“Qlobal İnnovasiya İndeksi” açıqlandı Azərbaycan 85 ci sırada yer alıb
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son bir ildə Azərbaycan innovasiyaların səviyyəsinə görə 9 pillə irəliləyərək 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Qlobal İnnovasiya İndeksi 2026” adlı hesabatda yer alıb.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” hesabatı hər il Kornell Universiteti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilir. Ötən il açıqlanan hesabat da 139 ölkəni əhatə edib və Azərbaycan 94-cü sırada yer alıb.
Məlumat üçün bildirək ki, indeks ölkələrin innovasiya yaratmaq imkanlarını və bunun nəticələrini müxtəlif göstəricilər əsasında qiymətləndirir. Hesablamalarda təxminən 80 indikator nəzərə alınır.
Qiymətləndirmə əsasən iki istiqamət üzrə aparılır. Birinci istiqamət innovasiya resurslarıdır. Burada ölkədə innovasiya yaratmaq üçün mövcud şərait araşdırılır. Siyasi və biznes mühiti, təhsil və elmi tədqiqatlar, infrastruktur, İKT imkanları, investisiya və kreditlərə çıxış, eləcə də biznes sektorunun texnoloji imkanları nəzərə alınır.
İkinci istiqamət isə innovasiya nəticələridir. Yəni ölkənin yaratdığı şəraitin real nəticələrə nə dərəcədə çevrildiyi qiymətləndirilir. Bu mərhələdə patent müraciətləri, elmi-texniki araşdırmalar, yüksək texnologiyalı məhsulların ixracı, əmtəə nişanları, yaradıcı sənaye və onlayn yaradıcılıq kimi göstəricilər nəzərə alınır.
İndeks yalnız ölkənin nə qədər texnologiyaya sahib olduğunu deyil, yeni ideyalar və texnologiyalar yaratmaq üçün hansı imkanlara malik olduğunu və bunlardan hansı nəticələri əldə etdiyini göstərməyə çalışır.
“Qlobal İnnovasiya İndeksi 2026” hesabatında ən yaxşı nəticəni İsveçrə, İsveç, ABŞ, Koreya və Sinqapur göstərib. Ən pis nəticəyə sahib olan 5 ölkə isə Çad, Niger, Konqo, Anqola və Burundi olub.
Keçmiş SSRİ və qonşu ölkələrin “Qlobal İnnovasiya İndeksi 2026” hesabatındakı mövqeyi isə aşağıdakı kimi olub:
Estoniya – 17-ci yer;
Litva – 32-ci yer;
Latviya – 40-cı yer;
Türkiyə – 45-ci yer;
Gürcüstan – 57-ci yer;
Rusiya – 58-ci yer;
Ermənistan – 59-cu yer;
Ukrayna – 67-ci yer;
Qazaxıstan – 73-cü yer;
Özbəkistan – 77-ci yer;
İran – 81-ci yer;
Azərbaycan – 85-ci yer;
Belarus – 88-ci yer;
Qırğızıstan – 92-ci yer;
Tacikistan – 112-ci yer.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:“Qlobal İnnovasiya İndeksi 2026” dərc edilib
30 Sentyabr 2026 10:49
2025 ci il üçün Qlobal İnnovasiya İndeksi dərc olunub
18 Sentyabr 2025 16:16
Azərbaycan regionda orta sıralarda yer alıb Qlobal Terror İndeksi açıqlandı
17 Mart 2025 11:39
Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib
11 İyul 2025 18:07
Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub
30 Oktyabr 2026 17:11
Baxış sayı:51
Bu xəbər 30 Sentyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















