QMİ sədrinin müavini: Azərbaycan həmişə müxtəlif din mənsublarına xüsusi ehtiramla yanaşıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan həmişə müxtəlif din mənsublarına, dini etiqad nümayəndələrinə qucaq açıb, xüsusi ehtiramla yanaşıb. Bəzən fikirlər səslənirdi ki, dözümlülük vacibdir. Amma mən buna birmənalı yanaşmıram, əsas olan qarşılıqlı hörmət və ehtiramdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev noyabrın 5 də Bakıda keçirilən “Fərqliliyin rəngi festivalı”nın açılış mərasimində bildirib.
O deyib ki, 44 günlük müharibədə müxtəlif dinlərin nümayəndələri Vətənimizin suverenliyi uğrunda canlarından keçiblər. Azərbaycan Prezidentinin apardığı multikultural siyasət gələcəkdə də bizim firavan şəkildə birgə yaşamağımıza kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















