Icma.az
close
up
RU
“Qoca qitə” rəqəmsal suverenlik axtarışında

“Qoca qitə” rəqəmsal suverenlik axtarışında

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prosesin gözlənilən nəticə verəcəyi sual altındadır

Avropa paytaxtlarında sosial mediaya məhdudiyyətlərlə bağlı müzakirələrin geniş rezonans doğurduğu müşahidə edilir. Sözügedən məsələ daha çox milli təhlükəsizlik, uşaqların müdafiəsi, demokratik institutların dayanıqlılığı və transatlantik münasibətlər kontekstində dəyərləndirilir. Ona görə də Avropa hökumətləri sosial platformalara qarşı daha sərt addımlar atmağa başlayıblar.

Bu addım uşaqların təhlükəsizliyi ilə bağlı artan ictimai narazılığa cavab kimi təqdim edilsə də, pərdəarxasında daha geniş geosiyasi və iqtisadi hesablamalar dayanır. Çünki hədəfdə olan əsas şirkətlərin böyük əksəriyyətinin qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşir. Mübahisələrin mərkəzində duran platformalar sırasında “Meta Platforms”, “TikTok” və “X” xüsusi yer tutur. Şirkətlər milyardlarla istifadəçiyə çıxış imkanı verir və informasiya axınının sürətini, məzmunun yayılma modelini və ictimai rəyin formalaşmasını müəyyənləşdirən alqoritmlərlə işləyirlər. Tənqidçilərin fikrincə, məhz bu alqoritmik güc və zəif nəzarət mexanizmləri yetkinlik yaşına çatmayanların riskli məzmunla təmasını asanlaşdırır.

Məsələnin konkret hüquqi müstəviyə keçdiyi məkanlardan biri İspaniyadır. Madrid prokurorluğuna adıçəkilən platformalarla bağlı istintaq başlatmaq tapşırılıb. İddialara görə, süni intellekt vasitəsilə yaradılmış qeyri-etik uşaq görüntüləri sosial şəbəkələrdə yayılıb və lazımi vaxtda bloklanmayıb. Bu da uşaq hüquqlarının pozulması və cinayət xarakterli məzmunun dövriyyəsinə gətirib çıxarır. İspaniya hökumətinin addımı Britaniyadakı oxşar qərardan sonra gəlib və bununla da məsələ milli təşəbbüsdən regional tendensiyaya çevrilib. İrlandiyada da “X” platformasının süni intellekt əsaslı çatbotu “Grok”un fəaliyyəti araşdırma altına alınıb. Süni intellektin sürətli inkişafı hüquq sistemlərini də çətin sınaq qarşısında qoyub. Çünki mövcud qanunvericilik ənənəvi məzmun yayımını nəzərə alaraq formalaşıb. Avropada narahatlıq doğuran digər istiqamət yeniyetmələrin sosial mediaya çıxışının məhdudlaşdırılması təklifidir. Fransa, İspaniya, Yunanıstan, Danimarka, Sloveniya və Çexiya kimi ölkələr sözügedən mövzuda müzakirələri intensivləşdiriblər. Bəzi hökumətlər bu istiqamətdə təşəbbüs göstərən Avstraliya modelinə istinad edirlər.

Avstraliya təcrübəsi göstərir ki, yaş məhdudiyyətləri və platformalara qarşı sərt tələblər siyasi cəsarət tələb etsə də, ictimai dəstək qazana bilər. Təşəbbüslər cəmiyyət daxilində də mübahisələr yaradır. Əksəriyyət hesab edir ki, sosial media uşaqların psixoloji sağlamlığına və sosial bacarıqlarına mənfi təsir göstərir. Bəziləri isə qadağaların problemin kökünü həll etmədiyini, əksinə, qeyri-rəsmi və nəzarətsiz kanalların genişlənməsinə səbəb ola biləcəyini vurğulayır. Rəqəmsal savadlılığın artırılması və valideyn nəzarət mexanizmlərinin gücləndirilməsi alternativ yanaşma kimi irəli sürülür. Prosesdə Avropa dövlətlərinin fərdi qaydada hərəkəti diqqət çəkir və bu tendensiya Aİ daxilində koordinasiya məsələsini gündəmə gətirir.

Bir çox siyasətçi bu məsələdə Brüsselin yetərincə sürətli və sərt davranmadığını düşünür. Onların fikrincə, Aİ səviyyəsində qəbul olunan qərarlar uzun müzakirə prosesindən keçir və real təhlükələrə cavab verməkdə gecikir. Bununla belə, 2024-cü ildə qüvvəyə minmiş Rəqəmsal Xidmətlər Aktı Aİ-nin əlində mühüm alət sayılır. Qanuna əsasən, böyük platformalar qanunsuz və ya zərərli məzmunu vaxtında aradan qaldırmadıqda qlobal illik dövriyyələrinin 6 faizinə qədər cərimə ilə üzləşə bilərlər. Sözügedən mexanizm nəzəri baxımdan güclü təsir rıçağı olsa da, onun tətbiqi siyasi risklərlə müşayiət edilir.

***

Vaşinqtonun reaksiyası bu kontekstdə mühüm faktordur. ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bəyan edib ki, Avropa ölkələri Amerika texnologiya şirkətlərinə qarşı ədalətsiz addımlar atarsa, tariflər və digər sanksiyalar gündəmə gələ bilər. ABŞ şirkətləri Avropa bazarında böyük gəlir əldə edir, eyni zamanda, Avropa iqtisadiyyatı da rəqəmsal xidmətlər baxımından Amerika texnologiyalarına güvənir. Belə şəraitdə cərimə və ya hüquqi addım həm də diplomatik siqnal kimi yadda qalır. Nəticədə Avropa paytaxtları dilemma ilə üzləşir. Çıxış yolu ya ictimai təzyiqi nəzərə alaraq sərt mövqe tutmaq, ya da iqtisadi və siyasi riskləri minimuma endirməkdir. Avropa Komissiyası bu məsələdə özünü müdafiə mövqeyində görmür. Rəsmi bəyanatlarda vurğulanır ki, Aİ rəqəmsal sahədə qaydalar müəyyən etməklə demokratiyanı gücləndirməyə çalışır. Komissiya “X” və “Grok” tətbiqi də daxil olmaqla bir neçə araşdırmanın başlandığını xatırladaraq tənzimləmə prosesinin davam etdiyini bildirir. Brüsselin arqumentinə görə, məqsəd texnologiyanı ictimai maraqlara uyğun çərçivəyə salmaqdır.

Qısa bir xatırlatma edək: ABŞ uzun illərdir texnoloji sahədə həm bazar lideri, həm də standartları müəyyənləşdirən ölkə kimi fərqlənir. Vaşinqtonun üstünlüyü onun texnoloji ekosistemi dərin elmi-tədqiqat infrastrukturu, kapital bazarları, ixtiraçı və sahibkar ruhu ilə dəstəklənir. Amerika şirkətləri qlobal innovasiyaların önündə dayanırlar. “Google”, “Apple”, “Microsoft”, “Amazon”, “Meta Platforms” və “X2” kimi nəhənglər dünya miqyasında milyardlarla istifadəçiyə xidmət göstərərək, məlumat axını, kommunikasiya və xidmət modellərinin necə işləyəcəyini müəyyənləşdirirlər. Adıçəkilən platformalar həm də qlobal rəqəmsal davranış standartlarını formalaşdırır. Onların alqoritmləri, bulud infrastrukturları və süni intellekt modelləri qlobal bazarda texnologiyanın istifadəsini və qəbulunu yönləndirir. ABŞ-ın üstünlüyü, həmçinin texnoloji tədqiqat və inkişaf sahəsində möhkəm akademik baza ilə güclənir. MIT, Stanford, Harvard və Kaliforniya Universiteti kimi dünya səviyyəli institutlar ölkəyə həm texnoloji elmlərdə öncüllük, həm də ixtiraçıların yetişməsi imkanını təmin edirlər. Bu cür akademik və sənaye sinerjisi startap ekosistemini gücləndirir, qlobal innovasiya rəqabətində ABŞ-ı daim irəlidə saxlayır.

Mövzu ilə bağlı Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayzanın fikirlərini öyrəndik. M.Brayza XQ-yə eksklüziv açıqlamasında qeyd etdi ki, Avropa İttifaqının hazırkı ritorikası siyasi baxımdan anlaşılan olsa da, praktik müstəvidə Birliyin istəklərinin tam reallaşması o qədər də real görünmür: “ABŞ-ın dünyanın texnologiya nəhənglərindən olduğunu nəzərə alsaq, Aİ-nin yenə də ona müəyyən sahələrdə ehtiyac duyduğu danılmazdır. İstehlakçılarını sui-istifadədən qorumaq məqsədilə Avropanın bəzi ölkələrinin ABŞ-ın ən iri texnologiya şirkətlərinə cərimələr tətbiq etməyi və 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəni məhdudlaşdırmağı nəzərdən keçirməsi də bu kontekstdədir. Bundan öncə ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan etmişdi ki, Amerika şirkətlərinə qarşı ayrı-seçkilik kimi qiymətləndiriləcək addımlar atılarsa, həmin Avropa ölkələri iqtisadi sanksiyalarla üzləşə bilər. Bu xəbərdarlıq məsələnin sırf tənzimləmə müstəvisindən çıxaraq geosiyasi çalar almasına səbəb olub. Avropa liderləri Trampın ticarət və tariflərə qarşı yanaşmasından getdikcə daha çox narazı qaldığından çıxış yolları axtarırlar və nə edə biləcəklərini düşünürlər. Mövcud müzakirələr də buna görə gündəmdədir”.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2026 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see446

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see228

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see201

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see189

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see188

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see188

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see185

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see183

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see183

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see180

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see179

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see178

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see172

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see171

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see171

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see168

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see166

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see165

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri