Icma.az
close
up
RU
Qlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq

Qlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

BMT-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında bildirilir ki, proqnozlara əsasən, qarşıdakı beş il ərzində qlobal temperatur rekord və ya rekorda yaxın səviyyədə qalacaq. Bu isə iqlim risklərini artıracaq və cəmiyyət, iqtisadiyyat və inkişaf üçün mənfi nəticələr doğuracaq. SİA xəbər verir ki, 2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin qlobal illik orta səth temperaturunun sənaye öncəsi dövrə, yəni 1850–1900-cü illərə nisbətən 1,2–1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Həmçinin bu dövrdə ən azı bir ilin müşahidələr tarixindəki ən isti il olan 2024-dən də isti keçməsi ehtimalı 80 faizdir.Proqnoza əsasən, beş illik orta temperaturun Paris İqlim Sazişi ilə müəyyən edilmiş 1,5 dərəcə Selsi həddini aşması ehtimalı 70 faizdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki hesabatda 2024–2028-ci illər üçün bu ehtimal 47 faiz olaraq qiymətləndirilmişdi. Temperaturun hər əlavə hissəsi daha güclü istilik dalğalarına, ekstremal yağıntılara, kəskin quraqlıqlara, buzlaqların əriməsinə, okeanların isinməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur.Proqnozlara görə, qarşıdakı beş genişlənmiş qış mövsümü ərzində (noyabrdan marta qədər) Arktikada istiləşmə qlobal orta göstəricidən 3,5 dəfə daha sürətlə baş verəcək. 2025–2029-cu illərin mart ayları üçün dəniz buzlarının vəziyyəti ilə bağlı proqnozlar Barens, Berinq və Oxot dənizlərində buz konsentrasiyasının daha da azalacağını göstərir. Biz artıq müşahidə tarixində ən isti on ili yaşamışıq.ÜMT-nin hesabatına görə, təəssüf ki, yaxın illərdə hər hansı bir fasilə gözlənilmir. “Biz artıq müşahidə tarixində ən isti on ili arxada qoymuşuq. Təəssüf ki, ÜMT-nin hesabatına əsasən, yaxın illərdə bu prosesdə bir yavaşlama olmayacaq və bu da iqtisadiyyatımıza, gündəlik həyatımıza, ekosistemlərə və planetimizə mənfi təsirlərin artacağı anlamına gəlir”, – deyə ÜMT-nin Baş katibinin müavini Ko Barret bildirib.“İqlimin fasiləsiz monitorinqi və proqnozlaşdırılması qərar qəbul edənlərə uyğunlaşma prosesində yardımçı olacaq elmi əsaslı alətlər və məlumatlar təqdim etmək üçün vacibdir”, - deyə o qeyd edib.Paris İqlim Sazişində 1,5 dərəcə Selsi (və maksimum 2 dərəcə Selsi) istiləşmə həddi qeyd olunub. Bu hədd uzunmüddətli istiləşməyə, yəni adətən 20 il ərzində müşahidə olunan qlobal temperatur göstəricilərinə əsaslanır. Belə səviyyələrin müvəqqəti aşılmasının isə getdikcə daha tez-tez baş verəcəyi gözlənilir.Son proqnozlara görə, 2015–2034-cü illər arası 20 illik dövr üçün orta istiləşmə 1,44 dərəcə Selsi təşkil edəcək. Bu il BMT-nin iqlim dəyişikliyi üzrə COP-30 konfransı Braziliyanın Belen şəhərində keçiriləcək və burada ölkələrin “milli səviyyədə müəyyən edilmiş töhfələr” adı ilə tanınan iqlim fəaliyyət planlarının yenilənmiş versiyaları nəzərdən keçiriləcək. Bu planlar Paris Sazişinin məqsədlərinə çatmaq üçün həlledici əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyun 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri