Icma.az
close
up
RU
“QOBUSTAN Bəşəriyyətin sirri” mövzusuna həsr olunmuş dəyimi masa FOTO

“QOBUSTAN Bəşəriyyətin sirri” mövzusuna həsr olunmuş dəyimi masa FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

15 dekabr "Nine Senses" incəsənət mərkəzində "Qobustan Kodları" sərgisi çərçivəsində "Nine Senses" incəsənət mərkəzinin təşkilatçılığı, AZBRAND-in sponsorluğu ilə Qobustan fenomeninin tədqiqatına həsr olunmuş dəyirmi masa təşkil olunacaq.

Tədbirdə arxeologiya, incəsənətşünaslıq, ekologiya və tarix sahəsində aparıcı mütəxəssislər bir araya gələrək Qobustanın sakral irsi haqqında öz fikirlərini bölüşəcəklər.

Çıxış edənlər və mövzular:

Tərlan Manafov, Qobustan şamanı.
Mövzu: "Qobustan Kodu".

Məlahət Fərəcova, tarix elmləri doktoru, qayaüstü rəsmlər üzrə mütəxəssis.
Mövzu: "Üçölçülü sirlər: Qobustan qayaüstü rəsmlərinin gizli süjetlərinin tədqiqatı".

Əliheydər Məmmədov, "Həyəcan" QHT-nin sədri, meşə biomüxtəlifliyi üzrə ekspert, WCPA/IUCN Təbiət Qoruma Komissiyasının üzvü.
Mövzu: "Paralel təkamül". Əliheydər Məmmədov öz çıxışında Azərbaycanın qədim sivilizasiyalarını din, mifologiya və ənənələr prizmasından təhlil edəcək.

Sabir Cuculu, ölkəşünas, "Artefakt Ovçuları" təşəbbüs qrupunun rəhbəri.
Mövzu: "Qobustanın türk mədəni irsi". O, Qobustan nişanlarına xüsusi diqqət yetirərək, onların qorunması, abidə şəklində reyestrə daxil edilməsi və turizm marşrutları vasitəsilə təbliğat edilməsinin əhəmiyyətini vurğulayacaq.

Ceyhun Bayramlı, tarix elmləri doktoru.
Mövzu: "Şamanlıq, Zərdüştçülük, Sufizm və Qobustanın dünya sivilizasiyaları ilə əlaqəsi". Bu çıxış qədim Qobustanın dünya mədəniyyət və mənəviyyat mərkəzləri ilə qarşılıqlı əlaqələrini araşdıracaq.

Tədbir Qobustana təkcə arxeoloji irs kimi deyil, həm də kainatın sirlərini aça biləcək kodlarla dolu müqəddəs məkan kimi baxmaq imkanı yaradır.

Dəyirmi masanın əhatə etdiyi əsas mövzular:

Qobustanın arxeoloji tapıntıları və onların tarixi əhəmiyyəti.

Qobustanın qədim incəsənəti və onun simvolizmi.

Regionun qədim sakinlərinin kosmoloji təlimləri.

Simvollar və təsvirlərin alternativ izahları.

Tədbirin önəmli hissəsi istedadlı fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı "Qobustan-3029" adlı bədii dioramanın təqdimatı olacaq. Bu unikal əsər Qobustanı uzaq gələcəkdə - 3029-cu ildə - təsvir edir. Diorama tamaşaçıları xəyali reallığa aparır, burada müqəddəs torpaq mifologiya, müasirlik və futurizmi birləşdirən yeni formada göstərilir. Müəllif şəxsən əsərin yaradılması prosesindən, onu ilhamlandıran məqamlardan və miniatür detallarda yerləşdirilmiş gizli mənalardan bəhs edəcək. "Qobustan-3029" dioraması incəsənət, fəlsəfə və zaman sərhədləri arasında ilhamverici səyahət vəd edir.

Tədbirin sonunda qonaqlar rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş, Azərbaycanın sakral məkanına həsr olunmuş filmi ilə tanış olacaqlar. Film bu məkanın sənətkarın ilham mənbəyinə çevrilməsini nümayiş etdirir, rəssamı ilahi enerjinin bələdçisi, aktivatoru rolunda təqdim edir. Bu nümayiş bilik və ilhamla dolu bir günün möhtəşəm yekunu olacaq.

"Nine Senses" incəsənət mərkəzi alimləri, tədqiqatçıları, KİV nümayəndələrini və Azərbaycanın tarixinə marağı olan hər kəsi bu tədbirə dəvət edir.

Təşkilatçılar haqqında:
Nine Senses - yaradıcılıq və özünüinkişaf üçün incəsənət mərkəzi Xəzər dənizinin sahilində yerləşən, xoş təəssürat yaradan bir məkandır. Mərkəzin missiyası bütün yaş və peşələrdən olan sənətsevərlər üçün təhlükəsiz və ahəngdar ictimai məkan yaratmaqdır. Burada hər kəsin daxilində yaradıcı və əyləncəli ruhun ortaya çıxmasına inanırlar.
AZBRAND - 2018-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərən özəl şirkətidir.

Şirkət "Made in Azerbaijan" proqramı çərçivəsində Azərbaycan istehsalçılarının xarici bazarlara düzgün çıxışı ilə bağlı məsləhət xidmətlərini uğurla həyata keçirir, Azərbaycan istehsalçılarının məhsullarının brendləşdirilməsi və müştərilərə bazarda davranış strategiyaları qurmaq üçün biznes mühitinin tam analizinə əsaslanan strategiyalar hazırlamaq sahəsində uğurla fəaliyyət göstərir.
Tarlan Manafov - Qobustanlı irsi şaman, həyatını ərazinin müqəddəs kodlarının tədqiqatına həsr etmişdir. Onun əcdadları sufilər olmuş və o, dünyanı gəzməklə, bir çox müqəddəs məktəblərdə təlim keçmişdir. İndi Tərlan qədim ənənələri müasir tədqiqatlarla birləşdirərək Qobustan Müqəddəs Azərbaycan Mərkəzini bərpa edir.

Toğrul Avşar - aero foto-video çəkiliş ustası, Azərbaycanın mənzərəli yerlərini, qədim tarixini, memarlığını və mədəni irsini dünyaya göstərən rejissordur. Onun obyektivindən ölkə öz gözəlliyi ilə canlanır, hər bir kadr doğma torpağa sevgi və ehtiramla dolur. Toğrul Azərbaycanın bənzərsiz mənzərələrini quş uçuşu yüksəkliyindən göstərməyə çalışır, insanlara bu ölkənin dərinliyini və əzəmətini hiss etmək üçün zaman və məkanda maraqlı səyahətə çıxarır.

Əlavə məlumat üçün:
Vebsayt: https://ninesenses.az/
Instagram: @9senses_azerbaijan
Email: [email protected]

[email protected]

Əlaqə nömrəsi:
+994 55 213 49 44 (Ələkbərova Lalə)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri