Qlobal bank qızılın qiymətinin artacağını proqnozlaşdırır İlin ortasında 6200 dollara yüksələcək
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər qızılın qiymətində son 13 ilin ən sürətli ucuzlaşması yaşanıb. Buna baxmayaraq, yanvar ayında qızıl hələ də 13% dəyərlidir. Marja xəbər verir ki, qlobal miqyasda investorlar və ailələr üçün geniş maliyyə xidmətləri paketi, investisiya həlləri və fərdiləşdirilmiş məsləhətlər təqdim edən UBS, bu il ABŞ Federal Ehtiyat Sistemindən (FED, ABŞ Mərkəzi Bankı) iki faiz endirimi gözləndiyini bildirərək, Fed-in siyasətində ciddi dəyişiklik gözlənilmədiyini qeyd edib.
UBS bildirib ki, Dünya Qızıl Şurasının (World Gold Council) güclü tələbat hesabatından sonra qiymət proqnozlarını artırıb. Bank yaxın günlərdə qızıl qiymətlərinin 4500–4800 dollar/unsiya aralığında konsolidasiya olacağını, ilin ortasında isə 6200 dollara doğru yüksələcəyini proqnozlaşdırır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
UBS son hesabatında qeyd edib:
"Yaxın günlərdə qiymətlərin əsas faktorlar yenidən daha böyük rol oynayana qədər 4500–4800 dollar/unsiya səviyyəsində konsolidasiya olacağını gözləyirik. Son dövrdə ABŞ-da real faiz dərəcələrinin düşməsi və geosiyasi qeyri-müəyyənliyin davam etməsi ilə stimullaşdırılmış güclü mərkəzi bank alışları, ETF-lərə daxilolmaların artması və külçə və sikkələrə olan tələbin yüksəlməsi nəticəsində 2026-cı il üçün tələbat proqnozlarımızı artırdıq."
Banka hesabatında qızılı cazibədar aktiv kimi qiymətləndirməyə davam etdiklərini bildirərək əlavə edilib:
"Qlobal portfel bölgümüzdə qızıl mövqeyimizi qoruyuruq. Bundan əlavə, son ucuzlaşmanın gəlir axtaran investorlar üçün nisbətən yüksək qiymət oynaqlıqdan faydalanmaq imkanları yaratdığına inanırıq."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 02 Fevral 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















