Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Azərbaycanda dollara tələbat azalıb

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Qobustan şamanı: Bəşəriyyətin taleyi Bakıda həll olunacaq

Qobustan şamanı: Bəşəriyyətin taleyi Bakıda həll olunacaq

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Nine Senses" incəsənət mərkəzində qədim Qobustan petroqliflərinə həsr olunmuş sərgi keçirilir. Sərgi insanın və sənətin mənşəyinin öyrənilməsinə incəsənət və elmi-mənəvi yanaşmaları özündə birləşdirir və insan təbiətinin dərin tərəfləri haqqında düşünməyə çağırır. Sərgidə beş işıqlı mandalanın - rəssamın əsərlərinin elementləri ilə birləşməklə qədim simvolların müasir interpretasiyalarının yaradılması üçün əsas olan Qobustanın beş petroqlifi təqdim olunur. "Qobustan Kodları" sərgisi insanın və incəsənətin yaradılışının nəzəriyyəsində elmi və ruhani yanaşmaları özündə birləşdirir. Qobustanın həmin beş petroqlifləri qədim simvolların müasir təsviri olan, beş işıq mandalasının yaradılmasında əsas rol oynayıb.

Beş işıq mandalasının simvolikası:

- "Yaradılış": DNT-ni aktivləşdirən və şüuru genişləndirən, səma mənşəyini simvolizə edən, kosmik şüaları altında insan obrazlı əsər;

- "Energetik cisim": İnsan bədəninin incə energetik strukturu, qədim yoqa təcrübələri və insan bədənindəki incə enerjilər haqqında təcrübələrinin əks olunması;

- "Ulu ana": Süd yolunu və insanın kosmosla əlaqəsini simvolizə edən Ulu Ana obrazı;

- "İnsanın kosmik dramı": İlahi mənbə ilə əlaqənin itirilməsini simvolizə edən "dəhşət dəbilqəsi" geyinmiş insan obrazı;

- "Kök çakraları sistemi": Cənnətlə Yer Üzü arasındakı əlaqəni təmsil edən, insanın dünyalar arasında körpü rolunu əks etdirən unikallıqdan ibarətdir. Beş mandalanın hər biri qədim simvolları müasir incəsənət formaları ilə birləşdirərək insan varlığının dərin məsələləri haqqında düşünməyə vadar edir.

Sərginin kuratoru, Qobustan şamanı Tərlan Manafov Oxu.Az-a müsahibəsində Qobustan qayalarındakı petroqliflərin mənası, özündə hansı məqamları ehtiva etməsi, yaradılış və bu kimi məqamlardan danışıb.

- "Qobustan kodları" nədir, özündə hansı vacib elementləri ehtiva edir və əhəmiyyəti nədən ibarətdir?

- Qobustan Azərbaycan ərazisində olan dünya əhəmiyyətli unikal məkandır, hansı ki, Azərbaycanı bütün dünyaya yeni bir şəkildə təqdim edə bilərdi. Amma təəssüflər olsun ki, bu potensial açılmayıb. Bizə bu barədə daha çox şablon, orta məktəb kitabları səviyyəsində məlumatlar təqdim edilib. Guya ibtidai insanlar Qobustanda şüursuz, vəhşi, heyvanabənzər insanlar kimi yaşayıb, qayalara sadə, mənası olmayan cızıqlar çəkiblər. Amma əslində, Qobustan çox müqəddəs bir yerdir və orada özünəməxsus mistik sivilizasiya olub. Qobustanda yaşayan qədim insanlar bizə bu günə qədər gəlib çatan kodlar ötürüblər. Elə bunun unikallığının bir tərəfi də ondan ibarətdir ki, bu təsvirlərin üzərindən on min illər keçsə də, ən birinci necə olubsa, bizə də bu formada, heç bir dəyişiklik olmadan yetişib. Bu sərgidə nümayiş olunan fotolarda da insanın yaradılışı əks olunub.

Məlum olduğu kimi, bəşər sivilizasiyası böhran səviyyəsinə gəlib çatıb. Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) start götürəcək. Dünyanın önəmli insanlarının Bakıda bu böhrandan çıxış yollarını axtaracaqlar. Bu həll yollarından biri də bəşəriyyətin öz mənbəyinə qayıtması ilə bağlıdır. Yəni sivilizasiya necə və harada yaranıb, eləcə də hara gedir? Bunu bilmək lazımdır ki, həll yollarını tapmaq da mümkün olsun. Çünki bir problemin həllinə nail olmaq üçün onun mənbəyini, haradan qaynaqlandığını tapmaq lazımdır. Biz Qobustanda bütün bu sirlərə vaqif oluruq.

Orada böyük bir elm var. Bu elm ondan ibarətdir ki, dünyada yaradılışın elmi ilə bağlı iki fəlsəfə var. Birincisi - insanın meymundan yaranması, ikincisi - ilahi nəzəriyyə. İlahi nəzəriyyə ona əsaslanır ki, insan Allah tərəfindən yaradılıb. Qobustanda məhz bu iki nəzəriyyə birləşir. Birinci addımda görürük ki, insan, həqiqətən də, heyvan kimi bir varlıq olub. Lakin bəşər tarixində belə bir məqam baş verir ki, insanın bədəninə yaradıcı tərəfindən nur daxil olur və həmin an insan səviyyə adlayır.

- Buradakı rəsm əsərlərində də məhz bu məqamlardan bəhs edilir?

- Elədir ki, var. Bu rəsm əsərlərində isə kodlar qeyd edilib, sirlər yazılıb.

- Bu əsərlərdə hansı sirlər öz əksini tapır?

- Rəsmlərdə insanın bədəninə göydən nur daxil olması təsvir olunur. Buradakı DNT görüntüsü isə genetik dəyişikliyin baş verdiyini göstərir, yəni insanın dili yaranır, beyni inkişaf edir, şüuru əmələ gəlir və əsas məsələ - yaradıcılığı formalaşır. Beləliklə, insan başlayır rəsm əsərləri yaratmağa. Təsəvvür edin ki, birdən-birə heyvan başlayır şəkil çəkməyə. Bu möcüzə onda baş verir ki, qayaların içində yaşayan vəhşi varlıqlar bir gün incəsənət, mədəniyyət yaratmağa başlayırlar. Bu isə bir anda baş verir.

- Bu sirlərə başqa haradasa rast gəlinir?

- Bu, çox böyük bir sirdir və bunu ancaq Qobustanda tapmaq olur.

- Müasir sivilizasiyanın içində olduğu böhranı həmin kodların deşifrəsi ilə aradan qaldırmaq mümkündür?

- Mümkündür. Çünki orada qeyd edilir ki, insan yenidən yaradıcı nura qayıtmalı, göydən gələn ilhama qoşulmalıdır. O zaman insanda yeni fikirlər, yaradıcılıq və sivilizasiya əmələ gələcək. Çünki köhnə sivilizasiya və fəlsəfə bitib, böhrana düçar olub. Ona görə də yeni yollar axtarmalı, yeni ilhamlar almalıyıq.

- Bunun üçün də mənbəyimizə, kökümüzə qayıtmalıyıq. Sizcə, buna nail ola biləcəyik?

- Bəli! Bakıda keçiriləcək COP29 tədbiri də təsadüfi deyil. Çünki gələn il nə baş verəcəyi bilinmir və bəşəriyyət seçim qarşısındadır. Tarix iki yolla gedə bilər. Bakıda 11 gün ərzində hansı istiqamət seçiləcəksə, bəşəriyyət də o yolla gedəcək. Ona görə də insanın Qobustan kodları ilə yenidən özünə qayıdıb, işıqlı dünyaya çıxması üçün Allahdan gələn nura, ilhama qoşulması lazımdır.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see496

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see363

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see324

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see303

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see302

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see276

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see271

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see271

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see240

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see211

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see191

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see186

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see185

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see183

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see181

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see179

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see178

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see177

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see172

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri