Icma.az
close
up
RU
“Qoca” ləqəbli avtoritetin cinayət ortağı ilə bağlı qərar verildi

“Qoca” ləqəbli avtoritetin cinayət ortağı ilə bağlı qərar verildi

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Şirvan şəhərində 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun məhkəməsi başa çatıb.

Gununsesi.info xəbər verir ki, Ali Məhkəmədə Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti ünvanlanıb. Yuxarı instansiya məhkəməsinin hakimlər heyəti şikayəti təmin etməyib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müttəhimin barəsində 18 il azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Bu hökmdən apellyasiya şikayəti verilib. Amma Şirvan Apellyasiya Məhkəməsi bu şikayəti rədd edib.

Məlum olub ki, Şirvan Şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən müttəhimin Elvin Nacıyev və Zaur Sarıbalayevin qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində beynəlxalq axtarış elan edilib. Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Qeyd edək ki, qətlə yetirilən Elvin Naciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə “Masallı Mamed”və “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədovun yaxın adamı olub.

Hadisə 2015-ci il noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü E. Naciyev və 1990-cı il təvəllüdlü Z. Sarıbalayev tapançadan açılan atəşlə qətlə yetirilib.

Hadisədən sonra Şirvan şəhər sakinləri – 1989-cu il təvəllüdlü Əli Ağami, 1985-ci il təvəllüdlü Tural Salmanov, Hacıqabul rayon sakini Məhəmməd Heydərov, Etibar Məmmədov saxlanılıb.

Xatırladaq ki, E. Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçıb, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Qeyd edək ki, müğənni Fədayə Laçın 2017-ci ildə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.(Teleqraf)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 İyul 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri