Icma.az
close
up
RU
Qlobal süni intellekt testində şok nəticə: Xəbərlərin yarısı yalan çıxdı

Qlobal süni intellekt testində şok nəticə: Xəbərlərin yarısı yalan çıxdı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Süni intellekt əsaslı söhbət botları gündəlik həyatın və informasiya əldəetmə vərdişlərinin ayrılmaz hissəsinə çevrilsə də, onların etibarlılığı hələ də ciddi sual altındadır. 

Qaynarinfo xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) tərəfindən 18 ölkə və 14 dildə fəaliyyət göstərən 22 ictimai media qurumunun iştirakı ilə aparılan tədqiqat göstərib ki, ən populyar süni intellekt platformaları xəbərlər və cari məlumatlar sahəsində ardıcıl şəkildə uğursuzluğa yol verir.

Araşdırmada "OpenAI”ın ChatGPT-si, "Microsoft Copilot”, "Google Gemini” və "Perplexity” platformalarından əldə edilən 3 min xəbər cavabı düzgünlük, mənbə istifadəsi, fakt və fikir ayrımı, həmçinin kontekstin verilməsi baxımından qiymətləndirilib. Cavabların 45 faizində azı bir ciddi problem, 81 faizində isə kiçik nöqsanlar aşkarlanıb. Əsas çatışmazlıqlar mənbələrin göstərilməsi və məlumatların doğruluğu ilə bağlı olub.

Süni intellekt köməkçilərinin qarşılaşdığı iki əsas problem onların etibarlılığını sarsıdır. Cavabların 31 faizində yanlış, qeyri-dəqiq və ya uydurma mənbələr göstərilib. Məsələn, "Copilot” quş qripi ilə bağlı suala cavab verərkən 2006-cı ilə aid, artıq aktuallığını itirmiş BBC məqaləsinə istinad edib. Cavabların 30 faizində isə uydurma və ya köhnəlmiş məlumatlar yer alıb. Məsələn, ChatGPT hazırkı Papadan bir ay əvvəl vəfat etdiyini, yerinə isə XIV Levin keçdiyini iddia edib.

Ən zəif nəticə kimdə oldu?

Test edilən dörd model arasında xəbərlərlə bağlı ən zəif nəticəni "Google” şirkətinin "Gemini” modeli göstərib. Araşdırmaya görə, onun cavablarının 76 faizində problem aşkarlanıb ki, bu da digər modellərdən iki dəfə çoxdur. "Copilot” 37 faizlə ikinci, ChatGPT 36 faizlə üçüncü, "Perplexity” isə 30 faizlə ən yaxşı nəticəni göstərib.

EBU-nun media direktoru Jan Filip De Tender bildirib: "Bu, təsadüfi hadisələr deyil. Problemlər sistematik, çoxdilli və sərhədləri aşan xarakter daşıyır və biz bunun ictimai etimadı təhdid etdiyinə inanırıq. İnsanlar nəyə inanacaqlarını bilməyəndə, sonda heç nəyə inanmırlar və bu, demokratik iştirakçılığı belə zəiflədə bilər".

Tədqiqat göstərir ki, süni intellekt modelləri xüsusilə sürətlə dəyişən məlumatlar, mürəkkəb zaman ardıcıllıqları və faktla fikir arasındakı sərhədləri müəyyənləşdirmək tələb edən hallarda çətinlik çəkirlər. Məsələn, modellərin demək olar yarısı "Tramp ticarət müharibəsinə başlayırmı?” kimi aydın cavab tələb etməyən suallara səhv və ya təhrif olunmuş cavablar verib.

Bu köməkçilər gündəlik istifadəçilər üçün əsas informasiya mənbəyinə çevrilməyə çalışsa da, etibarlılıq boşluğu böyük təhlükə yaradır. İstifadəçilər hələ də bu platformaların düzgün cavab verdiyinə inanır, nəticədə etibarlı xəbər saytlarına olan maraq azalır. "Reuters” İnstitutunun məlumatına görə, xəbərləri süni intellekt vasitəsilə izləyən 18–24 yaş arası şəxslərin sayı son bir ildə iki dəfə artıb.

Tədqiqatçılar modellərdə müəyyən yaxşılaşmalar müşahidə olunduğunu qeyd etsələr də, yekun nəticə aydındır: "Süni intellekt köməkçiləri xəbərlərə çıxış və onların dəyərləndirilməsi üçün hələ etibarlı vasitə deyil".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri