Icma.az
close
up
RU
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb

Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə XIII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə səfər edən iştirakçılar üçün iftar süfrəsi açıb.

Moderator.az xəbər verir ki, tədbirdə forum iştirakçıları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də iştirak ediblər.

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyanın müxtəlif ölkələrindən insanların Azərbaycanda bir araya gəlməsi böyük qürurdur. "Azərbaycanda multikulturalizm, dinlər və məzhəblər arasında münasibətlər dünyanın heç bir yerində olmadığı qədər yüksək səviyyədədir. Bu şəraitin və multikulturalizmin bünövrəsini isə Ulu Öndər Heydər Əliyev qoyub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", - deyə Allahşükür Paşazadə vurğulayıb.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinos bu cür platforma yaratdığı üçün Azərbaycana təşəkkür edib: "Mən sizi əmin etmək istəyirəm ki, bütün karyeram boyunca islamofobiya ilə mübarizəni dəstəkləmişəm. Azərbaycanın bu sahədə apardığı siyasət isə olduqca ilhamvericidir".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin insanların bir-birini tanımalarının və bir-birilərinə hörmət etməli olduqlarının vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, Azərbaycanın insan qardaşlığına verdiyi dəyər hər kəs üçün böyük fəxrdir.

Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa isə Azərbaycandakı multikulturalizm nümunəsinin dünyada sülhün bərqərar olmasına töhfə verdiyini diqqətə çatdırıb.

Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.

Daha sonra iftar süfrəsi açılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Mart 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri