Icma.az
close
up
RU
2025ci il qlobal iqtisadiyyat üçün necə olacaq?

2025ci il qlobal iqtisadiyyat üçün necə olacaq?

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Cari ilin ən vacib məsələləri, qlobal iqtisadi və siyasi proseslərdəki qeyri-müəyyənliklər, eləcə də bu qeyri-müəyyənliklərin mümkün nəticələri barədə ekspertlər müxtəlif proqnozlar verirlər.

Banco.az iqtisadçı Elman Sadıqovun 2025-ci ilin qlobal arenada hansı istiqamətlərdə dəyişikliklər gətirə biləcəyi haqqında olan müsahibəsini təqdim edir:

2025-ci il haqqında proqnoz vermək digər illərə nisbətən niyə daha çətindir?

2025-ci il həm qlobal, həm də regional proseslərdə qeyri-müəyyənliklərin zirvəyə çatdığı bir dövr kimi diqqət çəkir. Bunun əsas səbəbi dünyada tarazlığın ciddi şəkildə pozulmasıdır. Keçmiş illərdə müəyyən hadisələrin təhlili bizə gələcəyi proqnozlaşdırmaq üçün bəzən kifayət edirdi, lakin bu dəfə vəziyyət tamamilə fərqlidir. Ən böyük qeyri-müəyyənliklər ABŞ-nin iqtisadi və siyasi kursu, Yaxın Şərqdəki dəyişikliklər və qlobal enerji bazarındakı dalğalanmalarla bağlıdır. Bu qeyri-müəyyənliklərin mürəkkəbliyi proqnoz verməyi çətinləşdirir. Eyni zamanda, qlobal liderlər və güc mərkəzləri arasında mübarizə artıb, bu da qeyri-müəyyənliklərin dərinləşməsinə səbəb olur.

ABŞ siyasətində ən böyük qeyri-müəyyənliklərdən biri nədir?

ABŞ siyasətində ən böyük qeyri-müəyyənliklərdən biri Donald Trumpın ikinci prezidentlik dövründə hansı siyasətlər yürüdəcəyidir. Trumpın birinci prezidentliyi dövründə onun “sağı göstərib solu vurmaq” bacarığı əsas xarakter cizgilərindən biri kimi diqqət çəkmişdi. Lakin onun o zaman həyata keçirmək istədiyi bəzi siyasətləri iki güc tərəfindən məhdudlaşdırılmışdı: birincisi, komandasında daha praqmatik və balanslı siyasət tərəfdarlarının olması; ikincisi isə ABŞ dərin dövlətinin ikinci qanadı. Bu dəfə Trump əvvəlki maneələri azaltmaq üçün komandasında daha radikal şəxslərdən ibarət bir heyət qurub. Bu komandada hətta onun özündən daha radikal Trumpçılar var ki, bu da çox böyük dəyişikliklərə səbəb ola bilər.

Elon Musk bu proseslərdə hansı rolu oynayır?

Elon Muskın rolu burada çox maraqlı və əhəmiyyətlidir. Trump və onun arxasındakı güclər ABŞ dərin dövlətinin ikinci qanadını neytrallaşdırmaq üçün Muskı müəyyən tapşırıqlar üçün nəzərdə tutublar. Muskın rolunu başa düşmək üçün onun son illərdə həm texnologiya, həm də qlobal iqtisadi qərarlardakı təsirini nəzərə almalıyıq. Lakin Musk və Trump arasında potensial fikir ayrılıqları ciddi problemlərə səbəb ola bilər. Məsələn, Musk innovasiya və sərbəst bazarın tərəfdarıdır, Trump isə proteksionizmə meyillidir. Bu ziddiyyətlər onların əməkdaşlığını çətinləşdirə bilər və nəticələri həm ABŞ daxilində, həm də beynəlxalq arenada hiss olunacaq.

Trumpın tarif siyasəti ABŞ iqtisadiyyatına necə təsir göstərə bilər?

Trumpın tarif siyasəti ABŞ iqtisadiyyatına ciddi təsir göstərə bilər. O, birinci prezidentliyi dövründə də tarif siyasətini əsas prioritetlərdən biri kimi vurğulamışdı. Tariflər ABŞ-da istehsalın artmasına və xarici mallara olan asılılığın azalmasına yönəlib. Lakin bu siyasət ABŞ-da inflyasiyanın artmasına səbəb olacaq. İdxal olunan məhsulların qiymətləri yüksələcək və istehlakçılar daha bahalı məhsullarla qarşılaşacaqlar. Trump isə bu inflyasiya təzyiqlərini aşağı enerji qiymətləri ilə kompensasiya etməyə çalışır. O, neftin qiymətini 50-60 dollar arasında saxlamağı hədəfləyir. Lakin şist neft istehsalının maya dəyəri bəzi bölgələrdə bu qiymət səviyyəsində rentabelli deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bu problemi həll etmək üçün hansı yollar mövcuddur?

Bu problemin həlli üçün iki əsas yol təklif olunur. Birinci yol, Venesuela, İran, İraq və Liviya kimi ölkələrdən neft ixracının artırılmasıdır. Bu, qlobal bazarda neft təklifini artıracaq və qiymətləri aşağı salacaq. Lakin bunun üçün ABŞ-nin həmin ölkələrlə siyasi əlaqələrini gücləndirməsi və müəyyən güzəştlərə getməsi tələb olunur.

İkinci yol isə tarif və ticarət müharibələri vasitəsilə Avropa və Çində iqtisadi inkişafın yavaşladılmasına nail olmaqdır. Bu, enerji tələbinin azalmasına səbəb ola bilər. Məsələn, gündəlik tələbin 1-1.5 milyon barel azalması neftin qiymətini 10-15 dollar aşağı sala bilər. Amma bu yanaşmanın mənfi tərəfi də var: qlobal iqtisadi böhranın dərinləşməsi riski.

Dolların bahalı valyuta olaraq qalması Trumpın siyasətinə necə təsir göstərəcək?

Dolların güclü qalması Trumpın iqtisadi strategiyasına ziddir. Trump istehsal və ixracatı artırmaq üçün ucuz dollar siyasətinə üstünlük verir. Lakin tarif siyasəti inflyasiyanı artırdığı halda FED-in faiz endirimlərinə getməsi çətin olacaq. Əksinə, FED faizləri artırmağa məcbur ola bilər ki, bu da dolların bahalaşmasına gətirib çıxaracaq. Dolların güclənməsi ABŞ məhsullarını qlobal bazarda daha az rəqabət qabiliyyətli edəcək. Nəticədə, ABŞ-nin ixracı və istehsalı bundan mənfi təsirlənəcək. Trump bu ziddiyyəti həll etmək üçün iqtisadi siyasətində ciddi kompromislər etməli olacaq.

Suriya məsələsində əsas qeyri-müəyyənliklər hansılardır?

Suriyada ABŞ-ın əsas məqsədi neft-qazla zəngin bölgələri nəzarətdə saxlamaq və PKK/PYD qruplarını dəstəkləməklə bu bölgələr üzərində iqtisadi və siyasi təsirini qorumaqdır. Lakin bu siyasət ABŞ ilə Türkiyə arasında ciddi ziddiyyətlər yaradır. ABŞ bir tərəfdən PKK/PYD-ni dəstəkləyir, digər tərəfdən isə Türkiyəni strateji tərəfdaş kimi itirmək istəmir. Bundan əlavə, Suriyada dini dövlət qurmaq meylləri də müşahidə olunur. Bu, Yaxın Şərqin siyasi xəritəsini dəyişə bilər və bölgədəki maraqların yenidən formalaşmasına gətirib çıxara bilər.

Suriya iqtisadi modeli ilə bağlı nə kimi razılaşmalar var?

Suriyanın iqtisadi modelinin Türkiyə iqtisadi modelinə uyğun qurulması ilə bağlı ilkin razılaşmalar mövcuddur. Bu razılaşmalar ümidverici görünsə də, Suriyanın daxili siyasətində atılacaq addımlar bu prosesi çətinləşdirə bilər. Məsələn, dini dövlət qurmaq meylləri və şəriət qanunlarına üstünlük verilməsi bu razılaşmalara mənfi təsir göstərə bilər. Bu məsələdə Türkiyə ilə ABŞ arasında da müəyyən fikir ayrılıqları yarana bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://banco.az
archiveBu xəbər 04 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri