Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Venesuela nefti dünya bazarına necə təsir edəcək TƏHLİL

Venesuela nefti dünya bazarına necə təsir edəcək TƏHLİL

Icma.az bildirir, Azvision portalına istinadən.

Əvvəla, mövcud infrastrukturun səviyyəsi çox aşağıdır. Quyuların böyük hissəsi köhnədir və fasiləsiz işləməsi üçün kompressorlar, nasoslar, enerji təminatı çatışmır. Texniki aşınma və uzunmüddətli baxımsızlıq səbəbindən hasilat gücü potensialdan xeyli aşağı səviyyədədir. Çıxarılan neftin borlarla terminallara daşınmasında itkilər və fasilələr yaranır, bu da gündəlik hasilatın artımını məhdudlaşdırır. İxrac infrastrukturu neftin bazara sürətli və kütləvi çıxışına hazır deyil.
Venesuelanın neft emal kompleksləri uzun müddətdir ki, gücünün kiçik hissəsi - bəzi dövrlərdə cəmi 10 faizi ilə işləyir. Ölkənin əsas neft ehtiyatları Orinoko hövzəsində yerləşir. Burada çıxarılan xammal əsasən çox “ağır” neft: API göstəricisi adətən 7-9 aralığında olur, qətran və asfalten payı yüksəkdir, bu da hasilat, daşınma və emalı bahalaşdırır.
Bu xammal beynəlxalq bazara isə seyrəltmə və qarışdırma yolu ilə çıxarılır. Məsələn, “Merey 16” markalı qarışığın API göstəricisi təxminən 16, kükürd tərkibi isə 3 faiz civarındadır. Buna görə də normal şəraitdə “Brent” neftindən 12-15 dollar ucuz satılır. Sanksiya və digər risklər artanda isə “Brent”dən 20 dollar da ucuz ola bilir. Orinoko neftini ixraca uyğunlaşdırmaq üçün nafta və yüngül neft kimi seyrəldicilər lazımdır. Bu komponentlər çatmayanda hasilat birbaşa boğulur.
2025-ci ilin son göstəricilərinə görə Venesuelanın gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsində qiymətləndirilir. Hasilatı artırmaq üçün əsas məhdudiyyətlər köhnə hasilat infrastrukturu, texniki servis çatışmazlığı, seyrəldici təminatı və investisiya qıtlığıdır. ABŞ Enerji Məlumatları Administrasiyası (EIA) və bazar monitorinq şirkətlərinin qiymətləndirməsinə görə, bu problemlər mərhələli şəkildə aradan qaldırılsa, 12-18 ay ərzində hasilatı gündə 1,2 milyon barrel, 2-3 il ərzində isə 1,5-2,0 milyon barrel səviyyəsinə çatdırmaq mümkündür. 3 milyon barel və yuxarı hasilat isə yalnız irihəcmli kapital qoyuluşu və texnoloji yenilənmə tələb etdiyi üçün 4-6 illik zaman intervalında real görünür.
Hazırda qlobal gündəlik neft tələbatı təxminən 104 milyon barreldir. Bu baxımdan bazara gündə əlavə 1 milyon barelin çıxması tələbatın təxminən 1 faizinə, 2 milyon barrel isə 2 faizə bərabərdir. Rəqəm baxımından kiçik görünsə də, neft bazarında qiyməti çox vaxt məhz bu xırda dəyişikliklər formalaşdırır.
Mövcud şəraitdə 2026-cı il Venesuela nefti üçün real satış ili deyil. Ölkədə proseslər hələ formalaşma mərhələsindədir və təhlükəsizlik, idarəetmə, texniki sabitlik və infrastruktur olmadan hasilatın və ixracın artması mümkün görünmür. Bu səbəbdən 2026-da Venesuela neftinin qiymətlərə təsiri real həcmlə yox, əsasən gözləntilər səviyyəsində qalacaq.
Əgər proseslər 2026-nın sonuna doğru stabilləşərsə, real bazara təsiri 2027-ci ildən hiss oluna bilər. Bu mərhələdə hasilatın 1,3-1,5 milyon barrel/gün səviyyəsinə yaxınlaşması mümkündür ki, bu da qlobal tələbatın təxminən 1-1,5 faizi deməkdir. Belə artım bazarı sarsıtmaz, lakin neft qiymətlərinin yuxarı həddinə 5-7 dollar aralığında aşağı yönlü məhdudlaşdırıcı təsir göstərə bilər.
Əgər 2028-2029-cu illərdə hasilat 1,8-2,0 milyon barrel/gün səviyyəsində sabitləşərsə, Venesuela artıq neft bazarında struktur faktoru kimi çıxış etməyə başlayacaq. Bu mərhələdə əsas effekt birdəfəlik qiymət enişi yox, neftin uzunmüddətli tarazlıq səviyyəsinin aşağı çəkilməsi olar və yüksək qiymətlərin formalaşması daha da çətinləşər.
Daha uzaq perspektivdə, əgər Venesuela 5-6 il ərzində hasilatı 3 milyon barrel/gün səviyyəsinə çatdıra bilsə, bu artıq qlobal bazar üçün şok deməkdir. Belə həcmdə əlavə təklif OPEC tərəfindən tam kompensasiya olunmazsa, “Brent”in qiymətinin uzun müddət 60 dollar intervalından yuxarı qalması çətinləşəcək və bazar aşağı diapazonda sıxışacaq.
Əgər buna bənzər ssenari İran üzərində də qurularsa və iki ölkə birlikdə gündə 5–6 milyon barrel əlavə təklif formalaşdırarsa, bu artıq qlobal neft bazarında oyun qaydalarını dəyişən vəziyyət olacaq. Belə bir şəraitdə “Brent” üçün 50 dollar səviyyəsi yeni normaya çevrilə, yüksək qiymətlər isə yalnız fövqəladə geosiyasi şoklarla mümkün ola bilər.

Eldəniz Əmirov
İqtisadçı-ekspert
Neftin ucuzlaşması Azərbaycan büdcəsinə necə təsir edə bilər? Pərviz Heydərovun şərhi:
2026-cı ildə gözlənilən iqtisadi təhdidlər | TƏHLİL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Yanvar 2026 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri