Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Qlobal su böhranını cilovlamaq platforması

Qlobal su böhranını cilovlamaq platforması

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Sentyabrın 11-də Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşkilatçılığı ilə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilib.

Konfransda çıxış edən ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov su ehtiyatlarının idarə olunmasının artıq milli deyil, qlobal əhəmiyyət daşıyan məsələ olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanda su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin əsas prioritetlərindəndir: “Ölkəmizdə keçirilən genişmiqyaslı islahatlar və layihələr məhz bu məqsədə xidmət edir. Lakin biz yaxşı bilirik ki, su qıtlığı və iqlim dəyişimləri kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans məhz belə bir platformadır - burada müzakirə ediləcək ideyalar və irəli sürüləcək təkliflər gələcək addımlarımıza istiqamət verəcək. Biz inanırıq ki, burada aparılacaq dialoq nəticəsində yeni tərəfdaşlıqlar formalaşacaq, su idarəçiliyi sahəsində regional və qlobal səviyyədə daha səmərəli həll yolları ortaya çıxacaq”.

Konfrans çərçivəsində keçirilən “Su idarəetməsində liderlik: regional və qlobal perspektivlər” adlı panel müzakirələrində çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, ölkəmizin su siyasəti strateji prinsiplərə əsaslanır və qəbul olunmuş Milli Su Strategiyası yaxın onilliklər üçün aydın hədəflər müəyyənləşdirir. Onun sözlərinə görə, bu sənəd su ehtiyatlarının ədalətli və rasional idarə edilməsini, infrastrukturun müasirləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqini, alternativ və dayanıqlı su mənbələrinin inkişafını, eləcə də elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, bu istiqamətdə yeni su anbarlarının tikintisi, suvarma sistemlərinin yenilənməsi, şəhər və kəndlərdə içməli su təminatının yaxşılaşdırılması üzrə genişmiqyaslı layihələr həyata keçirilir, rəqəmsal idarəetmə platformaları vasitəsilə su balansı, sərfiyyat və itkilər real vaxt rejimində izlənir. Agentlik sədrinin sözlərinə görə, ənənəvi mənbələr kifayət etmədiyi üçün alternativ həllərə – yağış sularının toplanması, təkrar istifadənin təşviqi və duzsuzlaşdırma texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, “Azərkosmos”, eləcə də digər qurumların iştirakı ilə ölkəmizdə çaylardan, yeraltı və yerüstü su mənbələrindən başlayaraq son istehlakçıya qədər suyun balans və uçotunu əldə etməyə imkan verən elektron su təsərrüfatı informasiya sisteminin və coğrafi informasiya texnologiyalarına əsaslanan milli su atlasının yaradılması üzrə işlərə başlanılıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, ölkəmizdə mövcud 1,4 milyon hektar suvarma sahəsinin, təxminən, 11 faizi müasir suvarma sistemləri ilə təmin olunub. Həmin göstəricinin həddindən artıq aşağı olduğunu vurğulayan nazir bu istiqamətdə daha çox təşviqlər irəli sürülməsinin, fermerlərin maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın su ehtiyatlarının 70 faizindən çoxunun ölkə xaricində formalaşdığını bildirən M.Məmmədov Beynəlxalq Təbii Ehtiyatlar İnstitutunun 2040-cı il üçün hazırladığı hesabatda quraqlıqdan əziyyət çəkəcək 33 ölkə siyahısında Azərbaycan 18-ci yerdə qərarlaşdığını söyləyib.

Su ehtiyatlarının azalmasının və quraqlıqların kənd təsərrüfatında suyun qənaətli istifadəsini zəruri etdiyini bildirən kənd təsərrüfatı naziri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə selləmə suvarma tamamilə qadağan olunacaq: “Bu, gələcəkdə Azərbaycanda selləmə suvarmanın ölkə üzrə mərhələli şəkildə dayandırılması istiqamətində ilk addım olacaq. Biz müasir suvarma sistemlərinin geniş tətbiqi ilə həm suya qənaət etməli, həm də məhsuldarlığı artırmalıyıq”.

Ölkəmizdə fermerlərə göstərilən ciddi dəstəkdən bəhs edən nazirin sözlərinə görə, avadanlıqların dəyərinin 80 faizə qədəri dövlət tərəfindən maliyyələşdirilir. Bildirilib ki, bu ildən etibarən yerli istehsal olan müasir suvarma avadanlıqlarının subsidiyalaşdırma səviyyəsi də 60 faizə çatdırılacaq.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək bildirib ki, su qıtlığı ilə bağlı risklərin qarşısını tam almaq mümkün olmasa da, dövlətlərin və beynəlxalq təşkilatların fəal iştirakı ilə adaptasiya planlarının hazırlanması vacibdir. Onun sözlərinə görə, artıq illərdir ki, Azərbaycan beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birlikdə bu məsələləri müzakirə edir, müxtəlif su layihələri həyata keçirir.

Hazırda Azərbaycanda buzlaqların əriməsi və qar ehtiyatlarının azalması prosesinin davam etdiyini diqqətə çatdıran nazirin sözlərinə görə, hər il Böyük Qafqaz və xüsusilə Kiçik Qafqaz dağlarına təşkil olunan ekspedisiyalar da bu gedişatı təsdiqləyir: “Dağlarımızda qar ehtiyatları ilbəil azalır, buzlaqlar isə əriməyə məruz qalır. Təəssüf ki, bu proses bütün dünyada müşahidə olunur. Əsas səbəb iqlim dəyişikliyi və orta temperaturun artmasıdır, digər səbəb isə yağıntıların qeyri-bərabər bölüşdürülməsi və intensivliyidir. Nəticədə su ehtiyatları azalır, daşqınlar, sel və digər hidrometeoroloji hadisələr daha çox baş verir”.

Dünyada suya tələbatın artmasını narahatedici məqam kimi səciyyələndirən M.Babayev bildirib ki, şərti su qıtlığı riski ilə üzləşən ölkələrin siyahısı hər il genişlənir və Azərbaycan da bu siyahıda yer alır. Ölkəmizin su anbarlarında 16 milyard kubmetr həcmində su ehtiyatının mövcudluğunu diqqətə çatdıran nazirin sözlərinə görə, bu ehtiyatlardan səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir: “Su ehtiyatlarından düzgün istifadə etməyi bacarmalıyıq. Azərbaycan çayların aşağı axınında yerləşən ölkədir və buna görə də biz həmişə qonşularımızla su məsələsini gündəmdə saxlamalıyıq. Təəssüf ki, hər zaman tam razılığa gələ bilmirik. Çünki regionda yalnız Azərbaycan su konvensiyasının üzvüdür, digər ölkələr isə üzv deyil və onlar çayların yuxarı axınında yerləşirlər. Bu səbəbdən su məsələlərini daim diqqətdə saxlamalıyıq”.

Qeyd edək ki, II Beynəlxalq Su Təsərrüfatı Konfransında 10-a yaxın ölkədən 40 məruzəçinin çıxışı dinlənilib. Ümumilikdə, Bakı Su Həftəsinin 2-ci günündə “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” adlı panel müzakirələri keçirilib. Eyni zamanda dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma memorandumları imzalanıb.

Mirbağır YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri