Icma.az
close
up
RU
Qlobal ədalət və dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq platforması

Qlobal ədalət və dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq platforması

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi və dialoq mühitində müsbət inkişaf dinamikası ilə diqqət çəkib. Ərəb dünyasının zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri BMT-nin, İƏT-nin və digər beynəlxalq təşkilatların toplantılarında daim Azərbaycanın haqq işini müdafiə edib.

Hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin müntəzəm qarşılıqlı səfərləri və görüşləri də əlaqələrimizin yüksələn xətt üzrə inkişafına öz töhfəsini verir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə 2025-ci ilin yanvarında paytaxt Əbu-Dabiyə işgüzar səfəri və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki iştirakı, eləcə də iyulun 10-da Baş Nazir Nikol Paşinyanla ikitərəfli görüşün məhz Əbu-Dabidə gerçəkləşməsi son ilin mühüm siyasi hadisələrindəndir.  Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin 2024-cü ildə Azərbaycana rəsmi səfəri və daha sonra COP29 Qlobal İqlim Konfransında iştirakı, bu səfərlər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşlər və aparılmış müzakirələr də münasibətlərin daha intensiv xarakterini göstərir. İki ölkə arasındakı yüksək səviyyəli siyasi dialoq gələcək illərdə siyasi-iqtisadi-ticari əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə dostluğa və hörmətə əsaslanan səmimi və etibarlı tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. Sonuncu iclas 2021-ci ilin noyabrında Dubay şəhərində baş tutub. Səkkizinci iclasın sonunda imzalanan Yekun Protokolunda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, yaşıl enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılıb.
2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sektorlarında 360 BƏƏ investisiyalı kommersiya qurumu qeydiyyatdadır.
2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
2022-ci il iyunun 4-də Bakı Enerji Həftəsinin Şuşa şəhərində keçirilmiş xüsusi sessiya çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb.

Ötən illər ərzində  imzalanan “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” və.s. kimi rəsmi anlaşma və müqavilələr ölkələrimiz arasında səmimi tərəfdaşlığın bariz nümunəsidir.

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşaya səfəri və Prezident İlham Əiyevlə aparılan müzakirələr də qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər açır.

Səfər çərçivəsində imzalanmış çoxsaylı sənədlərin əlaqələri daha yüksək səviyyəyə qaldıracağına inamını ifadə edən dövlət başçımız BƏƏ Prezidenti ilə geniş tərkibdə görüşündə vurğuladi ki, “...Birləşmiş Ərəb Əmirlikləri ilə bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. İmzaladığımız çoxsaylı sənədlər arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə bəyannamə bizim siyasi əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir”. COP29-un Azərbaycanda keçirilməsi haqqında qərarın məhz BƏƏ-də keçirilən COP28-də qəbul olunmasını xatırladan ölkə başçımız konfransın keçirilməsində BƏƏ təcrübəsinin də Azərbaycan üçün faydalı olduğunu diqqətə çatdırıb.
Müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərimizdə gedən geniş miqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, xüsusilə də bu prosesdə dost BƏƏ şirkətlərinin yüksək peşəkarlıqla iştirak etdiyi qeyd edilib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bildirib ki, “...Dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Şuşada baş tutan görüşləri, Yeni Şuşa məscidini ziyarət, Milli Xalça Muzeyinin Şuşa filialında Azərbaycan xalçaları ilə tanışlıq, Cıdır düzündə Qarabağ atlarının şousu, Azərbaycan Prezidenti tərəfindən BƏƏ prezidentinə “Ərgünəş” adlı Qarabağ atını hədiyyə edilməsi və s. kimi tədbirlər bu ölkənin mediası tərəfindən geniş işıqlandırılıb. BƏƏ-nin WAM agentliyi, “Emarat əl Yom”, “Əl İttihad”, “Əl Xalic”, “Əl Bəyan”, “24.ae”, “Al-Ayn”, “Emarat News” qəzet və portallarında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü haqqında geniş xəbərlər və məqalələr dərc edilib.

Azərbaycan İslam ölkələri ilə yüksək səviyyədə əməkdaşlığı öz xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir və  siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini davamlı olaraq artırır. Bu əlaqələr zəncirində Azərbaycan-BƏƏ münasibətləri də xüsusi yer tutur və hər iki ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
17 sentyabr 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri