Icma.az
close
up
RU
Qlobal çağırışların müzakərəsində beynəlxalq platforma IV Antalya Diplomatiya Forumu

Qlobal çağırışların müzakərəsində beynəlxalq platforma IV Antalya Diplomatiya Forumu

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev: "Bu tədbir beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biridir"

İctimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dinamik inkişaf edən, beynəlxalq miqyasda yüksək imicə sahib olan Azərbaycan dünyada söz sahibinə çevrilib. Milli maraqlarını hər zaman qoruyan ölkəmizin beynəlxalq miqyasda özünü təsdiqləməsi, irimiqyaslı layihələrin müəllifi kimi çıxış etməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin təzahürüdür. Xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına digər təşkilatlara üzv olaraq beynəlxalq səviyyədə əməkdaşlıq münasibətlərinin qurulmasına nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövründə beynəlxalq əməkdaşlığa mühüm töhfələr verib.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir. Son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Türkiyənin Antalya şəhərində işə başlayan IV Antalya Diplomatiya Forumunda iştirakı ölkəmizin beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqidir. Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.

Qeyd etdiyimiz kimi, Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib.

SÜLH VƏ ƏMƏKDAŞLIĞIN TƏŞƏBBÜSKARLARI

Azərbaycan və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət, iki dövlət" prinsipinə əsaslanan münasibətlər bu gün hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə çatıb. Bu münasibətlər təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu birliyin davamlılığını və gücünü təmin edən əsas amillərdəndir.

Antalyada keçirilən görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addımdır. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər.

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

QLOBAL ENERJİ ƏMƏKDAŞLIĞI

Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisəyə çevriləcək.

Azərbaycanın artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə də sıx bağlıdır.

Müasir dünyada Azərbaycan qazına dünya bazarında böyük tələbatın olduğundan qaz təchizatının şaxələndirilməsi istiqamətində addımlar atılıb. Ölkəmizdə Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işi, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi əhəmiyyət kəsb edir. Bir sıra Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Müasir dünyada Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir.

Ölkəmiz bu gün regionun enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan və dünya enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Üç min beş yüz kilometrdən çox uzunluğu olan bu layihə Azərbaycanın zəngin enerji resurslarını Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə beynəlxalq bazarlara çatdırmaqla qlobal enerji əməkdaşlığının mühüm komponentinə çevrilib.

BEYNƏLXALQ ENERJİ BAZARINDA ETİBARLI TƏRƏFDAŞ

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb.

Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir, Əlbəttə ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir.

Vurğulamaq yerinə düşər ki, bu layihənin gerçəkləşməsi uzun və çətin bir proses olub. Dəhlizin təməli 1997-ci ildə qoyulsa da, 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, həmçinin xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – "Şahdəniz", "Cənub Qafqaz Boru Kəməri", TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Məhz bundan sonra Cənub Qaz Dəhlizi tam gücü ilə işlək vəziyyətə gətirildi və Azərbaycan qazının Avropaya çatdırılmasına başlanıldı.

2014-cü ildə layihənin daha sistemli və effektiv idarə olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurum layihənin maliyyələşdirilməsi, idarə olunması və inkişaf etdirilməsi ilə bağlı mühüm funksiyalar yerinə yetirir. 2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları mütəmadi olaraq keçirilməyə başladı. Bu görüşlər layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir. Azərbaycanın uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi kimi tikilən TANAP-ın Avropa hissəsi olan TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr qiymətləndirilir və bu kəmərin ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur.

REGİONUN VƏ DÜNYANIN GƏLƏCƏYİNƏ TÖHFƏ

Bununla yanaşı, ölkəmiz nəqliyyat və logistika sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və görülən digər işlər Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsini təmin edir. Bu layihələr təkcə regional deyil, həm də Asiya ilə Avropa arasında strateji əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycan yaşıl enerji sahəsində də uğurlu layihələr həyata keçirərək, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək ölkəmiz təkcə daxili tələbatı ödəməyi deyil, həm də Avropaya yaşıl enerji ixracını hədəfləyir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, su elektrik stansiyalarının modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın bu sahədəki strateji məqsədlərindən biridir.

Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında da fəal iştirak edir. COP29 kimi mötəbər beynəlxalq tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin qlobal ekoloji gündəmdəki mühüm rolunu və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri bir daha təsdiqləyir. Bu tədbir vasitəsilə Azərbaycan bəşəriyyətin qarşısında dayanan ən aktual problemlərin həllində təşəbbüskar və məsuliyyətli tərəfdaş olduğunu nümayiş etdirib. Azərbaycan COP29 vasitəsilə yaşıl iqtisadiyyat yolunda irəliləmək üçün əlavə stimul qazanacaq. Heç şübhəsiz ki, bu konfrans çərçivəsində təqdim olunan beynəlxalq təcrübə və texnologiyalar ölkədə bərpaolunan enerji mənbələrinin tətbiqini genişləndirəcək.

Konfrans çərçivəsində ölkəyə gələn minlərlə xarici nümayəndə, investor və ekspert turizm və xidmət sektoruna əlavə gəlir gətirib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artıb, ölkə gələcək ekoloji investisiyalar üçün daha cəlbedici bir məkana çevrilib. COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgilədi. COP29-un Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin sosial, iqtisadi və ekoloji inkişafına töhfə verən strateji əhəmiyyətli bir addımdır.

Bundan əlavə, Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi humanitar və inkişaf layihələri də ölkəmizin dünyada sabitlik, humanizm və dialoq mədəniyyətinin təşviqinə verdiyi əhəmiyyətli töhfələrin göstəricisidir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməsi, qlobal ədalətin bərpasına yönəlmiş addımlar atması beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.

Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri