Icma.az
close
up
RU
Qlobal enerji təhlükəsizliyi: Azərbaycanın strateji gündəliyinin mühüm prioriteti kimi

Qlobal enerji təhlükəsizliyi: Azərbaycanın strateji gündəliyinin mühüm prioriteti kimi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Son illər Avrasiyanın enerji xəritəsində mühüm dəyişikliklər baş verir və Azərbaycan bu proseslərin mərkəzində duran əsas aktorlardan biridir. Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bunun bariz nümunəsidir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də strateji mövqeyə malik olan təşəbbüskar dövlətdir.

Bu beynəlxalq tədbir Azərbaycanın təşəbbüsü və Avropa Komissiyasının siyasi dəstəyi ilə həyata keçirilən unikal platformadır. 2015-ci ildən etibarən Bakıda keçirilən bu toplantılar enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın koordinasiyalı şəkildə təşkili və prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bunun uğurlu təminatı istehsalçı, tranzit və istehlakçı ölkələrin balanslaşdırılmış əməkdaşlığı ilə mümkündür.
Azərbaycanın təşəbbüsü ilə formalaşmış Cənub Qaz Dəhlizi - 3500 kilometrlik boru kəməri sistemi artıq 12 ölkəyə təbii qaz çatdırır, onların 10-u Avropa ölkəsidir. Bu layihə ölkəmizə iqtisadi fayda gətirməklə, dövlətimizin strateji əhəmiyyətini də artırır. Bu gün Cənub Qaz Dəhlizinin bütün komponentləri - Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP tam gücü ilə işləyir. Lakin gələcək tələbatı ödəmək və Avropanın enerji bazarında iştirak payını artırmaq üçün bu sistemin genişləndirilməsi labüddür. Burada əsas məsələlərdən biri beynəlxalq maliyyə təsisatlarının rolu ilə bağlıdır.
Ənənəvi enerjidən yaşıl enerjiyə keçid qlobal miqyasda müzakirə olunduğu bir dövrdə Azərbaycan bu sahədə liderlik nümayiş etdirir. Yaşıl Enerji Məşvərət Şurasının iclasında təqdim olunan rəqəmlər göstərir ki, artıq 2030-cu ilə qədər 6.5 giqavatlıq günəş, külək və su enerjisi istehsalı hədəflənir. Bu, həm daxili enerji tələbatının ödənməsi, həm də ixrac potensialının genişlənməsi baxımından mühüm addımdır.
Avropaya yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutan “yaşıl kabel” layihəsi də bu strateji kursun tərkib hissəsidir. Hazırda texniki əsaslandırma işləri son mərhələdədir və bu layihənin maliyyələşdirilməsi üçün Avropa təsisatları ilə danışıqların başlanması planlaşdırılır.
18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində Azərbaycanın Avropaya qaz ixracı 60 faiz artaraq 13 milyard kubmetrə çatıb. Bu, ümumi qaz ixracatının yarısından çoxunu təşkil edir və qarşıdakı illərdə yeni yataqların istifadəyə verilməsi ilə bu göstərici daha da yüksələcək.
Azərbaycanın enerji sektoru həm ənənəvi, həm də bərpaolunan sahələrdə geosiyasi və diplomatik təsir gücünə malikdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının təşəbbüsləri bu təsirin praktik təzahürüdür. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq tərəfdaşlarla uzunmüddətli və çoxtərəfli əməkdaşlıq modelinə sadiqliyini göstərir. Eyni zamanda, enerji diplomatiyası vasitəsilə regionda sabitliyin və qarşılıqlı asılılığın gücləndirilməsinə xidmət edir.
Bu geniş tərkibli tədbirlər bir daha göstərir ki, enerji əməkdaşlığı sahəsində siyasi iradə və strateji baxış da vacibdir. Azərbaycan bu iradəni nümayiş etdirməklə, regional və qlobal enerji təhlükəsizliyində sabitləşdirici rolu öz üzərinə götürmüşdür. Enerji sahəsində davamlılıq, etibarlılıq və strateji planlama bu siyasətin əsas dayaq nöqtələridir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri