Icma.az
close
up
RU
QNET in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

QNET in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bununla belə, bəzi sahələr bu çətinliklərə davam gətirə bilib. Onlardan biri də dayanıqlılığını, davamlılığını və ümumi dəyərini sübut etməyə davam edən birbaşa satış sektorudur.
“World Federation of Direct Selling Associations”ın (WFDSA) məlumatına görə, birbaşa satış sektoru
2020–2023-cü illər arasında qlobal iqtisadiyyata yarım trilyon ABŞ dollarından çox töhfə verib. Ən önəmlisi isə bu sektorun yerli icmaların inkişafına və ailə gəlirlərinin dəstəklənməsinə mühüm töhfə
verməsidir.
Bununla yanaşı, mövcud uğurlara və əsrlər əvvələ gedib çıxan qeyri-formal təcrübələrə baxmayaraq, bu gün tanıdığımız formal və strukturlaşdırılmış birbaşa satış sənayesi əsasən son onilliklərdə formalaşıb. Nəticədə bu sahə ətrafında hələ də yanlış təsəvvürlər mövcuddur. Məhz buna görə Birbaşa Satış Assosiasiyaları (DSA-lar) və QNET kimi şirkətlər üçün onların rolu olduqca vacibdir.
Birbaşa Satış Assosiasiyalarının rolu
DSA-lar məhsul və xidmətləri müstəqil distribüterlər vasitəsilə birbaşa istehlakçılara təqdim edən şirkətlər üçün milli və regional ticarət assosiasiyalarıdır.
Hazırda müxtəlif regionlarda təxminən 60 DSA fəaliyyət göstərir və onların hamısı WFDSA tərəfindən koordinasiya olunur. Bu assosiasiyaların əsas məqsədi etik biznes təcrübələrini qorumaq və istehlakçıların hüquqlarını təmin etməkdir.
DSA-ların əsas funksiyaları:
1. Müdafiə və təmsilçilik

QNET kimi qanuni birbaşa satış şirkətləri fəaliyyət göstərdikləri ölkələrin qanun və qaydalarına riayət
etməyə sadiqdirlər. Lakin birbaşa satış sahəsi barədə məlumat azlığı səbəbindən bəzən ədalətsiz
qaydalar tətbiq olunur. DSA-lar isə sənayeni təmsil edir, əlverişli siyasətlərin formalaşdırılması üçün
çalışır və sektorun vahid səsini təmin edir.
2. Təhsil və təlim
Birbaşa satış sahəsi dinə, sosial təbəqəyə, təhsilə və ya iş təcrübəsinə görə fərq qoymur. Lakin uğur
qazanmaq üçün peşəkarlıq və müəyyən bacarıqlar vacibdir. DSA-lar sahibkarlara bizneslərini etik
standartlara uyğun və effektiv şəkildə idarə etmək üçün lazım olan bilik və alətləri təqdim edir.
3. Şəbəkələşmə və əməkdaşlıq
Birbaşa satış sənayesində bilik mübadiləsi və mentorluq mühüm yer tutur. DSA-lar üzv şirkətlərin və
sahibkarların təcrübə paylaşmasına şərait yaradır. QNET də DSA üzvlüyü vasitəsilə yeni üzvlərlə
əməkdaşlıq edir və onları dəstəkləyir.
4. Tənzimləyici uyğunluq
Birbaşa satış sektoru öz ciddi etik kodeksi ilə idarə olunur. Özünütənzimləmə bəzən yanlış olaraq
nəzarətsizlik kimi qəbul edilir. Halbuki DSA-lar WFDSA-nın Etika Kodeksinə uyğunluğa nəzarət edir və bu
qaydalar mütəmadi olaraq yenilənir.
QNET-in DSA üzvlüklə
QNET bir neçə DSA-nın fəal üzvüdür və bəzi üzvlükləri uzun illərə dayanır. Məsələn, şirkətin Malayziya
Birbaşa Satış Assosiasiyasına üzvlüyü 2010-cu ildən davam edir.
Asiya və Yaxın Şərq:
Direct Selling Association of Malaysia (DSAM)
Direct Selling Association of Singapore (DSAS)
Direct Selling Association of the Philippines (DSAP)
Indonesian Direct Selling Companies Association (AP2LI)
Dogrudan Satis Dernegi (DSD), Türkiyə
Direct Selling Association UAE (DSA UAE)
Avropa (QN Europe vasitəsilə):
Asociacion de Empresas de Venta Directa (İspaniya)
Association pour la Vente Directe du Luxembourg (AVDL)
Federation De La Vente Directe (FVD), Fransa
Associazione Vendite Dirette Servizio Consumatori (AVEDISCO), İtaliya
Digər sənaye üzvlükləri
QNET həmçinin aşağıdakı qurumların üzvüdür:
Hong Kong Health Food Association (HKHFA)
Health Supplements Industry Association of Singapore (HSIAS)
Health and Dietary Supplement Association of the Philippines (HADSAP)
Digital Commerce Association of the Philippines (DCOM)
Management Venture Asia Cambodia
Business Ethics Institute of Malaysia (BEIM)
Bu üzvlüklər şirkətin etik biznes təcrübələrinə və istehlakçı məmnuniyyətinə sadiqliyini göstərir.
DSA olmayan ölkələrdə çətinliklər
Bəzi ölkələrdə DSA-ların olmaması bir sıra problemlər yaradır:
Sənayenin müdafiə mexanizmlərinin zəif olması;
Hüquqi qeyri-müəyyənlik;
Resurslara məhdud çıxış;
Fırıldaqçılıq hallarının artması.
QNET bu problemlərin həlli üçün: Yeni DSA-ların yaradılmasını təşviq edir, FDSA ilə əməkdaşlıq edir, yerli
hökumətlərlə maarifləndirici tədbirlər keçirir, fırıldaqçılığa qarşı kampaniyalar təşkil edir.
Şirkət həmçinin #QNETPRO adlı geniş təlim proqramı yaradıb ki, distribüterlər ən yüksək etik standartlara uyğun fəaliyyət göstərsinlər. Qaydaları pozan şəxslərə qarşı isə dərhal tədbirlər görülür.
Birbaşa satış dinamik və sürətlə inkişaf edən sahədir. Bu sektorun gələcəkdə daha da böyüyəcəyi
proqnozlaşdırılır. Buna görə də QNET kimi aparıcı şirkətlərlə yerli və regional DSA-lar arasında
əməkdaşlıq etik biznes mühitinin və istehlakçıların qorunmasının təmin edilməsində mühüm rol oynayır.
Bu tərəfdaşlıqlar birbaşa satış sənayesində etimadın formalaşmasına və möhkəmlənməsinə xidmət edir.
QNET Haqqında...
QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək
insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-
ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-
sahibkarı birləşdirib. Şirkət RYTHM – “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir.
QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food
Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür.
Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol
Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar
QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdiriretdirir.
Daha ətraflı məlumat üçün www.qnet.net

AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Fevral 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri