Icma.az
close
up
RU
Qlobal əməkdaşlıq: Əfsanəvi supermodellər sosial mediada eksklüziv seçimlərini təqdim edir

Qlobal əməkdaşlıq: Əfsanəvi supermodellər sosial mediada eksklüziv seçimlərini təqdim edir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq "Trendyol”un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal inkişaf strategiyasını əks etdirir.

Dünyaya səs salan bu kampaniya çərçivəsində moda dünyasının məşhur simaları Adriana Lima və Alessandra Ambrosio "Trendyol”un geniş məhsul portfelindən seçdikləri favorit parçaları izləyiciləri ilə bölüşərək öz fərdi üslub və moda baxışlarını ön plana çıxarıblar.

Türkiyə, Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkədə fəaliyyət göstərən Trendyol beynəlxalq mövqeyini yüksək səviyyəli tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirir. Şirkət ötən il keçirilən "Əfsanəvi noyabr” kampaniyası çərçivəsində dünya şöhrətli futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez ilə də əməkdaşlıq edib. Platformanın Körfəz ölkələrində keçirdiyi kampaniyanın sosial media siması olan Rodrigez, "Trendyol”un geniş çeşidindən seçdiyi sevimli məhsullarını 72 milyon izləyicisi ilə paylaşıb.

Adriana Lima və Alessandra Ambrosio 2000-ci illərin əvvəllərindən etibarən podium dünyasının ən tanınmış simaları sırasında yer alırlar. Braziliya əsilli Lima 1999-cu ildə "Victoria’s Secret Fashion Show”-da iştirak etdikdən sonra qlobal şöhrət qazanıb, 19 dəfə "Mələk” kimi podiuma çıxıb və dünyanın aparıcı dəb jurnallarının üz qabığında yer alıb. Karyerası boyunca o, moda sənayesinin ən nüfuzlu nümayişlərində iştirak edib və demək olar ki, bütün aparıcı moda evlərinin reklam kampaniyalarının siması olub.

Ambrosio isə "Victoria’s Secret” podiumunda ilk dəfə 2000-ci ildə çıxış edib və Lima kimi bu şouda 19 dəfə iştirak edib. O, podium karyerası ilə yanaşı, film və seriallarda da çəkilib. Ambrosio karyerası ərzində bir çox qlobal moda brendlərinin reklam kampaniyalarında yer alıb və onların siması kimi çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 May 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri