Icma.az
close
up
RU
Qlobal ticarət müharibələri ALOVLANIR Böyük güclərin toqquşması nə VƏD EDİR?

Qlobal ticarət müharibələri ALOVLANIR Böyük güclərin toqquşması nə VƏD EDİR?

Bizim media-dan verilən məlumata görə, Icma.az xəbər edir Qlobal ticarət müharibələri ALOVLANIR Böyük güclərin toqquşması nə VƏD EDİR?.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə havaların soyuması fonunda enerjiyə dair xəbərlərin artımı ilə yadda qaldı.
Amma onlara keçməzdən öncə qlobal bazarlarda yaşananlara diqqət yetirək, çünki neft və qaz gəlirlərimizə məhz böyük bazarlardakı qiymətlər və orada yaşanan hadisələr təsir edir.
Ticarət müharibələri
Ötən həftəni Ağ Ev administrasiyasının qlobal ticarət müharibələrinə başladığı zaman kimi də adlandırmaq olar. ABŞ prezidenti Donald Tramp fevralın 4-dən qüvvəyə minən Kanada və Meksikadan idxal olunan mallara 25 faiz, habelə Çin Xalq Respublikasından gələn bütün mallara da əlavə 10% tarif tətbiq edilməsi ilə bağlı sərəncam imzaladı. Buna cavab olaraq Çin maliyyə nazirliyi bəyan etdi ki, ABŞ-dan idxal edilən kömür və mayeləşdirilmiş qaz 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə üçün 10% rüsum tətbiq olunacaq və qərar fevralın 10-dan qüvvəyə minir.
Baş verənlər bazarlara və istehlakçılara o qədər “vahiməli” təsir bağışladı ki, Tramp Meksika və Kanada mallarına rüsumların tətbiqini bir ay sonraya saxlamalı oldu. Amma bazarlara da təsirsiz ötüşmədi.
Qlobal bazarlar
Belə şəraitdə dünya bazarlarında Brent markalı neft həftə ərzində 2 dollardan çox dəyərini itirərək 74 dollara qədər ucuzlaşdı. Ucuzlaşmanın bundan sonra davam edəcəyi o qədər də real görünmür. Çünki cənab Tramp “dünya bazarlarından İrana məxsus barellərin” yığışdırılması üçün mövcud sanksiyaları daha da sərtləşdirməyi düşünür. Yəni qlobal bazarlarda satılan Rusiya nefti ilə yanaşı İran neftinin həcmləri də məhdudlaşdırılacaqsa, və onun yerini zamanında doldurmaq mümkün olmayacaqsa, təbii ki, neftin ucuzlaşması bir müddət sonra bahalaşma ilə əvəzlənəcək.
Bir sözlə dünyada qlobal ticarət müharibələri səngimək əvəzinə alovlanır. Və belə bir şəraitdə bu həftə daha bir qarşıdurmanın, özü də neft bazarlarında baş verən çəkişmənin şahidi olduq.
Neft satanların şübhəsi
OPEC+ Monitorinq Komitəsi neftin qlobal bazarlarda hasilat səviyyəsinin və qiymətinin müəyyənləşdirilməsi üçün Beynəlxalq Enerji Agentliyi (EIA) və “Rystad Energy” şirkətinin məlumatlarından istifadə etməyəcəyini bəyan etdi. Təşkilat bildirib ki, bazarları tədqiq edən sözügedən təşkilatlar bilərəkdən neft hasilatını daha aşağı qiymətləndirirlər. Bunun əvəzinə OPEC+ Monitorinq Komitəsi yeni məlumat mənbələri kimi 3 yeni şirkətin hesabatlarından istifadə edəcəyini açıqlayıb. Bununla da qiymətləndirmə məsələlərində istifadə edilən mənbələrin sayı 8-ə çatdırılıb.
Ümumən onu deyə bilərəm ki, postpandemiya dövründə neft hasil edən ölkələrlə onun istehlakçıları arasında bir çəkişmə sezilir və bunun təzahürləri də kimin hansı mənbəyə istinadında özünü büruzə verir. Ona görə də real olaraq vəziyyət heç də hər zaman açıqlanan statistikalardakı kimi olmur.
Avropanın alovlanan qaz qiymətləri
Qaz bazarlarına gəldikdə isə qiymətlər Avropada artmaqda davam edib və bu həftə sonu 2023-cü ildən bəri ilk dəfə 600 dollarlıq həddi keçən qiymət qeydə alındı. Buna bir tərəfdən Şimal yarımkürəsində havaların daha soyuq keçməsi təsir edirsə, ikinci amil Rusiya maye qazına qarşı da ola biləcək sanksiyaların yaradacağı mümkün fəsadlardır.
Ümumiyyətlə, Avropada qaz qiymətləri ötən ilin sentyabrın sonlarından artmağa başlayıb. Əgər 2024-cü ilin oktyabrında qazın orta qiyməti hər min kubmetr üçün 456 dollar olmuşdusa, artıq cari ilin yanvarında 517 dollara qədər yüksəlib. Təkcə yanvar ayında artım 6%-dən çox oldu. Hazırkı həftə isə qaz qiymətləri Niderlandın TTF qaz qovşağında təhvil verilmək şərti ilə fevralın 7-də 607 dollara satıldı.
“Bloomberg” agentliyinin bazar iştirakçılarına istinadən yaydığı məlumata görə, əgər isitmə dövrü Avropada martın sonunadək uzanarsa, onda yeraltı qaz anbarlarındakı ehtiyatlar 30% göstəricisinə qədər azala bilər.
Xatırladım ki, ötən ilin martında bu göstərici 58% olmuşdu. Demək, onda yaz-yay dövründə yeraltı anbarların doldurulması daha intensiv həyata keçiriləcək və tələbat artdığından qiymətlər də daha yüksək olacaq və ola bilsin heç 500 dollardan aşağı düşmədi. Belə hal təbii ki, qlobal bazardakı istehlakçı ölkələr üçün əlavə xərclər deməkdir, amma Azərbaycan üçün yeni perspektivlər aça bilər.  
Fərqli və oxşar Babayevlər
Yola saldığımız həftə Azərbaycan hökumətinin tərkibində bəzi dəyişikliklərin şahidi olduq. Dövlət başçısının sərəncamları ilə Sahil Babayev maliyyə naziri təyin edilib, vəzifəsindən azad edilən təbii sərvətlər və ekologiya naziri Muxtar Babayev isə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Onların hər ikisi eyni soyadı daşısalar da qohumluqları yoxdur, amma hər ikisini bağlayan bir iş olub – xeyli müddət Azərbaycan Dövlət Neft Şirkətində çalışıblar. Sahil Babayev üçün ilk iş yeri elə SOCAR olub. Şirkətin xarici investisiyalar idarəsində 6 il çalışıb. Yəni Azərbaycana kapital gətirən hasilatın pay bölgüsü sazişlərinə kifayət qədər bələddir. Muxtar Babayev isə SOCAR-da nə az, nə çox, düz 24 il çalışıb. Özü də bunun 13 ilini Şirkətin Marketinq və İqtisadi əməliyyatlar idarəsində rəhbər vəzifələrdə olub. Daha sonra 3 il SOCAR-ın ekoloji məsələlər üzrə vitse-prezidenti kimi çalışıb. “Azərkimya” SOCAR-a birləşdirildikdən sonra isə “yarıcan” halda olan Birliyin koma vəziyyətindən çıxarılmasını Muxtar Babayevə həvalə ediblər.
Hər iki Babayev eyni ildə - 2018-ci ildə nazir olublar. Görünən budur ki, Dövlət başçısı vaxtı ilə ölkənin yenidən qurulan sosial siyasətinin Sahil Babayevə həvalə etməsi ilə yanılmadığını görüb və hazırda artıq bir müddətdir yerli mətbuatda qeyd edilən maliyyə sistemində hazırlanan islahatları da ona tapşırmaq qərarına gəlib. Çünki neft gəlirlərinin azaldığı dövrdə hökumətin qarşısında duran vəzifə təkcə qeyri neft-qaz gəlirlərinin daha çox yığılması məfhumu ilə məhdudlaşmır, maliyyə nizam-intizamı da dövrün tələblərinə uyğun olmalıdır, yəni xərclənən hər manatın gətirdiyi gəlir məsələsi önə keçməlidir.
Bu baxımdan düşünürəm ki, yeni yaradılmış “Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi”nin vəzifəsi də təkcə iqlim dəyişikliklərinin Azərbaycanın iqtisadi-sosial həyatına təsirləri ilə məhdudlaşmayacaq, çünki bu məsələlərin həllində sənayenin, hansının ki, əsas hissəsi neft və qazımıza bağlıdır, yeni mərhələyə - yaşıl iqtisadiyyata transformasiyası koordinasiyalı şəkildə bacarıqla idarə edildiyi təqdirdə Azərbaycan dünyanın təlatümlü dövründə daha çox nailiyyətlər əldə etmək imkanı qazanar.        
Sərhədləri aşan SOCAR
Birbaşa enerji həyatımıza gəldikdə isə bu həftə ölkəmizdə əsas mövzu qaz ətrafında cərəyan edib. Bunu gündəm edən isə Azərbaycan Dövlət Neft Şirkətinin ölkə hüdudlarından kənarda mavi yanacaq çıxartmaq arzusu olub.
Açıqlanan rəsmi məlumata görə, SOCAR yanvarın 31-də “Union Energy” şirkəti ilə İsrailin ikinci böyük qaz layihəsi olan “Tamar” yatağında 10% payın alınmasına dair müqavilə imzalayıb.
"İnkişaf planına uyğun olaraq, SOCAR ölkədən kənarda hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir. Bu kontekstdə şirkət İsrailin Aralıq dənizi hövzəsində ən böyük qaz yataqlarından biri olan Tamar layihəsinə daxil olmaq üçün müqavilə imzalayıb", - deyə Dövlət Neft Şirkəti bəyan edib.
SOCAR həmçinin vurğulayıb ki, sazişin qüvvəyə minməsi müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq normativ və digər icazələrin alınması şərtləri həyata keçiriləndən sonra mümkün olacaq.
