Icma.az
close
up
RU
Qlobal enerji bazarına regional təsir: ABŞ Venesuela problemi hara aparır?

Qlobal enerji bazarına regional təsir: ABŞ Venesuela problemi hara aparır?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin Venesuela sahillərində neft tankerini saxlaması Vaşinqtonun enerji bazarına siyasi müdaxiləsini və regiondakı geosiyasi maraqlarını bir daha ortaya qoyur.

Bu addım yalnız Latın Amerikasında diplomatik və iqtisadi gərginliyi artırmaqla qalmır, həm də qlobal neft bazarında qiymət dalğalanmaları və təchizat riskləri yaratma potensialına malikdir. Hadisə ABŞ-nin Venesuelaya qarşı sanksiya siyasətinin strateji mesajını da əks etdirir və eyni zamanda regional və qlobal enerji aktorlarının reaksiyasını və mövqelərini formalaşdırmaqda mühüm rol oynayır.

Belə bir kontekstdə əsas suallar ortaya çıxır: ABŞ bu addımla hansı strateji mesajı vermək niyyətindədir? Venesuelaya qarşı tətbiq olunan sanksiyalar nə dərəcədə effektivdir? Bu gərginlik OPEC və qlobal enerji bazarına hansı təsirləri göstərə bilər və regional ölkələr bu vəziyyətə hansı mövqedən yanaşacaqlar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-nin Venesuela sahillərində neft tankerini saxlaması bir sıra mühüm aspektlərə malikdir:

"Bu hadisə həm diplomatik münasibətlərə təsir göstərir, həm də qlobal neft bazarına əhəmiyyətli dərəcədə təsirsiz ötüşmür. Eyni zamanda, artıq uzun müddətdir ki, Abişə ilə Venezuela arasında siyasi gərginlik mövcuddur".

İlyas Hüseynov: Dünya neft bazarının iri iştirakçıları və beynəlxalq ictimaiyyət baş verən prosesləri diqqətlə izləyir

Onun sözlərinə görə, hadisəni qiymətləndirərkən yalnız tankerin saxlanılmasını nəzərə almaq kifayət deyil, burada əvvəlcə qatillərə qarşı hücumların təşkil olunması, narkotik ticarəti ilə bağlı gərginlik və eyni zamanda ölkənin əsas gəlir mənbəyi olan neft tankerlərinə müdaxilələr kimi amillər də nəzərə alınmalıdır: 

"Bu səbəbdən dünya neft bazarının iri iştirakçıları və beynəlxalq ictimaiyyət baş verən prosesləri diqqətlə izləyir". 

Həmsöhbətimiz əlavə edib ki, bu hadisə yalnız regional səviyyədə deyil, qlobal iqtisadiyyat və enerji bazarına da ciddi təsir göstərə bilər:

"Konkret olaraq, neft qiymətlərində dəyişikliklər və bazarda dalğalanmaların artması ehtimal olunur. Bundan əlavə, Rusiya-Ukrayna münaqişəsi də bu siyasi və iqtisadi proseslərdə əhəmiyyətli rol oynayır. Belə ki, Rusiya ən iri neft hasilatçılarından biridir və bu faktor onun münaqişəni davam etdirməsi və yeni enerji resursları axtarışı ilə əlaqəli ola bilər. Təkcə neft tankerinin saxlanılması bir hadisə kimi qiymətləndirilməməli, daha geniş geosiyasi və iqtisadi kontekstdə təhlil edilməlidir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see384

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see319

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see251

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see242

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see242

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see227

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see214

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see210

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see209

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see200

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see199

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see199

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see195

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see194

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see192

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see188

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see188

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see181

Saniyənin katrilyonda birində şarj olan batareya hazırlandı

14 Sentyabr 2026 05:33see180

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri