Qlobal neft tələbatının artım tempi sürətlənəcək PROQNOZ
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün maye karbohidrogenlərin qlobal gündəlik tələbatı üzrə proqnozunu açıqlayıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 106,61 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz – 106,07 mln. barel) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,44 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,79 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,38 mln. barel çoxdur.
Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,94 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (102,8 mln. barel) ilə müqayisədə 1,14 mln. barel artım deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Mart 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















