Icma.az
close
up
RU
Qlobal bazarlarda geosiyasi gərginliyin təsiri güclənir

Qlobal bazarlarda geosiyasi gərginliyin təsiri güclənir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya maliyyə bazarlarında həftənin ikinci günü geosiyasi risklərin artması fonunda gərginlik müşahidə olunur. ABŞ ilə İran arasında atəşkəs müddətinin başa çatması, diplomatik prosesin gələcəyi ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə enerji təchizatının təhlükəsizliyi məsələsi investorların diqqətini yenidən regiona yönəldib.

“Reuters”-in  məlumatına görə, ABŞ-İran atəşkəsinin başa çatması fonunda qlobal bazarlarda istiqraz gəlirlilikləri yüksəlib, neftin qiyməti isə artımını davam etdirib. ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,321 faizə yüksələrək 2007-ci ilin iyunundan bəri ən yüksək səviyyələrdən birinə çatıb. 10 illik ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi isə 4,724 faiz təşkil edib.

Enerji bazarında da yüksəliş qeydə alınıb. Mənbənin məlumatına əsasən, Brent markalı neftin qiyməti 91,20 dollar/barel səviyyəsinə çatıb. ABŞ-ın West Texas Intermediate markalı neftinin qiyməti də 85 dollar həddini keçib. Neft qiymətlərinin yüksəlməsində ABŞ-İran münasibətlərində yaranmış yeni gərginlik və Hörmüz boğazından enerji daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsas amillərdən biri kimi göstərilir.

Hörmüz boğazı qlobal enerji ticarətinin əsas marşrutlarından biridir. Bu ərazidə gəmiçilik fəaliyyətinin məhdudlaşması və tanker axınının azalması dünya bazarlarında enerji təchizatı ilə bağlı narahatlıqları artırır. Məlumatda boğazdan keçən tanker və digər gəmilərin sayının hələ də aşağı səviyyədə qaldığı bildirilir.

Geosiyasi risklərin artması Asiya fond bazarlarında da özünü göstərib. “Reuters”-in qlobal bazarlara dair icmalına görə, Yaponiyanın Nikkei 225 indeksi geriləyib, Çin və Tayvan səhmlərində də itkilər qeydə alınıb. Cənubi Koreya bazarında isə əvvəlki artımın bir hissəsi qorunub.

Bazar iştirakçıları neft qiymətlərinin yüksəlməsini qlobal inflyasiya baxımından da riskli hesab edirlər. Enerji daşıyıcılarının bahalaşması istehsal, nəqliyyat və logistika xərclərinin artmasına, nəticə etibarilə istehlak qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bu amil xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti ilə bağlı gözləntilər baxımından əhəmiyyət daşıyır.

Mənbənin bu hünə olan digər məlumatına görə, son ABŞ iqtisadi göstəriciləri əmək bazarında müəyyən zəifləmə və inflyasiyanın nisbətən aşağı tempdə qalması ilə bağlı siqnallar verib. Bu vəziyyət investorların sentyabr ayında Federal Ehtiyat Sisteminin faiz dərəcələrinə dair gözləntilərinə də təsir göstərir. Lakin neftin bahalaşması inflyasiya risklərini yenidən gündəmə gətirib.

Qiymətli metallar bazarında isə qızılın qiyməti müəyyən qədər geriləyib. Belə ki, spot qızılın qiyməti 0,5 faiz azalaraq 4 391,14 dollar təşkil edib. ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi gəlir gətirməyən qızıl aktivinə marağın azalmasına təsir göstərən amillərdən biri olub.

Valyuta bazarında da investorların diqqəti ABŞ-ın pul-kredit siyasətinə və Yaxın Şərqdəki vəziyyətə yönəlib. Dollar təhlükəsiz aktiv kimi müəyyən dəstək qazansa da, ABŞ-da faiz dərəcələrinin gələcək dinamikasına dair qeyri-müəyyənlik onun mövqeyinə təzyiq göstərir. Bazar iştirakçıları Federal Ehtiyat Sisteminin növbəti iclaslarında atacağı addımları müəyyənləşdirmək üçün yeni iqtisadi göstəriciləri diqqətlə izləyirlər.

Hazırkı mənzərə göstərir ki, Yaxın Şərqdə baş verən proseslər artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, dünya iqtisadiyyatının sabitliyi baxımından da mühüm amilə çevrilib. ABŞ-İran münasibətlərində gərginliyin davam etməsi enerji bazarında əlavə dalğalanmalara, neft qiymətlərinin yüksəlməsinə və qlobal inflyasiya təzyiqlərinin artmasına səbəb ola bilər.

Nurəngiz Adilqızı

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri