Icma.az
close
up
RU
Qızların idmana maraq göstərməsi hər birimizin uğurudur

Qızların idmana maraq göstərməsi hər birimizin uğurudur

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 286 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Niyazova Aytən oldu.

A.Niyazova əvvəlcə özü haqqında məlumatları bölüşüb: "Mən Azərbaycan Kooperasiya Universitetinin məzunu olmuşam. Hal-hazırda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram.3-cü kurs tələbəsiyəm. Təhsilimi qiyabi əsaslarla davam etdirirəm. Artıq 5 ildir ki, fiziki tərbiyə müəllimi olaraq çalışıram. Öz ixtisasımı, şagirdlərlə işləməyi çox sevirəm". 

O, fiziki tərbiyə dərslərinin təşkili haqqında danışarkən şagirdlərin məktəblərarası müxtəlif yarışlarda iştirak etdiklərini də deyib: "Fiziki tərbiyə dərsləri qruplara ayrılaraq keçirilir. Yəni, sinif siyahısına əsasən, sinif 2 qrupa bölünür. Hər qrupa ayrı bir fiziki tərbiyə müəllimi dərs keçir. Ümumiyyətlə, şagirdlər arasında məktəblərarası bir çox yarışlar olur. Demək olar ki, bütün idman növlərinə uyğun yarışlar keçirilir. Voleybol, futbol, basketbol - bu idman növlərinə aid müxtəlif yarışlar təşkil olunur".

A.Niyazova şagirdləri arasında istedadlı uşaqların çox olduğunu vurğulayıb: "Şəxsən mənim dərs keçdiyim şagirdlər arasında istedadlı uşaqlar var. Onlar gələcəkdə cüdo, taekvondo, futbol idman növləri üzrə uğurlu nəticələr qazana bilərlər. Bu şagirdlərimdən böyük nailiyyətlər gözləyirəm".

O, qeyd edib ki, uşaqlar fiziki tərbiyə dərslərində həvəslə iştirak edirlər: "Hal-hazırkı dövrü, hiperaktiv uşaqların çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, fiziki tərbiyə fənni şagirdlərin ən sevdiyi fəndir. Çünki uşaqlar hərəkətlidirlər. Uşaqlar fiziki tərbiyə dərslərində özlərini tapırlar. Onların azımi geyim qaydalarına riayət edərək, dərslədə həvəslə iştirak etməkləri əlbəttə ki, müsbət haldır. Müəllimlər isə çalışır ki, dərsləri yüksək səviyyədə keçsin".

Həmsöhbətimiz məktəblərdəki idman zallarının, infrastrukturun durumundan da söz açıb: "Bəzi məktəblər var ki, orada infrastruktur normal deyil. Amma bir çox məktəblərdə şərait yaxşıdır. Ümumilikdə bunu deyə bilərəm ki, Bakı şəhərindəki məktəblərdə problem yoxdur. Təbii ki, müəyyən dövrdən sonra zallar, digər vasitələr təmir tələb edir. Mənə elə gəlir ki, bunu müəyyən qurumlar diqqətdə saxlayırlar və lazımi işləri görürlər". 

Fiziki tərbiyə müəllimi bunu da qeyd edib ki, uşaqlarla dost münasibəti qurur və onlarla söhbətlər aparır: "Hər bir şagirdin fərq qoyduğu müəllimlər olur. Bəzən elə olur ki, uşaq sinif rəhbərinə deyə bilmədiyi sözü başqa bir fənnin müəlliminə danışır. İlk növbədə müəllim sərhədləri qorumaq şərti ilə uşaqlara dost olmalıdır. Şagirdərlə elə bir münasibət qurmaq lazımdır ki,o, hər hansı bir problemi, çətinliyi olanda müəllim ilə bölüşə bilsin. İnansın ki, müəllimi ona düzgün yolu göstərəcək. Uşaqlara bəzən müəllim, bəzən dost, bəzən valideyn kimi danışırıq. İdman baxımından isə uşaqlara söhbətlərimizdə hər zaman idmanın müsbət keyfiyyətlərini vurğulayırıq. Bildiririk ki, həyatda ən böyük dəyər sağlamlıqdır. Fiziki tərbiyə isə sağlamlığı qoruyur".

O, dərsləri uşaqlar üçün daha əyləncəli hala gətirdiyini deyib: "Fiziki tərbiyə fənninin 4 vəzifəsi var. Bunlar maarifləndirici, öyrədici, inkişaf etdirici və sağlamlaşdırıcı vəzifələrdir. Müəllim bu vəzifələri nəzərə alaraq dərs keçməlidir. Şagirdlər müəyyən hərəkətləri davamlı icra etsələr, yorula bilərlər, maraqları olmaz. Ona görə də biz dərsləri oyuna çeviririk, əyləncəli edirik. Uşaqlar fiziki tərbiyə dərslərinə ona görə can atırlar ki, burada həm öyrənirlər, həm əylənirlər".

A.Niyazova şagirdlərlə olduğu kimi, valideynlərlə də söhbətlər apardıqlarını söyləyib: "Valideynlərlə də söhbət edirik. Uşaqların hansısa bir idman növünə uyğun istedadını görəndə bu barədə valideynlərə məlumat veririk. Hərdən də elə olur ki, uşaq cüdonu sevir, amma valideyni onu başqa idman növü üzrə məşqlərə yazdırır. Belə olanda da valideynlərlə danışırıq. Çünki şagirdin potensialını fiziki tərbiyə müəllimi görür. Ümumiyyətlə, bizim ölkəmiz idman ölkəsidir. Prezident cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin də prezidentidir. Ölkəmizdə bir çox mötəbər yarışlar keçirilib, idmançılarımız dəfələrlə bayrağımızı zirvəyə qaldırıb, himnimizi səsləndiriblər. Ona görə də şagirdlərin idmana marağı yüksək səviyyədədir".

"Artıq Azərbaycanda qızların idmanla məşğul olmaması ilə bağlı streotiplər qırılır. Mənim elə qız şagirdlərim olub ki, onlar taekvondo üzrə Azərbaycan çempionluğunu qazanıblar. Voleybol, karate üzrə də uğur qazanan qız şagirdlərim olub. Bu, çox sevinirici haldır. Artıq qızlarının idmanla məşğul olmağına icazə verməyən valideynlər nadir halda görünür. Qızların idmana maraq göstərməsi, uğur qazanması ölkə olaraq hər birimizin uğurudur". 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri