Icma.az
close
up
RU
Qızmar günəş altında işçi işlədən müəssisələr BU HALDA CƏRİMƏLƏNƏ BİLƏR

Qızmar günəş altında işçi işlədən müəssisələr BU HALDA CƏRİMƏLƏNƏ BİLƏR

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 40 dərəcədən yüksək olanda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlar və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Milli Hidrometeorologiya Xidmətindən yaydığı məlumata əsasən ölkədə 40 dərəcə temperatur var. Vəziyyət belə olan halda açıq havada, yüksək temperaturda və günəş şüalarının altında işləmək məcburiyyətində qalan insanların aqibəti adamı narahat edir. Bu cür işlər daha çox tikinti, kənd təsərrüfatı, yol işləri və digər sahələrdə rast gəlinir. Sözügedən işçilər yüksək temperaturun yaratdığı təhlükələrlə, məsələn, istilik vurması, günvurma və susuzluqla üzləşə bilərlər. 

BAKU.WS xəbər verir ki, işəgötürənlər üçün qanunvericilikdə sağlamlığının qorunması ilə bağlı müddəalar olmalıdır. Lakin bunlar olmadıqda həmin işə götürən müəssisə və ya qurmu cərimə gözləyir. Bu barədə vəkil Turan Abdullazadə BAKU.WS-ə açıqlama verib. 

"İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl olunmamasına; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə 500 AZN-dən 1000 AZN-dək cərimə edilir" -deyə vəkil qeyd edib. 

İşçilərin sağlamlığını qorumaq üçün bir sıra tədbirlər də görülməlidir. Bunlar əsasən aşağıdakılardır. 

İş saatlarının tənzimlənməsi: İşçilərin günün ən qızmar saatlarında işləməsinin qarşısı alınmalı, iş saatları səhər tezdən və ya axşam saatlarına uyğunlaşdırılmalıdır.    

İstirahət üçün uyğun şərait: İşçilər üçün kölgəlik, soyuq su və istirahət yerləri təmin edilməlidir.    

Müdafiə vasitələri: İşçilər üçün baş geyimləri, gün eynəkləri, açıq rəngli paltarlar və digər müdafiə vasitələri təmin edilməlidir.    

Təlim və maarifləndirmə: İşçilərə yüksək temperaturun təhlükələri və onlardan qorunmaq yolları barədə məlumat verilməlidir.    

Bundan başqa kəskin istilərlə bağlı işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Əmək məcəlləsinə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri