Icma.az
close
up
RU
Qlobal Cənub QHT Platforması yaradılır

Qlobal Cənub QHT Platforması yaradılır

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib.

Axar.az xəbər verir ki, “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atması, iqlimlə bağlı fəaliyyət də daxil olmaqla, ölkələr arasında həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi xüsusi vurğulanıb. Xarici QHT-lər Qlobal Cənubun aparıcı ölkələrindən biri olan Azərbaycan dövlətini COP29-u uğurla təşkil etdiyinə görə təbrik ediblər.

Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib.

Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunur, onun qlobal roluna diqqət çəkilir, COP29 çərçivəsində sülhün və kollektiv qlobal fəaliyyətin təşviqi üçün iqlim danışıqları zamanı müharibələrin dayandırılmasına yönəlmiş Azərbaycanın “COP Atəşkəs Çağırışı” təqdir edilir. Dünya dövlətləri iqlim dəyişmələrinin humanitar aspektlərinə, o cümlədən həssas icmaların müdafiəsinə, sosial ədalət və ekoloji böhranlara qarşı dayanıqlılığa üstünlük verməyə, öz hərəkətlərini “COP Atəşkəs Çağırışı”nın ruhuna uyğunlaşdırmağa dəvət olunur.

Bəyanatda iqlimə davamlılıq və humanitar problemlərin həllində, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış inklüziv siyasətlərin təşviqində QHT-lərin mühüm rola malik olması qabardılır, iqlim maliyyələşdirilməsini və yerli səviyyələrdə təşəbbüsləri dəstəkləmək üçün hökumətlər, maliyyə institutları və QHT-lər arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi ifadə olunur. Qlobal miqyasda QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlimlə bağlı fəaliyyətin təşviqində, xüsusilə regional iqlim problemlərini və icma əsaslı həlləri dəstəkləyən tərəfdaşlıqların təşviqində rollarını gücləndirməyə çağırılır.

Bəyanatda ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün iqlim fəaliyyəti üzrə əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilir.

COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb.

Qeyd edək ki, dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri