Icma.az
close
up
RU
“Qoca qitə” “hərbi yuxu”dan oyanırmı?

“Qoca qitə” “hərbi yuxu”dan oyanırmı?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa ölkələri narahatdırlar: ABŞ NATO-dakı öhdəliklərini yerinə yetirəcəkmi? Yəni hansısa bir hücum olduğu təqdirdə Vaşinqton “qoca qitə”yə hərbi dəstək göstərəcəkmi? Birləşmiş Ştatların Avropanı nüvə qalxanından məhrum edəcəyi barədə hələlik hər hansı bir rəsmi açıqlama yoxdur. Hətta şəxsi söhbətlərdə Ağ evin NATO-dakı öhdəliklərinə sadiq qalacağı barədə informasiyalar yayılır. Bununla belə, Avropada hərbi sahədə güclənməyi düşünürlər. Xüsusilə də qitənin ən böyük iqtisadi gücünə malik Almaniyada hərbi xərclərə milyardlarla dollar xərcləməyi planlaşdırırlar. Mütəxəssislər də ABŞ–Avropa münasibətlərində yaşanan son hadisələrin “qoca qitə”ni hərbi “yuxu”dan oyanmasına səbəb olduğunu düşünürlər.

Hərbi sahədə ən böyük dəyişiklik Almaniyada müşahidə olunur. Federal seçkilərdən sonra növbəti kansler olacaq Fridrix Merts parlamentdə hökumət borclarını məhdudlaşdırmaq mexanizmini ləğv etmək üçün səsvermədə qalib gəldi. Prinsipcə, qanun dəyişikliyi müdafiə və təhlükəsizlik üçün qeyri-məhdud xərclərə icazə verir. Mütəxəssislər bu addımın növbəti on il ərzində Almaniyada 600 milyard avronu (652 milyard dollar) aşacağını gözləyirlər. Bəs Almaniyanın hərbi güclənməsi perspektivi Berlinə və qitəyə nə vəd edir?

Almaniyanın hərbi güclənməsi perspektivi bir çox amillərdən, o cümlədən ölkənin daxili siyasətindən, Avropa İttifaqı və NATO-nun mövqeyindən, qlobal geosiyasi vəziyyətdən asılı olan mürəkkəb məsələdir. Almaniya artıq 2022-ci ildən sonra müdafiə xərclərini artırıb və NATO tələblərinə uyğun olaraq ÜDM-in 2%-nə çatmağı hədəfləyib. Bundesverin modernləşdirilməsi üçün 100 milyard avroluq xüsusi fond yaradılıb. Silahların sənaye istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır. Kibertəhlükəsizlik və elektron müharibə imkanları gücləndirilir.

Amma alman cəmiyyətinin bir hissəsi militarizasiyaya qarşıdır. Bunun da konkret səbəbləri var. İkinci Dünya müharibəsindən sonra Almaniyanın tarixi məhdudiyyətləri və pasifist ənənəsi mövcuddur. Tarixən Almaniya XVIII əsrdə Prussiyadan başlayaraq, hərbi şücaət kultunun milli kimliyin bir hissəsi olduğu dövrdə intensiv hərbiləşmə dövrlərindən keçib. XIX əsrdə Otto fon Bismark ordunu gücləndirən və Almaniyanın birləşməsinə kömək edən hərbi islahatlar həyata keçirməsi ilə tarixə düşüb. Ancaq hazırkı şəraitdə onilliklər boyu davam edən sülhsevər siyasətdən sonra Almaniya hərbi xərclərini artırmağa məcburdur ki, bu da geosiyasi vəziyyətin, o cümlədən Ukraynadakı müharibənin dəyişməsi ilə bağlıdır.

Almaniyanın hərbi gücünü artırması onun beynəlxalq münasibətlərinə necə təsir edəcək? Mütəxəssislərin sözlərinə görə, Berlinin hərbi sahəyə milyardlarla dollar ayırması onun beynəlxalq münasibətlərinə, xüsusən də indiki geosiyasi vəziyyət kontekstində mühüm təsir göstərəcək. Belə ki, hərbi xərclərin artması və Almaniyanın silahlı qüvvələrinin modernləşdirilməsi onun NATO və Avropa İttifaqındakı mövqeyini gücləndirəcək. Bu, Almaniyaya Ukrayna münaqişəsi fonunda xüsusilə vacib olan Avropa təhlükəsizliyinin təmin edilməsində daha fəal rol oynamağa imkan verəcək. Bundan başqa, Almaniya beynəlxalq missiya və təşəbbüslərdə iştirak edərək qlobal oyunçu kimi mövqeyini möhkəmləndirməyə çalışır. Ordunun gücləndirilməsi və qitədə güclü hərbi dövlət statusunu artırması Berlinə onun maraqlarını və dəyərlərini dünya səhnəsində təbliğ etməsinə şərait yaradacaq.

Beləliklə, indiki şəraitdə Almaniyanın hərbi güclənməsi qaçılmazdır və artıq fəal şəkildə davam edir. Lakin onun tempi və miqyası siyasi iradədən, iqtisadi imkanlardan və beynəlxalq vəziyyətdən asılı olacaq. Uzunmüddətli perspektivdə Almaniya Avropanın aparıcı hərbi oyunçularından birinə çevrilə bilər, lakin eyni zamanda NATO və Aİ-nin kollektiv müdafiəsinin bir hissəsi olaraq qalacaq.

Avropada üc mərkəzi kimi çıxış etməyə çalışan Fransa da eyni addımları atacağını bildirir. 2024-cü ildə Fransanın hərbi büdcəsi 47,2 milyard avro idi və 2030-cu ilə qədər yeni hərbi proqrama əsasən 413 milyard avroya çatmalıdır. Bu, “soyuq müharibə”dən bəri müdafiə xərclərinin ən böyük artımıdır.

Bəs Avropa İttifaqının yaradıcıları olan Almaniya və Fransa arasında hərbi ittifaqın gücləndirilməsinin perspektivi varmı? Əlbəttə, Almaniya və Fransa Avropanın əsas hərbi və iqtisadi gücləridir və onlar arasında daha dərin hərbi ittifaq ideyası müntəzəm olaraq müzakirə olunur. Bununla belə, birgə təşəbbüslərə baxmayaraq, ölkələr arasında təhlükəsizlik və müdafiəyə yanaşmalarda ciddi fərqlər qalmaqdadır. Doğrudur ki, hər iki ölkə “Avropa ordusu” konsepsiyasını dəstəkləyir, lakin Almaniya daha çox NATO-yönümlüdür, Fransa isə bu məsələdə daha çox müstəqillik tərəfdarıdır. Almaniya hərbi xərcləri artırsa da, hələ də ABŞ və NATO-dan asılı olaraq qalır. Fransa nüvə dövləti kimi hərbi siyasətdə daha müstəqil rol oynamağa çalışır.

İki ölkənin hərbi müttəfiqliyinin güclənməsinə müxtəlif müdafiə strategiyalarının olması da maneə yaradır. Fransa strateji muxtariyyət konsepsiyasına, Almaniya isə NATO vasitəsilə kollektiv müdafiə konsepsiyasına sadiqdir. Fransanın nüvə silahı var, Almaniyanın yoxdur və Berlin nüvə çəkindirməsinə malik olmaqda maraqlı deyil. Bundan başqa, Fransa milli istehsalçıları (Dassault, Thales) dəstəkləyir, Almaniya isə Avropanın müdafiə sənayesinə daha çox inteqrasiya edir. Bütün bu məqamlar belə deməyə əsas verir ki, strategiyalar və siyasi yanaşmalardakı fərqliliklərə görə yaxın gələcəkdə Almaniya və Fransa arasında tamhüquqlu hərbi ittifaq mümkün deyil.

Bununla belə, onların müdafiə sektorunda əməkdaşlığı birgə layihələr və Aİ təşəbbüsləri vasitəsilə dərinləşməkdə davam edir. Onlar gələcəkdə daha müstəqil Avropa hərbi strukturunun əsasını təşkil edə bilərlər, lakin hələlik onların müdafiə siyasətləri fərqli olaraq qalır. Bu günün qlobal çağırışları Almaniya və Fransanın müdafiə strategiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir və onları yeni çağırışlara uyğunlaşmağa məcbur edir. ABŞ-Aİ münasibətlərində müşahidə olunan qeyri-müəyyənlik, hətta bəzi məsələlərdəki gərginlik (tarif müharibələri və s.) Avropanı hərbi gələcəyinə daha məsuliyyətlə yanaşmağa vadar edir və bu prosesin daha sürətlə gedəcəyi düşünülür.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri