarırlar, elə bilirsiniz nə isə dəyişir? Əslində heç nə dəyişmir, həyatlarına qaldıqları yerdən davam edirlər”.

Vəfa Rəşidova qeyd edir ki, evdən qaçmaq istəyi daha çox yeniyetməlik dövründə baş qaldırır: “Yeniyetmələrdə hormonlar dəyişir, avtoritar xarakter ortaya çıxır. Biz bunu seanslarda da görürük. Misal üçün, bir pasiyentim anasını təpikləyirdi. Valideynlə heç mən danışıq apara bilmirdim, o qədər çətin adam idi ki. Elə anlayırlar ki, valideyndirsə, söyə, döyə bilər. Bir insan səndən uzaqlaşırsa, demək, o yerdə nizam-intizam yoxdur, orada xaos var.

Əlbəttə, yeniyetmələrin evdən getməsi olduqca təhlükəli bir tendensiyadır. Əksər vaxtlarda da hansısa bir yaşlı adamın xoş sözünə, vədinə inanaraq evi tərk edirlər. Amma bir tərəfdən qınamaq olmur. Çünki onun ehtiyacı, sadəcə, xoş sözlərədir. 

Valideynlər əsasən övladlarının 14 yaşında diqqətli olmalıdırlar, təhlükəli dönəm əsasən 22, bəzən də 26 yaşına qədər davam edir. Ən kritik yaş dövrü 14-dən başlayır. Fikir versəniz, narkotikə əsasən 25-26 yaşlarında qurşanırlar".

Psixoloq insanlar arasında daha çox deyilən “sovetin vaxtında da valideynlər uşaqlarına acıqlanar, yeri gələndə kötəkləyər, amma kiminsə ağlından intihar etmək, evdən qaçmaq keçməzdi” sualına da cavab verib: “Elə sovet dövrünün çatlaqlarıdır bu gün əziyyət çəkirik. O qədər basqı içində olmuşuq, susmuşuq ki, bir azadlıq görən kimi özümüzü itirmişik. Artıq o dövr bitib, indi biz daha fərqli bir cəmiyyətdə yaşayırıq. Bizim o vaxt belə telefonlarımız, internetə çıxışımız yox idi. Biz dodağını, bədəninin  müxtəlif nahiyələrini şişirdən qadınlar görmürdük. Biz onları özümüzə ideal kimi tutmurduq. Bizim ideallarımız abırlı, səliqəli geyinən müəllimlərimiz olub. Amma bu gün obraz olaraq TikTok-da, İnstagramda özünü reklam edənlərdir. Yeniyetmələr tam formalaşmayıb deyə fikirləşirlər ki, bu bloger çox "like" yığıbsa, hamı onun səhifəsinə abunə olubsa, deməli, bunun kimi olmaq lazımdır. Bu zaman o yeniyetmə üçün fərqi yoxdur o blogerin dodağı, yoxsa ombası yekədir, onu ulduz sayacaq, ona bənzəmək istəyəcək. Bu səbəbdən də valideynlər elə etməlidir ki, övladları bu cür insanları özlərinə ideal seçməsinlər. Kifayət qədər səbirli, mehriban, anlayışlı olmalıdırlar". 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see223

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see171

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see170

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see168

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see168

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see168

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see167

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see166

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see164

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see163

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see162

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see158

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see156

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see156

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see154

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see153

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see152

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see151

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see147

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri