Icma.az
close
up
RU
Qlobal ticarət müharibəsinin astanasında...

Qlobal ticarət müharibəsinin astanasında...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Yeni nizamın oyun qaydaları dəyişir

Yeni dünya nizamının formalaşması fonunda güc mərkəzlərinin qlobal miqyasda özlərinin təsir imkanlarının daha da artırılması uğrunda açıq və gizli formalarda apardıqları mübarizənin getdikcə  şiddətləndiyinin şahidi oluruq. Əvvəllər əsasən ənənəvi hərbi toqquşmalarla, güc nümayişi ilə səciyyələnən bu rəqabətə indi ticarət müharibəsi də əlavə olunub. ABŞ-da Respublikaçılar Partiyasının təmsilçisi Donald Trampın yanvarın 20-də Ağ Evə qayıdışından sonra artıq güc mərkəzləri arasında ticarət müharibəsinə start verilib. Bu soyuq müharibənin əsasən ABŞ, Çin, Rusiya və Avropa İttifaqı (Aİ) arasında gedəcəyi təxmin edilir. Burada kimin qalib olacağını söyləmək hələ tezdir. Bununla belə, çətin keçəcək rəqabət ölkələrin çökdürülməsinədək davam edə bilər. Aydın məsələdir ki, ticarət müharibəsindən bütün dünya təsirlənəcək və əks-təsirlər kifayət qədər ciddi olacaq.

ABŞ-dan Kanada, Meksika və Çin məhsullarına tətbiq olunan rüsumlar

Donald Tramp yeni rüsumların anonsunu hələ seçkiqabağı təbliğat kampaniyası zamanı vermişdi. Ağ Evin yeni sahibinin qənaətinə görə, güclü iqtisadi potensialı ABŞ-nin böyük üstünlüyüdür və bundan istifadə olunması ölkənin qanuni haqqıdır. Donalq Tramp Ağ Evin bir sıra dövlətlərə əvəzsiz yardımlar etməsinin, ölkəyə gətirilən mallara aşağı rüsumlar tətbiqinin məntiqinin başa düşülmədiyini bir neçə dəfə dilə gətirib. Beləliklə, Vaşinqtonun yeni startegiyasını bəyan edən və ABŞ-ın bundan sonra dünya üçün “ianələr paylayan axmaq ölkə” olmayacağı fikrini gündəmə gətirən D.Trampın Ağ Evə gəlişinin ilk günlərində imzaladığı sərəncamların bir çoxu rüsumlarla bağlı olub. O cümlədən Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalanıb. Verilən  məlumata görə, sərəncamlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcəyi göstərilir. İstisna yalnız neftlə bağlı olub. Belə ki, benzin və soba yanacağının qiymətlərində artım ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb. Prezidentin ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıra bilər. D.Tramp bəhs olunan qərarın qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində, həmçinin ölkəyə narkotik gətirilməsinin qarşısının alınması məqsədilə verildiyini bildirsə də, ortada siyasi məqsədlərin olduğu heç kəsdə şübhə doğurmur.

Ağ Evdən gələn açıqlamalardan o qənaət hasil olur ki, yaxın vaxtlarda ticarət müharibəsinə cəlb olunacaq ölkələrin siyahısının genişlənəcəyi gözlənilir. Panama kanalı vasitəsilə rəqiblərinə, xüsusilə də Çinə həmlə etmək ABŞ-in yeni rəhbərinin prioritetləri sırasındadır. D.Tramp  Karib dənizi ilə Sakit okean arasında körpü sayılan Panama kanalına nəzarəti ələ keçirməyi hədəfləyib. Hazırda kanal ətrafındakı bir sıra limanları Çin şirkətləri idarə edir və bu fəaliyyətlər Pekinə böyük həcmlərdə gəlir gətirir. Tramp kanalın zamanında ABŞ tərəfində inşa edildiyini əsas gətirməklə buradan keçən ölkəsinə məxsus ticarət gəmilərinə yüksək rüsumlar tətbiq edilməsini ədalətsiz sayır. Onun qənaətinə görə bu ədalətsizliyə son qoyulmalı və Panama kanalına ABŞ-ın nəzarəti təmin olunmalıdır. Qeyd edək ki, dünya üzrə ticarətdə Panama kanalının payı 5 faizdir. Buradan daha çox sayda məhz ABŞ gəmiləri keçir. Sıralamada ikinci yerdə Çin, üçüncü yerdə isə Yaponiya gəlir. Kanal 1999-cu ildə Panama dövlətinin nəzarətinə keçib. 2024-cü ildə Panama kanalından əldə edilən gəlir 5 milyard dollar olub. Öz növbəsində Panama prezidenti kanalın ABŞ-ın nəzarətinə verilməyəcəyini bildirib. Bununla belə, Ağ Ev niyyətindən dönmək fikrində deyil. Vaşinqton, həmçinin Panama dövləti ilə mümkün razılaşmalara gedə biləcəyini də anons edib. Əsas məqsəd Çin şirkətlərini buradan uzaqlaşdırmaqdır. Lakin bunun asan başa gələcəyini düşünmək sadəlövhlük olardı. Pekin də burada qalmaqda israrlıdır. Kanalda mövcud olmaq Çin üçün həm iqtisadi, həm də geosiyasi önəm daşıyır.

Kanada və Meksikadan gecikməyən cavab

Təbii ki, yeni rüsumlar heç bir ölkə üçün arzuedilən deyil. Kanadanın baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın rüsum tətbiqinə cavab olaraq ölkəsinin 155 milyard dollarlıq ABŞ mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.  Hökumət başçısı bildirib ki, tarif paketinə 4 fevraldan etibarən 30 milyard dollarlıq mallara dərhal, 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar daxildir. Baş nazir xalqı marketlərdən ABŞ məhsulları yerinə Kanada məhsulları almağa çağırıb.

Eyni zamanda, Meksika Prezidenti Klaudia Şeynbaum Trampın 25 faizlik rüsum qərarına cavab olaraq hökumətə Meksikanın maraqlarını müdafiə etmək üçün rüsum və qeyri-rüsum tədbirlərini özündə birləşdirən “B Planı”nı həyata keçirməyi tapşırdığını deyib. Rüsumlarla bağlı digər detallar açıqlanmayıb.

Bu arada Meksika və ABŞ-ın idxal məhsullarına rüsum tətbiqini bir ay təxirə salmaq barədə razılıq əldə olunduğu barədə xəbərlər gəlib. Verilən məlumata görə, Vaşinqtonun “güzəşti” qarşılığında Meksika prezidenti Klaudia Şeynbaum narkotik qaçaqmalçılığı ilə mübarizə üçün ABŞ-la sərhəddə milli qvardiyasının 10 min üzvünü yerləşdirməyi planlaşdırdığını açıqlayıb. Hər iki ölkə prezidenti bu bir ay ərzində rüsum məsələsi ilə bağlı danışıqlar aparmağa qərar veriblər.

Çinin ehtiyat tədbirləri və ÜTT-yə şikayət anonsu

Vaşinqton rüsum qərarını elan edəndən sonra Çinin Xarici İşlər və Kommersiya nazirlikləri açıqlama yayaraq, ölkənin qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi əks tədbirləri görəcəyini bildirib. Rəsmi Pekin ABŞ-ın əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar olaraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət etməyi planlaşdırır. Bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb. Nazirlik hesab edir ki, rəsmi Vaşinqton əlavə rüsumlar tətbiq etməklə ÜTT-nin qaydalarını ciddi şəkildə pozub. Ö növbəsində Pekin də cavab olaraq ABŞ-dan idxal olunan mallara əlavə rüsum tətbiq edəcək.  Artıq əlavə rüsumların həcmi də açıqlanıb. Söhbət ABŞ-dan idxal olunan bəzi məhsullara 10-15 faizlik əlavə rüsumlar tətbiqindən gedir. Çinin Maliyyə Nazirliyinin məlumatına əsasən, qərar fevralın 10-dan qüvvəyə minəcək. Əlavə idxal rüsumu tətbiq olunacaq məhsullara xam neft, kənd təsərrüfatı texnikası, sıxılmış maye qaz, bəzi avtomobillər daxildir.

Eyni zamanda, rəsmi Pekin startı verilən ticarət müharibəsi fonunda müəyyən ehtiyat tədbirlərinin görlməsində də qərarlıdır. Çinin Kommersiya Nazirliyi və Baş Gömrük Administrasiyası nadir metalların, o cümlədən volfram, tellur, bismut, molibden və indiumun ixracına fevralın 4-dən məhdudiyyət tətbiq etməyə başlayıb. Kommersiya Nazirliyinin məsələyə dair açıqlamasına əsasən, qərar ölkənin milli təhlükəsizliyini və mənfəətini qorumaq, habelə silahların yayılmasının qarşısını almaq kimi beynəlxalq öhdəliyi yerinə yetirmək, qlobal istehsal və təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini təmin etmək məqsədi ilə qəbul edilib.

Paralel olaraq, ikili təyinatlı məhsulların ixracına da məhdudiyyət qoyulub. Nazirlik 25 nadir metal məhsulu və istehsal texnologiyası ilə əlaqədar ixrac nəzarətinin həyata keçirildiyini elan edib. Qurumun açıqlamasında deyilir ki, Çin müvafiq ölkələri məsələyə dair əvvəlcədən məlumatlandırıb. Volfram və digər əlaqəli mallara ixrac nəzarətinin tətbiqi ümumi qəbul edilmiş beynəlxalq təcrübədir. Müvafiq qaydalara əməl olunarsa, ixraca icazə veriləcək.

Qeyd edək ki, sözügedən nadir metallar müdafiə sənayesi məhsulları, “yaşıl enerji” avadanlığı, smartfon, elektrik avtomobillərinin batareyalarının istehsalı da daxil olmaqla bir çox sahə üçün vacib minerallardır. Ekspertlər hesab edir ki, Çinin ixraca nəzarəti artırmaq qərarı Donald Tramp administrasiyasının Çin mallarına 10 faizlik əlavə idxal rüsumları tətbiq etməsinə cavabdır. Bu qərarın dünya bazarında sözügedən metalların və onlardan hazırlanan məhsulların qiymətlərinin artmasına səbəb olacağı proqnozlaşdırılır. Bismut istehsalını 1997-ci ildə, volfram hasılatını isə 2015-ci ildən dayandıran ABŞ idxaldan asılıdır.

Çin hökuməti Vaşinqtonun rüsum qərarına cavab olaraq, fevralın 10-dan ABŞ-dan idxal olunan bəzi məhsullara, o cümlədən kömür, xam neft, kənd təsərrüfatı texnikası, sıxılmış maye qaza 10-15 faizlik əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb. Pekin bundan başqa, Çin müəssisələri ilə adi əməliyyatları dayandırmaqla və Çin firmalarına qarşı ayrı-seçkilik tədbirləri görməklə normal bazar əməliyyatları prinsipini pozduğu üçün ABŞ-ın “PVH Group” və “Illumina” şirkətlərini etibarsız müəssisələr siyahısına salıb.

Aİ də təhdidləri cavabsız qoymayacaq

Startı verilən ticarət müharibəsi ilə əlaqədar Avropa İttifaqında (Aİ) da ciddi narahatlıq yaşanır. D.Tramp həmçinin Aİ-dən gələn mallara idxal rüsumları tətbiq edəcəyini bildirib. “The Telegraph” qəzetinin məlumatına görə, Ağ Ev 10 faiz həcmində tariflər müəyyən edə bilər.

Vaşinqton Avropa mallarına rüsumlar tətbiq edərsə, Aİ ABŞ-in ən böyük İT şirkətlərinə qarşı cavab tədbirləri görə bilər. Bu barədə “Financial Times” mənbələrə istinadən yazıb. “Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp bloka qarşı rüsum tətbiq etmək təhdidlərini həyata keçirərsə, Silisium Vadisinə qarşı cavab tədbirləri planlaşdırır”, - deyə  məlumatda qeyd olunub.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Avropa Komissiyası “məcburiyyətə qarşı alət” tətbiq edə bilər. Bu da Amerika xidmət sektoruna, xüsusilə də ən böyük İT şirkətlərinin fəaliyyətinə təsir edəcək tədbirlərin tətbiqinə imkan verəcək. Avropa İttifaqı “bütün variantlar”ı nəzərdən keçirir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də bəyan edib ki, Aİ Avropa mallarının ABŞ-a idxalına rüsumların mümkün tətbiqinə hazırlaşıb, praqmatik siyasət həyata keçirəcək və lazım gələrsə danışıqlar aparacaq.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri