Icma.az
close
up
RU
Zəngəzur uğrunda gedən savaş böyük güclərin toqquşması

Zəngəzur uğrunda gedən savaş böyük güclərin toqquşması

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanla Ermənistan arasında iyulun10-da  Əbu-Dabidə keçirilən görüşdən sonra bölgədə  yeni geosiyasi reallıqlar yaranıb. Abu-Dabi görüşündə Bakı ilə İrəvan arasında  keçirilən geniş tərkibli ikitərəfli görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılması isə onu  deməyə əsas verir ki, tərəflər sülhün əldə edilməsində şifahi razılıq əldə edilib. Tərəflər hazırda sadəcə dayanıqlı sülhü təmin edəcək məsələlərin və detalları üzərində işlərini davam etdirirlər. Bu da təbii ki,  yeni reallıqlarжn yaranmasına səbəb olduğundan bölgədə maraqlı güclər də aktivləşiblər. Rusiyanın son vaxtlarda Azərbaycana qarşı aqressiv təxribat xarakterli təzyiq və təhdid hərəkətlərinin, eyni zamanda ABŞ-ın son aktivliyini, Zəngəzur məsələsi ilə bağlı səsləndirdiyi fikirlərı, 87 konqresmen prezident Donald Trampa müraciətini əslində Zəngəzur uğrunda mübarizənin pərdəarxası oyununun tərkib hissəsidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, 2020-ci il 10 noyabrda Ermənistanın kapitulyasiya sənədini imzalaması, 2023-cü ildə birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda marağı olan güclərin əsas diqqəti Zəngəzura fokuslanıb: “Çünki Zəngəzur dəhlizi Rusiya və İrandan yan keçəcək Qərblə Şərqi biləşdirən dəhliz məhz Cənubi Qafqaz coğrafiyasında reallaşacaq Orta Dəhlizin tərkib hissəsidir. Bu səbəbdən də bütün maraqlı güclər bölgdən reallaşacaq  dəhlizlərə nəzarətini təmin etməyə çalışır. Ona görə də Zəngəzur uğrunda savaşa daha geniş coğrafiyada Qara dəniz-Qafqaz-Xəzər-Mərkəzi Asiya geosiyasi məkanında gedən böyük geosiyasi mübarizənin tərkib hissəsi kimi baxmaq lazımdır. 

Cənubi Qafqaz-Mərkəzi Asiya məkanı uğrunda savaşın geosiyasi oyunçuları isə Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə, İran, Fransa, Çin, İsrail, Hindistan və bir sıra digər ölkələrdir. Bölgədəki maraqlı oyunçuların  reallaşcaq Zəngəzur dəlizi ilə bağlı tamamilə fərqli yanaşması, maraqların uzlaşmaması regiondakı geosiyasi vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur.

Belə ki, Rusiya  Zəngəzur dəhlizinin  2020-ci il 10 noyabr üçtərəfli sülh bəyanatında nəzərdə tutulan şərtlər daxilində reallaşmasının tərəfdarıdır. Moskva bu yolla bölgədə nəzarətini davam etdirmək istəyir.  Moskva istəyinə nail ola bilmədiyindən  bir  tərəfdən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, digər tərəfdən məqsədinə nail olmaq üçün Bakı və İrəvana təzyiq siyasətini  genişləndirməyə başlayıb.  Kremlin son aylardakı təzyiq diplomatiyasının əsas məqsədi də budur. 

İran ümumiyyətlə dəhlizin açılmamasında və yaxud öz ərazisindən keçmək şərtli ilə razıdır. Tehranın  dəhlizin açılmasına qarşı çıxmasının digər mühüm səbəbi isə Türkiyə və ABŞ-ın bölgəyə gəlişini istəməməsidir.  Burada təbii ki, digər məqamlar da mövcuddur.

 Pekin Tehrandan fərqli olaraq Rusiya, Qərb, Türkiyə, Azərbaycan, İsrail, Səudiyyə Ərəbistanı ilə maraqlarını uzlaşdıraraq Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Qərb Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı çıxmasına baxmayaraq, onu da yaxşı anlayır ki, mövcud şəraitdə bunun qarşısını almaq qeyri-realdır. Bu səbəbdən də Çini qıcıqlandırmaq və əks cəbhədə yer almasını istəmir. Qərb onu da yaxşı anlayır ki, bu gün Çinin Mərkəzi Asiya, Əfqanıstan, Pakistana yetərincə təsir imkanları var və ona qarşı çıxmaq onlar üçün əlavə problem deməkdir.  

ABŞ və Qərb Zəngəzur dəhlizinin açıqlamasında maraqlı olsa da, yanaşması fərqlidir. Onlar dəhlizin Ermənistanın yurisdiksiyası çərçivəsində açılmasını istəyir. Lakin ABŞ-nin mövqeyi Fransa və Almaniyadan fərqlidir. Vaşinqtonun mövqeyi daha çox Azərbaycan, Türkiyə, İsrail, Pakistan, ərəb ölkələrinin maraqları ilə üst-üstə düşür. Onlar İranın həm dəhlizə, həm də bölgədə təsir imkanlarını minimallaşdırmaq üçün Bakı və Ankaranın şərtlərinə uyğun dəhlizin açılmasına etiraz etmir.

Burada yalnız Fransa və Hindistanın maraqları uyğun gəlir. İrəvan da bu ölkələrinin sərgilədiyi mövqeyi özü üçün fürsətə çevirməyə çalışır. Lakin mövcud geosiyasi proseslər bu güclərin təsir imkanlarını məhdudlaşdıraraq, Zəngəzur dəhlizinin Bakı və Ankaranın şərtləri daxilində açılmasına geniş fürsətlər yaradır”.

Amerikalı konqresmenlərin  Prezident Donald Trampa ermənilərin Qarabağa qayıtmasına dəstək vermək barədə çağırışına gəldikdə isə deputat bildirib ki, buna da   bölgə uğrunda gedən savaşın tərkibi kimi yanaşmaq lazımdır:
“Burada bir neçə məqama diqqət yetirmək lazımdır.

Birincisi, erməni lobbisinin təsiri altında olan, eyni zamanda Azərbaycanın uğurlarını və qələbəsini həzm edə bilməyən güclərin  Tramp administrasiyasına təsir etməklə son vaxtlarda Bakı ilə Vaşinqton arasında yaranmış əlaqələri pozmağa;

İkincisi, bölgədə vəziyyəti yenidən gərginləşdirməyə;

Üçüncüsü, Bakıya təzyiq etməklə  İrəvanın maraqlarını təmin etməyə;

Dördüncüsü, Ağ Evin bölgədəki maraqlarına zərbə vurmağa xidmət edir.  Bu təxribatın arxasında digər məqamlar da istisna deyil.

Amma onu da unutmaq lazım deyil ki, Azərbaycanın yaratdığı reallıq geriyədönməz prosesdir. Bu  cür təzyiq və təxribat xarakterli hərəkətlər heç bir nəticə verməyəcək.  Azərbaycan addım-addım öz hədəflərinə nail olmaqdadır.  Erməniləri və erməni kartından istifadə edənlər sadəcə onu anlamalıdırlar ki, bundan itirən tərəf hər zaman olduğu kimi, yenə də ermənilər olacaq. Hesab edirəm ki, ermənilər və Ermənistan tərəfi   növbəti faciə və ya məğlubiyyətlə üzləşmək istəmirlərsə, o zaman son illərin acı dərslərindən düzgün nəticə çıxarıb bölgəni geosiyasi güclərin toqquşma məkanına çevirib gərginlik yaratmaqdan qaçmalıdır.  Yoxsa, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda  bəyan etdiyi kimi, Ermənistan nəqliyyat və siyasi təcriddə qalmaqda davam edəcəklər. Bunun isə Ermənistan dövlətçilyi üçün ölümcül fəsadları olacaq”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri