Icma.az
close
up
RU
Qobustan Bəşəriyyətin sirli kodu kimi mövzusuna həsr olunmuş dəyirmi masa keçiriləcək

Qobustan Bəşəriyyətin sirli kodu kimi mövzusuna həsr olunmuş dəyirmi masa keçiriləcək

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

15 dekabr "Nine Senses" incəsənət mərkəzində "Qobustan Kodları" sərgisi çərçivəsində AZBRAND-ın sponsorluğu ilə Qobustan fenomeninin tədqiqatına həsr olunmuş dəyirmi masa təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, tədbirdə arxeologiya, incəsənətşünaslıq, ekologiya və tarix sahəsində aparıcı mütəxəssislər bir araya gələrək Qobustanın sakral irsi haqqında öz fikirlərini bölüşəcəklər.

Tədbir Qobustana təkcə arxeoloji irs kimi deyil, həm də kainatın sirlərini aça biləcək kodlarla dolu müqəddəs məkan kimi baxmaq imkanı yaradacaq.

Dəyirmi masanın əhatə etdiyi əsas mövzular Qobustanın arxeoloji tapıntıları və onların tarixi əhəmiyyəti, Qobustanın qədim incəsənəti və onun simvolizmi, regionun qədim sakinlərinin kosmoloji təlimləri, simvollar və təsvirlərin alternativ izahları olacaq.

Aparıcı ekspertlər Qobustanın sirli irsi ilə bağlı fikirlərini bildirəcəklər.

Qobustan şamanı Tərlan Manafov "Qobustan kodu" mövzusunda çıxış edəcək.

Tarix elmləri doktoru, qayaüstü rəsmlər üzrə mütəxəssis Məlahət Fərəcova "Üçölçülü sirlər: Qobustan qayaüstü rəsmlərinin gizli süjetlərinin tədqiqatı" mövzusunu açacaq.

"Həyəcan" QHT-nin sədri, meşə biomüxtəlifliyi üzrə ekspert, WCPA/IUCN-nin Təbii Ərazilərin Mühafizəsi üzrə Beynəlxalq Komissiyasının üzvü Əliheydər Məmmədov "Paralel təkamül" adlı məruzə ilə çıxış edəcək. O, öz çıxışında Azərbaycanın qədim sivilizasiyalarını din, mifologiya və ənənələr prizmasından təhlil edəcək.

"Artifakt ovçuları" təşəbbüs qrupunun rəhbəri, ölkəşünas Sabit Coculu "Qobustan türk mədəni irsi" haqqında danışacaq, Qobustan nişanlarına xüsusi diqqət yetirərək, onların qorunması, abidə şəklində reyestrə daxil edilməsi və turizm marşrutları vasitəsilə təbliğat edilməsinin əhəmiyyətini vurğulayacaq.

Tarix elmləri doktoru Ceyhun Bayramlı Şamanlıq, Zərdüştçülük, Sufizm və Qobustanın dünya sivilizasiyaları ilə əlaqəsi" mövzusunda çıxış edərək qədim Qobustanın dünya mədəniyyət və mənəviyyat mərkəzləri ilə qarşılıqlı əlaqələrini araşdıracaq.

İstedadlı fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı "Qobustan-3029" adlı bədii dioramanın təqdimatı tədbirin önəmli hissəsi olacaq. Bu unikal əsər Qobustanı uzaq gələcəkdə, 3029-cu ildə təsvir edir. Diorama tamaşaçıları xəyali reallığa aparır, burada müqəddəs torpaq mifologiya, müasirlik və futurizmi birləşdirən yeni formada göstərilir. Müəllif şəxsən əsərin yaradılması prosesindən, onu ilhamlandıran məqamlardan və miniatür detallarda yerləşdirilmiş gizli mənalardan bəhs edəcək. "Qobustan-3029" dioraması incəsənət, fəlsəfə və zaman sərhədləri arasında ilhamverici səyahət vəd edir.

Tədbirin sonunda qonaqlar rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş, Azərbaycanın sirli məkanına həsr olunmuş filmi ilə tanış olacaqlar. Film bu məkanın sənətkarın ilham mənbəyinə çevrilməsini nümayiş etdirir, rəssamı ilahi enerjinin bələdçisi, aktivatoru rolunda təqdim edir. Bu nümayiş bilik və ilhamla dolu bir günün möhtəşəm yekunu olacaq.

"Nine Senses" incəsənət mərkəzi alimləri, tədqiqatçıları, KİV nümayəndələrini və Azərbaycanın tarixinə marağı olan hər kəsi bu tədbirə dəvət edir.

Əlavə məlumat üçün:

Vebsayt: https://ninesenses.az/

Instagram: @9senses_azerbaijan

Email: [email protected]

[email protected]

Əlaqə nömrəsi:

+994 55 213 49 44 (Ələkbərova Lalə)

"Qobustan – Bəşəriyyətin sirli kodu kimi" mövzusuna həsr olunmuş dəyirmi masa keçiriləcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Dekabr 2024 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri