Icma.az
close
up
RU
Qlobal nüvə savaşının başlanma şifrələri dəyişdi: Dünya artıq qarşılıqlı məhv mərhələsinə daxil olur

Qlobal nüvə savaşının başlanma şifrələri dəyişdi: Dünya artıq qarşılıqlı məhv mərhələsinə daxil olur

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kremldə nüvə sınaqları ilə bağlı aparılan müzakirələr artıq yalnız Rusiyanin məsələsi deyil... Bu, qlobal təhlükəsizlik arxitekturasının sabitliyini sınağa çəkən yeni mərhələnin başlanğıcıdır...

Qlobal məkanda nüvə faktoru üzərindən olduqca təhlükəli qarşıdurma müşahidə olunur. Dünya nəhəngləri hazırda bu dağıdıcı silah növü ilə bir-birinə qarşı açıq təhdidlər yönəldirlər. Yəni, mövcud situasiya qlobal hərbi-siyasi güc nümayişinin məhz nüvə faktoru üzərində indeksləşdiyini göstərir. Və bu, bütün dünya üçün real təhlükə qaynağına çevrilməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın ardınca Rusiya siyasi dairələrində də hazırda nüvə sınaqlarının bərpası məsələsi ətrafında ciddi müzakirələr mövcuddur. Üstəlik, prezident Vladimir Putinin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə verdiyi bəyanatlar bu müzakirələrin miqyasını və strateji dərinliyini üzə çıxardı. Və indi Rusiyanın əsas beynəlxalq rəqibləri həmin müşavirədə dilə gətirilən bəyanatları ciddi şəkildə təhlil etməklə məşğuldur.

Məsələ ondadır ki, müşavirədə çıxış edən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın mümkün nüvə sınaqlarına hazırlığını öz ölkəsinin milli təhlükəsizliyi üçün “kritik çağırış” adlandırıb. Onun sözlərinə görə, Rusiya vaxtında qabaqlayıcıtədbirlər görmısə, “ABŞ-ın atdığı addımlara adekvat cavab vermək imkanlarını itirə bilər”. Və bu, Rusiya hərbi-siyasi dairələrində ABŞ-ın nüvə sınaqları ilə bağlı mövqeyindən ciddi təlaşın yaşandığını göstərir.

Məsələ ondadır ki, müdafiə naziri Andrey Belousov daha da irəli gedərək, Rusiyanın tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlığa başlamasını təklif edib. Onun sözlərinə görə, “Novaya Zemlya” poliqonu artıq tam hazır vəziyyətdədir. Andrey Belousov ABŞ-ın Avropada yerləşdirməyi planlaşdırdığı “Dark Eagle” hipersəs raketlərini Rusiya üçün “birbaşa nüvə balansına təhdid” adlandıraraq, bu raketlərin “Mərkəzi Rusiyaya cəmi 6–7 dəqiqəyə çata biləcəyini” vurğulayıb. Və hər iki yüksək rütbəli hərbi məmurun bəyanatları, əslində, Kremlin artıq nüvə sınaqlarına qayıtmaq üçün siyasi qərar verməyə hazırlaşdığını göstərir.

Ancaq Rusiya prezidenti Vladimir Putin müşavirədə nisbətən daha ehtiyatlı mövqe sərgiləyib. O, bildirib ki, Rusiya hələlik Nüvə Sınaqlarının Qadağan edilməsi haqqında Müqavilə (CTBT) üzrə öhdəliklərinə əməl edir. Bununla belə, Kreml sahibi Müdafiə Nazirliyi və "Rosatom" rəhbərliyinə “ABŞ-ın nüvə fəaliyyətləri ilə bağlı əlavə məlumatların toplanması” və “nüvə sınaqlarına hazırlıq işlərinin başlanmasına dair razılaşdırılmış təkliflərin təqdim olunması” barədə göstəriş verib.

“Razılaşdırılmış təkliflər” ifadəsi faktiki olaraq, Kremlin yeni strateji fazaya keçid etməsi üçün siyasi-diplomatik və hərbi bürokratik mexanizmlərin artıq işə salındığını göstərir. Başqa sözlə, Rusiya rəsmən CTBT rejimini pozmadan, praktik olaraq, nüvə sınaqlarına başlamaq üzrə hazırlıq mərhələsinə qədəm qoyur. Və son vaxtlar qlobal məkanda nüvə faktoru ilə bağlı baş verənləri nəzərə aldıqda, Rusiyanın narahatlığının qətiyyən təsadüfi olmadığı görünür.

Məsələ ondadır ki, Tramp administrasiyası yaxın vaxtlarda Avropada və Asiya-Sakit Okean regionunda ABŞ-ın “Dark Eagle ”hipersəs sistemlərini yerləşdirməyə hazırlaşır. Bu sistemlərin əsas üstünlüyü onların sürətidir. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələri 13 min kilometr uçuş məsafəsinə malik yeni qitələrarası nüvə raketi üzərində də işləyir. Bütün bunlar ABŞ-ın strateji üstünlüyünü gücləndirir. Və nəticədə, Rusiya bu prosesi “nüvə paritetinə qarşı təhdid” kimi qiymətləndirir.

Bu baxımdan, əgər, Rusiya real nüvə sınaqlarına qayıdarsa, bu, beynəlxalq nüvə balansında dönüş nöqtəsi olacaq. Nüvə sınaqları uzun illərdir ki, “qadağan olunmuş tabu” hesab olunur və belə bir addım faktiki olaraq, Nüvə Silahlarının Yayılmaması və Silahların Nəzarətinə dair bütün razılaşmaların qüvvədən düşməsinə səbəb ola bilər. Ən ciddi nəticə isə silahlanma yarışının yenidən dərinləşməsi olacaq. Üstəlik, bu, yalnız ABŞ və Rusiya ilə məhdudlaşmayacaq. Çünki Çin, Hindistan, Pakistan və Şimali Koreya kimi dövlətlər də öz nüvə proqramlarını yenidən aktivləşdirə bilər. Və beləliklə də çoxqütblü nüvə balansı formalaşacaq, onun idarəolunmazlığı isə qlobal sabitliyə ciddi zərbələr vuracaq.

Təbii ki, bütün bunların strateji balansı pozacağı qətiyyən şübhə doğurmur. ABŞ-ın hipersəs və qitələrarası sistemlərinin inkişafına Rusiya cavab olaraq, nüvə sınaqları ilə reaksiya verərsə, “qarşılıqlı məhv” prinsipi fərqli formatda yenidən ön plana keçə bilər. Digər tərəfdən, NATO və Rusiya sərhədlərində, xüsusilə də Baltikyanı, Qara dəniz və Arktika bölgələrində yeni hərbi yerləşdirmələr də qətiyyən istisna deyil. Nəhayət, real nüvə sınaqları Rusiyaya qarşı yeni sanksiyalar dalğası və tam beynəlxalq təcrid riski də yarada bilər.

Ona görə də, indiki vəziyyət müəyyən mənada, vaxtilə mövcud olmuş “nüvə qorxusu balansı” dövrünü də xatırladır. Ancaq bu dəfə texnoloji və siyasi reallıqlar tamamilə fərqlidir. Əgər, XX əsrin ikinci yarısında əsas təhlükə “böyük və yavaş raketlər” idisə, indi nüvə faktoru üzrə ssenarilər hipersəs sürəti, kosmik izləmə və süni intellektlə yönləndirilən cavab sistemləri ilə müəyyən olunur. Nəticə etibarilə, hər bir səhv siqnal və ya texnoloji nasazlıq qlobal eskalasiyaya səbəb ola bilər. Və belə bir dövrdə qlobal siyasi-diplomatik dialoq kanallarının bağlanması, əslində, sülhün deyil, məhz müharibə təhlükəsinin sürətlənməsi deməkdir.

Bu baxımdan, Qərb analitikləri hesab edirlər ki, ABŞ və Rusiya arasında yeni “sınaq böhranı”nın qarşısını almaq üçün ilk növbədə böhran-kommunikasiya kanallarının açıq saxlanması, Nüvə Sınaqlarının Qadağan edilməsi Təşkilatının imkanlarının gücləndirilməsi və çoxtərəfli danışıqların bərpası həyati əhəmiyyət daşıyır. Əks halda, XXI əsrin ikinci 25 ilinə dünya nüvə texnologiyalarının yenidən “geopolitik qorxutma” vasitəsinə çevrilməsi ilə daxil olacaq.

Göründüyü kimi, Kremldə nüvə sınaqları ilə bağlı aparılan müzakirələr artıq yalnız Rusiyanin məsələsi deyil. Yəni, bu, hazırda qlobal təhlükəsizlik arxitekturasının sabitliyini sınağa çəkən yeni mərhələnin başlanğıcıdır. ABŞ və NATO-nun nüvə strategiyasının modernləşməsi, Rusiyanın cavab hazırlığı, eləcə də, qarşılıqlı etimadsızlıq qlobal sistemdə yeni, daha təhlükəli balans doğurur. Əgər, diplomatiya bu dəfə də geciksə, onda dünya “qarşılıqlı səhv” dövründən tədricən “qarşılıqlı məhv” mərhələsinə keçəcək  Və bu isə bəşəriyyət üçün daha böyük təhlükədir.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see257

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see199

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see184

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see169

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see140

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see138

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see137

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see133

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see131

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see131

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see128

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see122

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see121

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see121

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri