Icma.az
close
up
RU
186 milyon işsiz: Qlobal iqtisadiyyat üçün təhlükədirmi?

186 milyon işsiz: Qlobal iqtisadiyyat üçün təhlükədirmi?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir ki, 2026-cı ilə qədər qlobal işsizlik səviyyəsi 4,9% olacaq. BMT ekspertlərinin fikrincə, bu göstərici 2025-ci il səviyyəsində qalacaq və bu ilin sonuna qədər təxminən 186 milyon insan işsiz qalacaq. Qeyd edilir ki, varlı ölkələrdə iş yerləri 0,5%, yoxsul ölkələrdə isə 3,1% artacaq.

Bəs, 186 milyon işsiz rəqəmi dünya iqtisadiyyatı üçün hansı riskləri yaradır?

İqtisadçı Xalid Kərimli Ölkə.az-a bildirib ki, işsizliyin olması iqtisadiyyat üçün heç bir risk yaratmır:

"Əksinə, işsizlik olduqda sahibkarlar daha ucuz işçi cəlb edə bilirlər. Amma indi özünüz də rəqəmlərdə göstərirsiniz ki, faiz etibarilə dəyişmir. Yəni 2025-ci ildə nə qədərdirsə, o qədər də qalıb. Əsas məsələ də elə həmin faizdir. Tutaq ki, 100 nəfər ümumi işçi varsa, onun təqribən 4,9 faizi işsizdir. Ümumi göstərici dəyişmir, amma faiz dəyişə bilər. Dövlətləri də əsasən bu faiz artanda narahat edir. Amma sahibkarlıq və ümumilikdə iqtisadiyyat üçün işsizliyin olması o qədər də problem deyil.

Sosial məsələ baxımından isə narahatçılıq yarada bilər, çünki işsiz insan dövlət üçün yükdür. Biznes üçün də o zaman problemə çevrilə bilər ki, tələb aşağı düşsün və məhsullarını istədikləri qədər sata bilməsinlər. İşsizlik həmişə olub, hər yerdə var və müəyyən səviyyədə olması normaldır. Söhbət işsizliyin həddindən gedir, yəni neçə faiz olmasından. Dövlətlər bunu ya idarə edə bilir, ya da edə bilmir.

Azərbaycanda da rəsmi statistikaya görə işsizlik 5-6 faiz arasındadır. Görürsünüz ki, hökumət bundan çox da narahat deyil. Hətta bir həftə əvvəl keçirilən müşavirədə də qeyd olundu ki, işləmək istəyən iş tapa bilir. Yəni 5-6 faiz işsizlik hökuməti narahat etmir".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri