Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHTlər bir araya gəlməlidir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İqlim dəyişikliyinin təsirlərinin azaldılması və bölüşdürülməsi üçün maliyyəni geniş miqyasda çatdırmaq, resursları səfərbər etmək məqsədilə hökumətlərlə birlikdə qeyri-dövlət təşkilatları da bir araya gəlməlidir.
APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda çıxışı zamanı qlobal səfir Nigel Topinq deyib.
O, COP29 çərçivəsində vacib danışıqlar aparıldığını vurğulayıb:
"Müasir insan əməkdaşlığının və diplomatiyanın möcüzəsidir ki, burada 200 ölkənin nümayəndələri bir araya gələrək bəzən çox şaxəli qaydalarını razılaşdırır".
"İnsanlar iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkirlər. Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə sənayeləşmədən əvvəl olduğu kimi, 1,5°C səviyyəsində qalmalıdır ki, mənfi təsirlər minimuma ensin", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 14 Noyabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















