Icma.az
close
up
RU
Qlobal enerji reallığı kontekstində Azərbaycanın strateji mövqeyi ŞƏRH

Qlobal enerji reallığı kontekstində Azərbaycanın strateji mövqeyi ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qlobal enerji bazarlarının böhrandan sonrakı transformasiyası kontekstində rəsmi Bakı karbohidrogenlərin əsas təchizatçısı və enerji keçidinin fəal iştirakçısı kimi öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Cari ilin aprelin 4-də Bakıda Avropa enerji arxitekturasının yenidən formatlaşdırılmasında Azərbaycanın strateji rolunu təsdiqləyən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirililməsi buna əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sözügedən təbirdəki çıxışında, enerji siyasətinin əsas tendensiyalarını açıqlamış, ənənəvi və bərpa olunan enerji mənbələri arasında balansın yaradılmasının zəruriliyini, eləcə də uzunmüddətli əməkdaşlığın vacibliyini vurğulamışdır.

Qaz bazarının geosiyasi transformasiyası nöqteyi-nəzərindən Azərbaycan qazının Avropa İttifaqına tədarükünün artımının dinamik olduğunu qeyd etmək yerinə düşər. Forumun mövcud olduğu 11 il ərzində Cənub Qaz Dəhlizi regional təşəbbüsdən ümumavropa enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Bu tendensiya müasir infrastruktur çağırışları və interkonnektorlara əlavə investisiyaların, eləcə də bəzi texniki genişləndirmələrin zəruriliyini nümayiş etdirən perspektivli həllər ilə müşayiət olunur. Eyni zamanda, yeni yataqların işlənməsi 2030-cu ilədək ixracın 30-40% artırılması potensialı yaradır. Dövlətimizin yanaşmasının özəlliyi çoxvektorlu nəqliyyat infrastrukturunun yaradılmasında, istehlakçılarla qarşılıqlı əlaqənin çevik modelinin işlənib hazırlanmasında və enerji portfelinin tədricən şaxələndirilməsindədir.

Qaz layihələri ilə paralel olaraq, Azərbaycan bərpa olunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirir. Yaşıl enerjinin inkişafı prosesində ənənəvi və bərpa olunan mənbələr arasında körpü rolunu oynayan Azərbaycan mühüm əsas tərəfdaş kimi dünyada xüsusi mövqe tutur. 2030-cu ilə qədər ölkə 6 GVt günəş və külək enerjisi gücü tətbiq etməyi planlaşdırır. İşğaldan azad edilmiş ərazilərdə (Qarabağ, Şərqi Zəngəzur) 2029-cu ilə qədər 500 MVt təmin edəcək kiçik su elektrik stansiyaları tikilir, həmçinin Azərbaycandan Avropaya elektrik enerjisinin ötürülməsi üçün müasir layihələr də müzakirə olunur. Bu, ixrac üçün qaza qənaət edəcək, ölkənin multienerji mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.

Onu da qeyd edək ki, enerjinin yaşıl gündəmdən real ehtiyaclara keçidi prosesində həllinə ciddi yanaşma tələb edən bir sıra məsələlər ortaya çıxır, o cümlədən Aİ-nın bəyannamələri ilə praktiki enerji siyasəti arasında ziddiyyətlər, qaz infrastrukturunun maliyyələşdirilməsindən vaxtından əvvəl imtina riskləri, keçid dövründə bərpa olunan enerji mənbələri və karbohidrogenlər arasında tarazlığa ehtiyacı vurğulamaq olar.

Yaşıl Enerjinin yeni təsir vektoru kimi qəbul oluna biləcəyini nəzərə alsaq, Azərbaycanın 6 GVt bərpa olunan enerjinin inkişafı planları ölkəmizin post-karbon iqtisadiyyatında ciddi yer tutmağa imkan verir. Həmçinin, Aİ ilə texnoloji tərəfdaşlığın əsası yaradılır və bu, əlavə enerji təsir mexanizmləri deməkdir.

Dövlətimizin nüfuzunu artmasının geoiqtisadi perspektivləri və çağırışlarından danışarkən, rəqabət mühitini, texnoloji riskləri, iqlim tənzimlənməsini, o cümlədən regional və qlobal miqyasda bir sıra siyasi amilləri qeyd etmək olar. Bu məsələləri nəzərə alsaq, gələcək üçün strateji təşəbbüslər vacibdir.

Azərbaycan qlobal mövqelərini möhkəmləndirmək üçün yeni əməkdaşlıq formatları yaratmaqla enerji təhlükəsizliyi diplomatiyasını səmərəli şəkildə inkişaf etdirir. Bundan əlavə, müvafiq texnoloji platformaların yaradılması və təhsil layihələri gələcəyin enerjisi üçün kadrların hazırlanmasına öz töhfəsini verir. Azərbaycan bu proseslərdə böyük səylər göstərməklə həm regional, həm də qlobal miqyasda yeni enerji reallığının memarına çevrilir.

Enerji strategiyasının uğurla həyata keçirilməsi ölkəyə XXI əsrin enerji inqilabı şəraitində öz təsirini nəinki qoruyub saxlamağa, həm də artırmağa, coğrafi mövqeyini və enerji resurslarını uzunmüddətli geosiyasi təsir alətinə çevirməyə imkan verəcək.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri