Qlobal fond bazarlarında yüksəliş: “S&P 500” və “Nasdaq” rekordu yeniləyib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Qlobal fond bazarlarında ABŞ və Avropada əsas indekslər yüksəlib, Asiyada isə qarışıq dinamika qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 253,38 bənd və ya 0,49% artaraq 51 521,28 bəndə, “S&P 500” 44,98 bənd və ya 0,58% yüksələrək 7 818,93 bəndə çatıb. “Nasdaq Composite” 122,58 bənd və ya 0,45% artaraq 27 599,89 bənd olub. “S&P 500” və “Nasdaq Composite” sessiyanı rekord səviyyədə başa vurub. “NYSE Composite” 0,56%, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,37% yüksəlib.
Avropada da bütün əsas indekslər artıb. “Euro Stoxx 50” 0,48% yüksələrək 6 272,23 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,42% artaraq 10 541,69 bəndə, Almaniyanın “DAX” indeksi 0,77% yüksələrək 25 449,19 bəndə çatıb. Fransanın “CAC 40” indeksi 0,40% artaraq 7 865,07 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,75% yüksələrək 19 444,20 bənd olub.
Asiya-Sakit okean regionunda isə əsasən mənfi dinamika müşahidə olunur. Yaponiyanın “Nikkei 225” indeksi 0,74% azalaraq 70 163,43 bəndə, “TOPIX” 0,48% geriləyərək 4 163,63 bəndə düşüb. Honq-Konqun “Hang Seng” indeksi 0,53% azalaraq 24 151,90 bənd, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,07% geriləyərək 8 729,80 bənd olub. Çinin “CSI 300” indeksi üzrə son göstərici sentyabrın 30-na aiddir, çünki materik Çin bazarları Milli Gün tətili ilə əlaqədar bağlıdır.
Bazarlardakı dinamikanın əsas səbəbləri neft qiymətlərinin sabitləşməsi, istiqraz gəlirliliyinin geriləməsi və ABŞ-da süni intellektlə bağlı şirkətlərin səhmlərinə tələbin artmasıdır. Bu amillər ABŞ-da rekordları və Avropada yüksəlişi dəstəkləyib. Asiyada isə neftin yenidən bahalaşması və Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında gərginliyin artması investorları daha ehtiyatlı edib. FED-in sentyabr iclasının protokolları da diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 07 Oktyabr 2026 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