Qeyd edim ki, “Tamar” qaz yatağının ən iri payçısı Amerikanın adlı-sanlı “Chevron” şirkətidir. Yataq 2009-cu ilin yanvarında kəşf edilib, təbii qaz hasilatına isə 2013-cü ilin martında start verilib. Təbii qaz hasilatı 2022-ci ildən başlayaraq ildə 10 milyard kubmetr səviyyəsini keçib. Bu yataqdan qaz həm İsrailin daxili bazarına, həm də İordaniya və Misir kimi ərəb ölkələrinə ixracı da mövcuddur.
Xatırladım ki, SOCAR ötən ilin mayında Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki yataq üzrə ADNOC şirkətindən 3% pay almışdı. Bununla da Azərbaycan sərhədlərindən kənarda SOCAR ilk dəfə neft hasilatı layihəsinə qoşulmuşdu. İndi isə söhbət qaz yatağından gedir. Özü də elə bir yataqdan ki, onun perspektivləri kifayət qədərdir.
Bəs indiyə qədər xaricdə ticari-xidmət layihələrinə üstünlük verən Dövlət Şirkətimiz nədən birdən birə hasilat layihələrinə maraq göstərməyə başlayıb? SOCAR-ın hasilat məsələləri üzrə vitse-prezidenti Babək Hüseynov hesab edir ki, bu cür addımlar atmaqla Dövlət Neft Şirkəti beynəlxalq səviyyədə hasilatı genişləndirir.
Hesab edirəm ki, çox düzgün yanaşmadır. Çünki SOCAR-ın balansında olan yataqların böyük əksəriyyəti qocalıq dövrünü yaşadıqları zaman şirkət öz hasilatını məhz perspektivli layihələrdə iştirakı hesabına artıra bilər.
SOCAR-a yeni əməkdaşlıq təklifi
Bu həftə SOCAR-la əməkdaşlıq etməyə daha bir şirkət maraq göstərib. Özü də elə bir şirkətdir ki, hasilatda saç-saqqal ağartmış yaşındadır. SOCAR-ın mənzil-qərargahında şirkətin prezidenti Rövşən Nəcəf Birləşmiş Ərəb Əmirliklərinin “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən potensial əməkdaşlıq imkanları əsas müzakirə mövzusu olub. Tərəflər həmçinin enerji sektorunun müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanları müzakirə ediblər.
Burada diqqətinizə çatdırmaq istərdim ki, “Crescent Petroleum” Yaxın Şərqdə karbohidrogenlərin kəşfiyyatı və hasilatı ilə məşğul olan ən qocaman və ən böyük özəl neft-qaz şirkətidir. Özü də Ərəb Əmirlikləri ilə bir ildə 1971-ci ildə yaranıb və baş ofisi Şarja şəhərində yerləşir. Bu şirkət İraqda böyük layihələri idarə edir və İraqın Neft Nazirliyi ilə 20 illik üç müqavilə imzalayıb. Əsas biznesinə əlavə olaraq, Crescent Petroleum həmçinin özəl təbii qaz şirkəti olan “Dana Gas”-ın təsisçisi və ən böyük səhmdarıdır. Və mümkündür ki, bir müddət sonra biz SOCAR-ın hasilat sahəsində yeni sövdələşməsi haqda da xoş xəbərlər eşidək.
Bu günlərdə Azərbaycanla qaz əməkdaşlığını dərinləşdirmək istəyən daha iki şirkət də Bakıya təşrif buyurub. Bunlar Sloveniyanın “Petrol” və “Geoplin” şirkətləridir.  SOCAR ilə Sloveniya şirkətləri arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə mövzusu olub. Tərəflər enerji sektorunun müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Sloveniya hələ Azərbaycandan az miqdarda qaz alsa da, amma yaxın illərdə onun həcmlərinin artırılmasında maraqlıdır, çünki Azərbaycanın stabil və nizamlı qaz təhcizatçısı olduğuna əmindir.  
TANAP-ın artan qazı
Onu deyim ki, Avropa bazarına Azərbaycan qazının ayaq açması, çətin anlarda istehlakçıları alternativ mənbədən enerji ilə təchiz edilməsi Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə həyata keçirilib və bu nəhəng qaz infrastrukturunun mərkəzində qardaş Azərbaycan və Türkiyənin birgə ərsəyə gətirdikləri TANAP layihəsi durur.
Bu həftə kəmər istifadəyə verildiyi andan, yəni 30 iyun 2018-ci il tarixindən indiyə qədər artıq onunla Türkiyə və Avropaya nəql olunan Azərbaycan qazının ümumi həcminin 75 milyard kubmetrə çatdığı məlum olub. Cari il TANAP vasitəsilə orta günlük qaz tədarükü 43 milyon kubmetrə yaxın olub. Yəni kəmər artıq layihə gücündə, ildə 16 milyard kubmetr qazı nəql etməyə müvəffəq olub.
Vaxtı ilə Azərbaycan rəhbərliyinin siyasi iradəsi olmasaydı, bəlkə biz bu gün belə Avropa ilə hələ də danışıqlar aparırdıq ki, necə edək, qazı hansı yolla aparaq o bazara. Ona görə də, hər bir işi vaxtında görmək lazımdır ki, zamanı gələndə bəhrəsini dada biləsən. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir

10 Fevral 2025 07:45see132

Emin Hüseynovun dövlətə olan borcu artdı

10 Fevral 2025 09:06see127

Bu gün hansı bürcün bəxti gətirəcək?

10 Fevral 2025 08:11see121

Transformatora girən meymun bütün ölkənin elektrik enerjisini kəsib

10 Fevral 2025 08:20see118

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see109

Rumıniyada futbol klubunun xalı mənfi 66 oldu

10 Fevral 2025 04:34see109

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see108

Kosmosdan qayıtmayanlar: Tarixin dönüşü olmayan səfərləri

10 Fevral 2025 08:44see107

Tottenhem də kubokla vidalaşdı

10 Fevral 2025 02:09see107

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see106

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see106

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see106

İlon Mask TikTok u alacağına dair iddialara cavab verib

10 Fevral 2025 08:18see106

Tramp: Putinlə geniş söhbətimiz olacaq

10 Fevral 2025 14:26see105

Suğra Bağırovadan ETİRAF: “Bu, mənə Allahın ən böyük hədiyyəsidir”

10 Fevral 2025 14:20see105

Meymun ölkədə kütləvi elektrik kəsilməsinə səbəb olub

10 Fevral 2025 07:01see105

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see104

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see104

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see104

Tramp bu rüsumları da kəskin artırır

10 Fevral 2025 14:40see104
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri